F. M. Dostoyevski alçaldilmiş VƏ TƏHQİr ediLMİŞ İnsanlar



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə151/161
tarix17.11.2018
ölçüsü4,19 Mb.
#80798
1   ...   147   148   149   150   151   152   153   154   ...   161

 

762 


IX FƏSİL 

 

Atası qızını qucaqlayıb bağrına basdı!.. 



Onu bir uşaq kimi qaldırdı, aparıb öz kreslosuna qoydu

qarşısında  diz  çökdü.  Onun  əllərini,  ayaqlarını  öpməyə 

başladı. O öz qızını öpməyə, ona doyunca baxmağa tələsirdi, 

elə  bil  ki,  yenə  də  onunla  –  öz  qızı  ilə,  öz  Nataşası  ilə  bir 

yerdə  olduğuna,  yenə  də  onu  gördüyünə,  onun  səsini 

eşitdiyinə  inanmırdı!  Anna  Andreyevna  hönkür-hönkür 

ağlayaraq Nataşanı qucaqladı, onun başını öz sinəsinə sıxdı, 

bu  vəziyyətdə  donub  qaldı,  bircə  kəlmə  də  söz  söyləmək 

iqtidarında olmadı. 

Nikolay  Sergeiç  Nataşanın  əllərini  əllərində  tutaraq, 

sevən  bir  adam  kimi,  onun  solğun,  arıq,  lakin  gözəl  üzünə, 

gözyaşı parıldayan gözlərinə baxaraq, sözləri rabitəsiz halda 

söyləyə-söyləyə deyirdi: 

–  Mənim  əzizim!..  Mənim  həyatım!..  Mənim 

sevincim!..  –  Sonra  yenə  də,  –  mənim  sevincim,  mənim 

balam!..  –  deyərək  təkrar  edib  susur,  böyük  bir  hörmət  və 

pərəstişkarlıqla  ona  baxırdı.  Sonra  o  hələ  də  dizi  üstə 

downloaded from KitabYurdu.org




 

763 


duraraq,  bizə  tərəf  döndü,  tələsə-tələsə,  sanki  uşaqcasına 

gülümsəyərək dedi: – Niyə, niyə mənə deyirdilər ki, Nataşa 

arıqlayıb?!  Doğrudur,  arıqdır,  solğundur,  amma  bir  buna 

baxın,  görün  nə  qəşəngdir!  Əvvəlkindən  də  qəşəngdir,  bəli 

qəşəngdir!  –  O  duyduğu  mənəvi  əzab,  sevinc  əzabı  təsiri 

altında qeyri-ixtiyari olaraq susdu, bu elə əzab idi ki, insan 

qəlbini parçalayaraq sanki iki yerə bölür. 

Nataşa deyirdi: 

–  Qalxın,  ata!  Qalxın!  Axı  mən  də  sizi  öpmək 

istəyirəm! 

– Ah, əzizim! Annuşka, eşidirsən, eşidirsən, bu sözü o 

nə  yaxşı  dedi!  –  Nikolay  Sergeiç  bunu  deyib,  əsəbi  halda 

Nataşanı qucaqladı. 

– Nataşa, mən gərək sənin ayaqlarının altında uzanım, 

o  vaxta  qədər  uzanım  ki,  ta  qəlbim  eşitsin  ki,  sən  məni 

bağışlamısan,  çünki  mən  daha  heç  elə  bir  ləyaqətli  iş  tuta 

bilmərəm  ki,  sən  məni  bağışlayasan!  Mən  səni  rədd  etdim, 

mən  səni  qarğıdım,  eşidirsənmi,  Nataşa, mən  sən  qarğıdım, 

mən  belə  bir  şeyi  edə  bildim!..  Bəs  sən, sən  Nataşa, sən də 

inanmışdın  ki,  mən  səni  qarğımışam?!  İnanmışdın,  axı 

downloaded from KitabYurdu.org



 

764 


inanmışdın!  Buna  inanmaq  lazım  deyildi!  Gərək 

inanmayaydın,  inanmayaydın!  Sənin  ürəyin  daş  imiş!  Niyə 

gəlmirdin?  Axı  sən  bilirdin  ki,  mən  səni  qəbul  edəcəyəm!.. 

Ah,  Nataşa,  mən  əvvəllər  səni  necə  sevirdim,  bu  sənin 

yadındadır.  İndi  səni  əvvəlkindən  ikiqat  artıq,  minqat  artıq 

sevirəm,  bütün  bu  müddətdə  də  mən  səni  belə  sevmişəm! 

Mən səni ürəyimin qanı ilə sevirəm! Mən ürəyimi sinəmdən 

dartıb  qoparardım,  qanı  axa-axa  sənin  ayaqlarına 

döşəyərdim!.. Ah, mənim sevincim!.. 

Sevincindən  Nataşanın  gözləri  yaşla  dolmuşdu,  o, 

xəstə, zəif səslə dedi: 

–  Daşürəkli  adam,  öpün  məni,  dodağımdan,  üzümdən, 

öpün, anam öpdüyü kimi öpün! 

Qoca  öz  qızı  ilə  şirin-şirin  və  xeyli  qucaqlaşdıqdan 

sonra dedi: 

–  Gözlərindən  də!  Gözlərindən  də!  Əvvəlki  kimi, 

yadındadırmı?!  Ah,  Nataşa!  Bizi  heç  yuxuda  görürdünmü? 

Amma  sən  az  qala  hər  gecə  yuxuma  girirdin,  baxıb 

ağlayırdım.  Bir  dəfə  sən  balaca  qız  kimi  gəldin, 

yadındadırmı,  onda  hələ  sənin  on  yaşın  vardı,  sən 

downloaded from KitabYurdu.org



 

765 


fortepianoda  çalmağı  təzə-təzə  öyrənirdin,  bəli,  gəldin, 

əynində qısa donun, ayağında qəşəng çəkmən vardı, xırdaca 

əllərin  də  qırmızı  idi.  Annuşka,  yadındadırmı,  onda 

Nataşanın  əlləri  qırmızı  idi...  Mənim  yanıma  gəldin,  gəlib 

dizim  üstə  oturdun,  məni  qucaqladın...  Sən,  sən,  ay  zalım 

qız!  Sən  elə  bilirdin  ki,  mən  səni  qarğımışam,  gəlsən,  səni 

qəbul etməyəcəyəm?! Axı mən... Qulaq as, Nataşa, axı mən 

tez-tez  sənin  yanına  gəlirdim,  bunu  anan  bilmirdi,  heç  kəs 

bilmirdi.  Gah  sənin  pəncərənin  qabağında  dururdum,  gah 

gözləyirdim, bəzən on iki saat sənin darvazanın qabağında, 

səkidə  durub  səni  gözləyirdim!  Gözləyirdim  ki,  bəlkə  sən 

evdən  çıxasan,  mən  də  ancaq  elə  uzaqdan  sənə  baxım... 

Axşamlar çox vaxt sənin pəncərəndə şam yanardı. Bu qayda 

ilə  Nataşa,  axşamlar  gör  neçə  dəfə  sənin  yanına  gəlmişəm, 

gəlmişəm  ki,  heç  olmasa,  sənin  şamına  baxım,  heç  olmasa, 

sənin  kölgəni  pəncərədə  görüm,  sənə  yatmazdan  qabaq 

xeiyr-dua verim... Sən heç yatmazdan qabaq mənə xeyir-dua 

verirdinmi?  Mən  barədə  heç  fikirləşirdinmi?  Sənin  qəlbin 

duyurdumu  mən  burda,  pəncərənin  qabağındayam?  Qışda 

neçə  dəfə,  gecədən  xeyli  keçəndən  sonra,  sizin  pilləkənlə 

downloaded from KitabYurdu.org



 

766 


yuxarı  qalxmışam,  qapınızın  qabağında,  qaranlıqda 

durmuşam,  qulaq  asmışam,  deyirdim,  bəlkə  sənin  səsini 

eşitdim!  Bəlkə  sən  güldün?!  Qarğımışam?  Mən  bu  axşam 

sənin  yanına  gəlmişdim,  səni  bağışlamaq  istəyirdim,  ancaq 

qapıdan qayıtdım... Ah, Nataşa! 

Qoca  ayağa  qalxdı,  Nataşanı  kreslodan  qaldırıb  bərk-

bərk bağrına basdı. Çığıraraq dedi: 

–  O  yenə  buradadır,  ürəyimin  başındadır!  Ah,  ilahi, 

sənin qəzəbinə də, mərhəmətinə də çox-çox şükürlər olsun!.. 

Tufandan  sonra  çıxan,  bizim  üstümüzə  işıq  saçan  günəşinə 

min-min  şükürlər  olsun!  Bu  dəqiqələr  üçün  sənə  çox-çox 

şükürlər olsun! Ah! Qoy biz alçaldılmış, təhqir edilmiş insan 

olaq,  lakin  biz  yenə  də  bir  yerdəyik!  Qoy  bizi  alçaldan, 

təhqir  edən  o  lovğa,  o  azğın  adamlar  şənlik  etsinlər!  Qoy 

onlar  bizi  pisləsinlər!  Qorxma,  Nataşa.  Biz  əl-ələ  verib 

gedəcəyik,  mən  onlara  deyəcəyəm  ki,  bu  mənim  əziz 

qızımdır,  bu  mənim  istəkli  qızımdır,  bu  mənim  günahsız 

qızımdır! Siz onu təhqir etdiniz, alçaltdınız, lakin mən, mən 

onu sevirəm, ona əbədi olaraq öz xeyir-duamı verirəm!.. 

downloaded from KitabYurdu.org




Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə