F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları


F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix01.07.2018
ölçüsü1,28 Mb.
#52708
1   2   3   4   5   6   7   8   9   10

 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

YAŞIL YARPAQLAR 

 

Katyanın  yaşıl  rəngli  iki  karandaşı  vardı.  Lenanın  isə  heç  biri  də  yox  idi.  Bir  dəfə  Lena 



Katyadan karandaş istəyərək dedi: 

 



Mənə yaşıl rəngli bir karandaş ver. 

Katya isə dedi: 

 

Anamdan soruşum, sonra verərəm. 



Sabahı gün hər iki qız məktəbə gəldi. 

Lena soruşdu: 

 

Katya, anan razı oldumu? 



Katya ah çəkərək dedi: 

 



Anam razı oldu, qardaşımdan isə soruşmamışam.  

Lena dedi: 

 

Eyb etməz, qardaşından da soruş. 



Sabahı gün Lena Katyadan soruşdu: 

 



Necə oldu, qardaşın razı oldumu? 

 



Qardaşım razı oldu. Amma mən qorxuram ki, sən karandaşı sındırasan. 

Lena dedi: 

 

Katya, sən qorxma, mən karandaşı ehtiyyatla işlədərəm. Katya cavabında: 



 

Amma bax, Lena, karandaşı yonma, bərk basma, dilinə vurma, həm də çox şəkil çəkmə 



ha!.. 

Lena dedi: 

 

Mən ancaq ağacın yarpaqlarını və otu rəngləyəcəyəm.  



Katya qaşlarını çataraq: 

 



Bu çoxdur, — dedi və qaşqabağını salladı. 

Lena ona baxdı və kənara çəkilib getdi. Karandaşı götürmədi. 

Katya təəccüb etdi və onun dalınca yüyürdü. 

 



Hə, nə oldu sənə? Götür! 

Lena cavabında: 

 

Lazım deyil, — dedi. 



Dərs zamanı müəllim Lenadan soruşdu:   

 

 



 

- Lena, nə üçün sən çəkdiyin ağacın yarpaqları göydür? 

 

Yaşıl karandaşım yoxdur. 



 

Nə üçün sən yoldaşlarından istəmədin? 



Lena dinmədi. Katya qıpqırmızı qızardı və dedi: 

 



Mən ona verirdim, o isə almadı. 

Müəllim hər ikisinə baxıb dedi: 

 

Elə vermək lazımdır ki, onu ala bilsinlər




 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

YAXŞI SAHİBƏ 

 

Biri 



var 

idi, biri yox idi, bir qız var idi. Bu qızın 

da 

bir xoruzu 

var 

idi. Xoruz sübh tezdən oyanıb 

banlayardı: 

 



Quq-qulu-qu! Sahibəm, sabahın xeyir olsun! 

Xoruz banladıqdan sonra qızın yanına gələrdi, onun əlindən dən dimdikləyərdi və torpaq qalağı 

üstündə, qızın yanında durardı. Xoruzun əlvan lələkləri, yağ 

 

sürtülübmüş kimi, bərq vururdu. Pipiyi 



isə günəşin işığında qızıl rənginə çalırdı. Bir sözlə, yaxşı xoruz idi! 

Bir dəfə necə oldusa, qız qonşularında bir toyuq gördü. Toyuq onun xoşuna gəldi. 

O, qonşu arvada dedi: 

 



Toyuğu mənə ver, mən də öz xoruzumu sənə verim! 

Bunu eşidən xoruz pipiyini əydi, başını salladı, nə edə bilərdi — sahibəsi özü verirdi. 

Qonşu razı oldu. Toyuğu verib xoruzu aldı. 

Qız toyuqla dostlaşmağa başladı. Yumşaq tüklü toyuq hər gün yumurtlayırdı. 

 

Qa-qa-qa, sahibəm, yumurtanı nuşicanla yeginən. 



Qız hər gün yumurtanı yeyərdi, toyuğu dizi üstünə qoyub tüklərini sığallayardı, ona su və dən 

verərdi.  Bir  dəfə  qonşu  qadın  qoltuğunda  bir  ördəklə  qızgilə  qonaq  gəlmişdi.  Ördək  qızın  xoşuna 

gəldi. O, qonşudan xahiş edərək dedi: 

 



Sən öz ördəyini mənə ver, mən də öz toyuğumu sənə verim? 

Toyuq bunu eşidib lələklərini salladı, qəmgin oldu, lakin nə edə bilərdi — sahibəsi özü verirdi. 

Qız ördəklə dostlaşmağa başladı. Onlar birlikdə çaya çimməyə gedirdilər. 

Ördək də qızla bərabər çayda üzürdü. 

Ördək qıza deyirdi: 

 



Tas-tas-tas, sahibəm! Uzağa üzüb getmə, çay çox dərindir! 

Qız sahilə çıxanda ördək də onun dalınca çıxırdı. 

Bir gün boynuna xalta bağlanmış bir küçüyü qonşu oğlu çəkə-çəkə gətirirdi. 

*

 

Qız bunu görüb dedi: 



 

Ah, nə yaxşı küçükdür! Küçüyü mənə ver, əvəzinə ördəyi sənə verim. 



Ördək bunu eşitdi, qanadlarını bərk şappıldatdı və qışqırdı, ancaq nə edə bilərdi. Qonşu oğlu 

ördəyi qoltuğuna vurub getdi. 

Qız küçüyü sığallayaraq dedi: 

 



Mənim bir xoruzum var idi, onu verib bir toyuq aldım, sonra da onu ördəklə dəyişdirdim. 

İndi də ördəyi verib küçüyü aldım. 

Küçük bu sözləri eşidib quyruğunu qısdı və kürsünün altında gizləndi, gecə isə ayağı ilə qapını 

açıb qaçdı. 

«Belə sahibə ilə dost olmaq istəmirəm! O, dostluğun qədrini bilmir!» 

Qız yuxudan ayıldıqda özünü tək və kimsəsiz gördü. 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə