788
kefini açmağı, onu güldürməyi çox gözəl bacarırdı. Nellinin
yanına gələn kimi o saat gülüş, hətta dəcəllik də başlayardı.
Xəstə qız uşaq kimi sevinərdi, qoca ilə zarafatlaşardı, ona
gülərdi, gördüyü yuxuları söyləyərdi, həmişə də özündən bir
şey uydurardı, qocanı da bir şey danışmağa məcbur eləyərdi,
qoca da öz “kiçik qızı Nelliyə” baxıb son dərəcə fərəhlənər,
ondan razı qalar, onun xətrini daha çox istəyərdi.
Bir gün o, Nellinin yanından gedərkən, adəti üzrə,
yatmazdan qabaq ona xaç vurub, mənə dedi:
– Bu bizim çəkdiyimiz əziyyətin mükafatıdır, bunu
bizə Allah göndərib.
Hər gün axşam biz hamımız bir yerə yığışanda
(Masloboyev də az qala hər axşam gəlirdi), bəzən qoca
doktor da gəlirdi, indi o bütün qəlbilə İxmenevgilə
bağlanmışdı, Nellinin də kreslosunu girdə stolun yanına
gətirərdilər. Eyvana olan qapı açılardı. Batan günəşin şüası
ilə işıqlanmış yaşıl bağ tamamilə göz qabağında olardı.
Oradan tər yaşıllıq və yenicə açılmış yasəmən qoxusu
gəlirdi. Nelli öz kreslosunda oturub bizim hamımıza
mehribanlıqla baxır, söhbətimizə qulaq asırdı. Bəzən özü də
downloaded from KitabYurdu.org
789
həvəsə gələrək, heç hiss olunmadan, söhbətə qarışırdı. Lakin
belə hallarda biz ona hətta narahatlıqla qulaq asırdıq, çünki
onun söylədiyi xatirələrində elə şeylər vardı ki, bundan
danışmaq olmazdı. Mən onu ilk dəfə İxmenevgilə gətirəndə
o, titrəyə-titrəyə, əzab çəkə-çəkə başına gələn hadisələri
danışmalı idi. Biz hamımız: mən də, Nataşa da, Nikolay
Sergeiç də, Anna Andreyevna da bu məsələdə öz təqsirimizi
hiss edirdik. Xüsusilə, həkim bu xatirələrin söylənilməsi
əleyhinə idi, buna görə də Nelli öz xatirələrindən danışmağa
başlayanda, biz söhbəti dəyişməyə çalışırdıq. Belə hallarda
Nelli bunu başa düşdüyünü göstərmək istəmir, həkimlə, ya
da Nikolay Sergeiçlə birlikdə gülüşməyə başlayırdı...
Lakin onun halı get-gedə xarablaşırdı. O, hədsiz
dərəcədə həssas olmuşdu. Ürəyi düzgün işləmirdi. Hətta
həkim mənə dedi ki, o çox tezliklə ölə bilər.
Mən
bunu
İxmenevlərə demədim, bu onları
həyəcanlandıra bilərdi. Nikolay Sergeiç əmin idi ki, yola
düşənə kimi o sağalacaqdır.
Nataşa Nikolay Sergeiçin səsini eşidib dedi:
– Budur, atam da gəldi. Vanya, gedək.
downloaded from KitabYurdu.org
790
Nikolay Sergeiç qapıdan içəri girən kimi, adəti üzrə,
bərkdən danışmağa başladı. Anna Andreyevna elə o saat
əlini onun üstünə yellədi. Qoca dərhal susdu, məni və
Nataşanı görüb pıçıldaya-pıçıldaya, tələsə-tələsə öz işindən
söhbət açdı, onun çalışıb girmək istədiyi qulluğu ona
verirdilər, o bundan çox sevinirdi.
O, əlini əlinə sürtərək:
– İki həftədən sonra gedə bilərik, – deyib çəp-çəp
Nataşaya baxdı.
Lakin Nataşa gülümsəyərək onu qucaqladı, belə ki,
Nikolay Sergeiçin şübhəsi o saat dağıldı.
Nikolay Sergeiç sevinərək dedi:
– Gedərik, gedərik, əzizlərim, gedərik! Ancaq, Vanya,
səndən ayrılmaq çətin olacaq... (Burasını da qeyd edim ki, o
hələ indiyə kimi bircə dəfə də olsa, özləri ilə bərabər
getməyi mənə təklif etməmişdi, lakin onun xasiyyəti nəzərə
alınsa, başqa bir vəziyyət olsaydı, yəni əgər mənim Nataşanı
sevdiyimi bilməsəydi, o mütləq bu təklifi edərdi...)
– Nə etmək olar, əzizlərim, nə etmək olar! Vanya,
səndən ayrılmaq mənə çox ağır olacaq, ancaq yerimizi
downloaded from KitabYurdu.org
791
dəyişmək bizim hamımızı canlandıracaq... – Yenə də qızına
baxaraq əlavə etdi: – Yer dəyişmək – hər şeyi dəyişmək
deməkdir.
O buna inanırdı, inandığına da sevinirdi.
Anna Andreyevna soruşdu:
– Bəs Nelli?
– Nelli? Nə olar ki... Əzizim, o bir az xəstədir, amma
biz gedənə yəqin ki, yaxşı olacaq. İndi də onun vəziyyəti
yaxşıdır... – sonra qorxmuş kimi əlavə etdi: – Vanya, sən
necə bilirsən?
Bunu deyərək təşviş içində mənə baxdı, sanki mən
onun şübhəsini həll etməli idim.
– O necədir? Necə yatıb? Bir şey olmayıb ki? İndi
oyanmayıb ki? Anna Andreyevna, bilirsən nə var, biz stolu
tez eyvana çıxaraq, samovar da qoyarlar, bizimkilər də
gələr, hamımız oturarıq. Nelli də bizim yanımıza gələr...
Çox yaxşı olar. Ayılmayıb ki? Gedim onun yanına. Ancaq
ona baxacağam... – Yenə də Anna Andreyevnanın əlini
yellədiyini görüb əlavə etdi: – Oyatmayacağam, narahat
olma!
downloaded from KitabYurdu.org
792
Lakin Nelli oyanmışdı. On beş dəqiqədən sonra yenə
də hamımız stolun ətrafında oturub axşam çayı içirdik.
Nellini
kresloda
gətirdilər.
Həkim
də
gəldi.
Masloboyev bir iri dəstə yasəmən gətirmişdi, lakin özü
fikirli görünürdü, elə bil ki, nədənsə narazı idi.
Yeri gəlmişkən, bunu da deyim ki, Masloboyev az qala
hər gün bura gəlirdi. Mən əvvəl demişdim ki, evdəkilər
hamısı, xüsusilə, Anna Andreyevna onu son dərəcə
sevmişdi, lakin Aleksandra Semyonovna haqqında bircə
kəlmə də söz deyilmirdi, Masloboyev özü də ondan bir söz
danışmırdı. Anna Andreyevna məndən xəbər alıb bilmişdi
ki, Aleksandra Semyonovna hələ Masloboyevin qanuni
arvadı ola bilməmişdir, buna görə də o öz-özlüyündə bu
qərara gəlmişdi ki, onu qəbul etmək və onun barəsində
danışmaq olmaz. Bu müşahidə olunurdu. Anna Andreyevna
da bunu aydınca nəzərə çarpdırırdı. Bəlkə də Nataşa onun
yanında olmasaydı, xüsusilə, baş verən hadisə olmasaydı, bu
məsələyə o bu qədər diqqət yetirməzdi.
Nelli bu axşam çox qəmgin və fikirli idi. Sanki pis
yuxu görmüşdü, bu barədə düşünürdü. Masloboyevin
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |