F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları


F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix01.07.2018
ölçüsü1,28 Mb.
#52708
1   2   3   4   5   6   7   8   9   10

 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

alırdı. 


 

Bura bax... ananın beş uşağı vardır, — deyərək susdu. Oğluna demək istədiyi sadə və ən 



lazımlı sözləri tapa bilmirdi. 

Lyonka atasının qeydinə qalaraq birdən dedi: 

 

Sən  xahiş  et  ki,  səni  pulemyotçu  təyin  etsinlər,  fürsət  olan  kimi  yüzlərlə  almanı  yerə 



sərərsən. 

Ata fikri dağınıq halda cavab verdi: 

— Hara təyin etmək lazım olduğunu orada bilirlər. 

Lyonka qorxmuş bir halda onun girdə, rəhmli və mehriban üzünə baxdı. 

— Yox, əgər süngü davasına getsən... — deyə pıçıldadı və bərəlmiş gözlərilə atasının üzünə 

baxaraq donub qaldı. 

Ata nəvazişlə gülümsədi, — sonra... sonra, — dedi. 

Lyonka onun boynuna sarılaraq: 

 

Atacan, qayıt! Sağ-salamat qayıt! 



Ata hərarətli əllərilə oğlunun başını öz sinəsindən ayırdı və onun gözlərinə baxdı: 

 



Anandan muğayat ol, — dedi. 

Xırda  yaşıl 

 

damcıları,  yuyulub  pozulmuş  olan  meşə  yoluna  səpələnirdi.  Yolun  kənarlarında 



çılpaq payız kolları dikəlirdi. Yarpaqlar bulanlıq gölməçəyə düşüb islanırdı. 

 Ata oğlunun əlini bərk-bərk tutmuşdu. 

 

Samanı çöldə qoymayın, yağış isladar... qışa odun hazırlayın... 



Atası dayandı, balaca, sərt əli bərk-bərk sıxaraq: 

 



Eşit, Lyonka! 

 



Eşidirəm, atacan! 

 



 

Yaşayış yeni qayda ilə gedirdi. Ailə üzvlərindən biri getdi, daxma yetim qaldı. Masa başında 

yer  boş  qaldı,  atanın  ağır  addımları  altında  cırıldayan  daxma  döşəməsindən  artıq  səs  çıxmırdı. 

Həyətdən sahibin səsi kəsildi. Ana xeyli qocalmış və ordu-ordundan keçmişdi, ata getdikdən sonra 

pəncərələrin bəzəkli pərdələrini və masa süfrələrini yığışdırmışdı. 

O,  atanın  dərdini  çəkir  və  kiçik  uşaqlara  yorğun-yorğun  qışqırardı.  Bəzən  də  kürsü  üstündə 

oturub yırğalanaraq yavaşdan öz-özünü oxşardı: 

 



Əzizim əlimdən getdi, sirdaşsız qaldım... uf, nə könlüm doydu, nə də gözüm... 

Lyonka  gəlib  anasının  yanında  oturar  və  onu  sakitləşdirməyə  çalışardı,  onun  boynunu 

qucaqlayaraq deyərdi: 

 



Anacan,  dərd  çəkmə...  Hansı  işi  istəyirsən  de,  işləyim,  təki  sən  sakit  ol.  İstəyirsən  su 

gətirim, istəyirsən odun yarım. Anacan, de görüm, mən nə edim! 

Lyonka  atasının  gödəkcəsini  geymirdi.  Onu  səliqə  ilə  büküb  anasına  vermiş  və  atası  dediyi 

kimi: 


—Yığışdırın bunu, qonaqlıqda deyiləm ki, — demişdi. 

Lyonkanın işi çoxaldı. Səhər tələsərək məktəbə gedərkən o, həyətə bir sahibkar gözü ilə nəzər 

yetirərdi. 

«Samanı daldaya çəkin, yoxsa yağış isladar» deyə atası tapşırıq vermişdi. 

Saman hələ də çöldə idi. Heyvanlar samanı həyətə yaymış və palçıqla tapdalamışdılar. 

 



Nikolka! — deyə Lyonka balaca qardaşını səslədi, 

—  samandan  xırda-xırda  o  daldaya  çək,  mən  məktəbdən  gələndən  sonra  qalanını  da  özüm 

daşıyıb qurtararam, — dedi. 

Nikolka peysərini tənbəl-tənbəl qaşıdı. 

Lyonka çəpər qapısını çırparaq qışqırdı. 

 



Mən kimə deyirəm?! 

O,  məktəbdə  dərsə  qulaq  asmırdı  və  dərsin  bitməsini  səbrsizliklə  gözləyirdi.  Yağış  pəncərə 

şüşələrini döyəclədikcə, təsərrüfatın qeydinə qalaraq onun fikri dağılmışdı. 

«Çardağa çıxıb baxmaq lazımdır, daman yeri varmı?..» 

Tatyana  Petrovna  onu  yazı  taxtasına  çağırdı.  Lyonka  alnını  sildi;  keçmiş  dərsi  xatırlaya 

bilmədi. 

Müəllimə: 



 

F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 

 



Dərsini öyrənmisənmi?—deyə mülayim səslə soruşdu. 

Lyonka: 


 

Öyrənmişdim, görünür yadımdan çıxıbdır, — deyə kədərlə cavab verdi. 



Dərsdən sonra Lyonka axşama qədər həyətdə əlləşdi: samanı içəri daşıdı, çardağa çıxıb oradan 

gurultu ilə taxtaları aşağı atdı və baltanı götürərək ambarın damına çıxdı. 

Səs-küyə anası daxmadan çölə çıxdı. 

 



Sən orada nə edirsən? Ambarda arakəsmə düzəldirsən nədir? Səndən sonra oranı kim təmir 

edəcək? 


 

Özüm təmir edərəm! Taxtalar çürüyübdür, təzələrilə əvəz etmək lazımdır, — deyə deyindi. 



 

Düş deyirəm sənə! Şalvarını cırıb dağıdacaqsan, xeyirdən çox zərərin olar. 



Lyonka inciyərək baltanı yerə tulladı, taxtaları yığışdırdı və daxmaya girdi. 

 



Atama, yəqin ki, belə çığırmazdın... 

Anası  ona  bacarmadığı  işdən  yapışdığını  dedikdə  və  donuz  balaları  çıxa  bilməsinlər  deyə 

ambarın  deşiklərini  bərkitməyə  onu  vadar  etmək  mümkün  olmadığını  xatırlatdıqda  Lyonka 

yavaşcadan donquldanırdı. 

 

Sən, anacan, donuz balalarını düşünürsən, həyət-bacanın dağılmasının bəs zərəri yoxdur? 



Dərslər  pis  gedirdi.  Evin  təsərrüfat  işlərindən  yorulmuş  Lyonka  axşam,  başını  açıq  kitabın 

üstünə qoyarkən bərk yuxuya getdi. Yuxuda təzələnmiş və rənglənmiş darvazası olan səhmanlı bir 

həyətdə  özünün,  ev  kişisi  Lyonkanın,  atasını  qarşıladığını  gördü.  Məktəbdə  isə  Tatyana  Petrovna 

onun dəftərini qarşısına qoymuş, qara qalın qaşlarını çataraq onun gözləri içinə sualverici bir nəzərlə 

baxıb deyirdi: 

 



Sən tənbəllikmi edirsən? Sənə ayıb deyilmi, Lyonya? 

Şirin  və  donmuş  üvəz  meyvəsi  adamın  dişi  altında  xırtıldayırdı.  Donmuş  torpaq  bərkimişdi, 

çılpaq kollar ağappaq ağarmış və ətrafa uzanmışdılar. Gecə qar yağmışdı

.

 



Kəndin hər tərəfi düm-ağ 

olduğundan gözqamaşdırıcı və təntənəli idi. 

Lyonkanın da qəlbində bayram idi. 

O, hələ açılmamış məktubu qoynunda gizlədərək poçtdan gəlirdi. Bu —atasından gələn birinci 

məktub idi, Lyonka da evə tələsirdi ki, məktubu anası ilə birlikdə oxusun. 

Qonşu  oğlu  Genka  ilə  döngədə  qarşılaşdı.  O,  ətəkləri  altından,  kisəyə  sarınmış  uzun  bir  şey 

çıxardaraq; 

 



Tüfəng tapmışam. Dovşan ovuna gedəcəyəm, — deyə gizlicə xəbər verdi. 

Lyonka gülümsəyərək dedi: 

 

Dovşan ovuna? İndi dovşan olmaz ki. 



Genka cavabında: 

— Olmaz? — deyə sual etdi və əyilərək Lyonkanın qulağına pıçıldadı: 

 

Hara baxsan dovşandır. 



Lyonka təəccüblə: 

 



Onlar sənin nəyinə lazımdır? — deyə soruşdu. 

— Necə yəni nəyinə lazımdır? Ətini yeyərik, dərisindən də papaq tikərik! 

Lyonka papaq sözünü eşitdikdə atasının da papaq tikmək üçün dovşan ovuna getmək istədiyini 

yadına salaraq təkrar soruşdu: 

 

Papaq tikərsiniz? 



Genka: 

 



Əlbəttə papaq! Neçə dovşan vursaq, bir o qədər papaq tikərik! Gedərsənmi? 

— Eh, sən də... mənim başqa işim yoxdurmu? Bax, atamdan məktub gəlib! — deyərək qururla 

qapalı məktubu göstərdi.  

Atasından gələn məktubda Lyonka «ev kişisi» adlandırılır və ona yaşlı bir adam kimi müraciət 

edilirdi.  Lyonka  məktubu  oxuduqca  başını  aşağı  endirir  və  «yaxşı»  sözünü  əlavə  edirdi.  Atası  ona 

inandığı və ümüd olduğu üçün o, qürurlanırdı. Atasının iştirak etmiş olduğu ilk döyüşün təsviri isə 

Lyonkanın qürurunu artırırdı. Atası məktubda yazırdı: «Düşməni axırıncı əsgərinə kimi məhv edəcə 

yik»; Lyonka isə «mütləq!» deyərək yumruğunu sıxıb ona cavab verirdi. 

Ana uşaqlarını yanına yığıb məktuba qulaq asırdı. Məktubda ata uşaqları bir-bir soruşurdu və 

Nyurkaya Anna Pavlovna deyə işarə edirdi. Anna Pavlovnanın üç yaşı var idi. O, qalın dodaqlarını 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə