F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
Lyonka partadan ayrıldı. O, ağır nəfəs alaraq qışqırdı:
—
Mən yalan danışmıram!
Eqorka yavaşca xəbər aldı:
—
Yalan danışmırsan? Bəs yanğın dəstəsində işləyən Genka ilə harada veyllənirdiniz?
Lyonkanın rəngi qaçdı. Onun yanaqlarında sarı ləkəli çillər göründü. Lyonka Eqorkaya:
—Bəs... sən bura bax! Veyllənirsən! — deyərək qışqırdı və hücum etmək istədi.
Tatyana Petrovna əlini onun çiyninə qoydu:
—
Bəsdir! — dedi:
Lyonka diksinmiş halda onun gözlərinə baxdı. Müəllimə Lyonkaya:
—
Mən indiyə qədər sənə inanırdım, — dedi və əlini onun çiynindən çəkərək uzaqlaşdı.
Lyonka həyəcan içində müllimənin ardınca qaçıb onu dayandırmaq istədi, lakin ayağı yerdən
tərpənmədi. Tatyana Petrovna masanın yanına çatdıqda o şiddətlə qışqırdı:
—
Dovşan vurmağa getmişdim, — dedi.
Birdən gülüşmə qopub sinfin sükutunu pozdu. Mənasız və yararsız bir iş baş verdiyini başa
düşmüş Lyonka qüssə ilə yerində oturdu. O, artıq özünü müdafiə etmək istəmirdi. Fərq etməz, ona
indi heç kim inanmayacaqdır. Lyonka partanın arxasında dirsəklənərək oturmuş, suçəkən kağızı
mürəkkəbə batırıb dırnaqlarına sürtürdü. Uşaqlar gizlicə gülüşərək bir-birinə baxırdılar. Lakin
Tatyana Petrovna Lyonkaya fikir vermir və onun nə etdiyilə maraqlanmırdı. O, özu adi, yumşaq və
sakit səsilə dərsi izah edirdi.
Axşam ananın yanına qonşu arvad Paşa ayaqüstü söhbətə gəlmişdi. O, baş örtüyünün uclarını
dartaraq naqqallığa başladı:
— İstəsən inci, istəsən incimə. Mən sənə düzünü deyəcəyəm, Polya! Sənin oğlun cığırından
çıxıb, xarab olub. Lyonkanın müəllimə qarşısında biabır olduğunu oğlum bu gün məktəbdən gəlib
mənə danışdı.
Pelageya bu xəbərdən diksindi və başını əlləri üstünə qoyub ağladı:
—
Dədəm vay! Təklik nə ağırdır... kömək edən heç bir kəsim də yoxdur.
Paşa tez onun sözünü təsdiq edərək:
—
Kimsəsizsən, kimsəsiz! Elə lap üzünə deyirəm. Sənin oğlun sənə köməkçi deyil.
Ana ağlamış və yorğun gözlərilə qarşısına baxaraq sakit-sakit şikayətlənmişdi:
—
Gecəm-gündüzüm yoxdur, qəlbim sıxılır...
Paşa sevinirmiş kimi əlavə etdi:
—Sıxılar, sıxılar, atasına görə də sıxılar, balasına görə də sıxılar.
Anasının ağlamaq səsini Lyonka hələ qapının o biri üzündən eşitmişdi. Ona görə də keçə
ayaqqabılarındaki qarı silkələyib təmizləmədən daxmaya soxularaq:
—
Ana! — dedi:
O, sualedici nəzərlə Paşaya baxdı.
Paşa iki barmağilə dodaqlarını sildi.
—
Özündən soruş... — dedi və ah çəkərək dönüb qapıdan çıxdı. Lyonka anasına yaxınlaşdı.
O, anasına məktəbdə başına gəlmiş hadisələrin hamısını nağıl etmək, yoldaşlarından, Eqorkadan
şikayət etmək istəyirdi. Lakin anası ondan üz çevirib yavaşdan ağlayırdı. O, Paşanın sözlərində bir
taqsırlandırma hiss etdi və xəbər almağa cürət etmədi. Anasına acıdığından ancaq qorxa-qorxa
təkrar edirdi:
F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
—
Ana... ana...
Anası birdən dedi:
—Dayan... sənin də divanın çatar! Bu işlərinin hamısını atana yazacağam.
Lyonka sobanın üstündə qısılaraq atasına məktub yazacağı haqda düşünürdü. Ağlına gələn
sözlərin hamısı qəmli idi: «Atacan, hamısı mənim üstümə düşüb, mən isə çalışırdım ki, işlər yaxşı
olsun...»
Lyonka dəftərdən bir vərəq ağ kağız çıxarıb masanın yanında oturdu, dirsəklənərək anasının
yuxuda nəfəs almasına, bacılarının fısıldamasına və Nikolkanın xoruldamasına qulaq asırdı. Gecə
yarısına doğru hadisələrin hamısı onun beynində bir-birinə qarışmışdı. Hətta ona nə olduğunu özü
belə dərk edə bilmirdi. Nədənsə Tatyana Petrovnagildə səliqəli masa arxasında çay içdiyi onun
yadına düşür, donmuş uzun bataqlığı, dovşanın şəklənmiş qulaqlarını xa- tırlayırdı. Bunların da
üzərində atasının qayğıçəkən, mehriban üzü və iri, isti, mərd əllərini təsəvvür edirdi.
«Atacan, mən ev kişisi ola bilmirəm. Sən də mənə arxayın olma...» Lyonka ovcu ilə gözlərini
sildi və qələmini yerə qoydu. Atam məktubu alacaq. Qazma soyuq. Dəhşət! Hər tərəf düşmən.
Oğlundan aldığı məktub da ürəksıxıcıdır. Lyonka ev kişisi olacağına söz verdi və aldatdı. Orada,
meşədə, söz verdi və aldatdı!
Lyonka təcili surətdə qələmini mürəkkəbə batırdı və yazdıqlarını qalın xətt ilə üç dəfə pozdu.
«Atacan! Bacardığım qədər çalışıram. Sən məndən arxayın ol. Mən hər şeyə dözərəm...»
Lyonka yazdığı bu
sətirləri oxudu, təzədən onları da qaraladı və təzə vərəq götürüb başqa
cür
yazdı:
«Şükür olsun, yaxşı yaşayırıq». Qələmini atıb sobanın üstünə çıxdı. Qolu ilə üzünü örtüb acı-
acı ağladı.
«Bir kəs də yoxdur ki, dərdini deyəsən, şikayətini edəsən...»
Lyonka məktəbə getmirdi. Səhərdən çantasını götürüb Genkanın yanına yüyürürdü. Evdə də
o, heç bir iş görmürdü. Anası kolxoza gedən zaman isə otaqda boş-boşuna dolanır, Nyurka ilə
əylənirdi. Avaraçılıqdan əkizlərə təlim vermək fikrinə düşdü. Bu təlim həmişə
otaq dolusu səs-
küylə
bi
tərdi.
—
Sən Manyasan, sən də Tanya. İkinizin bir ad daşımanız mənasızdır. Oturun! Biriniz xəttlər
çəkin, o biriniz də şəkil rəngləyin.
Əkizlər qorxduqlarından bir-birindən yapışırdılar. Nikolka onları müdafiə edarək:
—
Onları ayırma, qoy birlikdə dolansınlar!
—
Get buradan! Məgər onlar ömürlərinin axırına qədər bir-birinin əlindən tutub gəzəcəklər?
Get buradan, yaxşısı budur, mane olma!
Nikolka anasına şikayət edərdi, anası da Lyonkanı töhmətləyərdi:
—
Utanmaz, uşaqların hamısını çaxnaşdırmısan! Özünə oyun tapmısan!
Lyonka incidiyindən qapını çırparaq gedərdi.
«Yaxşı, elə olsun! Atam özü məni onlara başçı qoyubdur! Gələr, hamısını deyərəm!»
Ailədə qayda yox idi. Lyonka çox vaxt axşam qaranlıqlaşana qədər gəzərdi. Gəzməkdən
qayıdarkən Tatyana Petrovnaya rast gəlməkdən çəkindiyi üçün qorxaraq o yan-bu yana baxa-baxa
öz həyətlərinə daxil olardı.
Doğrudan da Tatyana Petrovna Pelageyanın yanına gəlmişdi. Pelageya Lyonkanın məktəbə
getmədiyini müəllimədən eşitdiyi zaman bu gözlənilməz işdən özünü itirdi, qızardı və cavablarını
dolaşdıraraq oğlunu müdafiə edib dedi:
—
O, mənə kömək edir... uşaqlar balacadırlar... Mən tək onların öhdəsindən gələ bilmirəm!
Müəllimə başını tərpədərək dedi:
—
Pelageya, sən haqlı deyilsən, hamının uşağı var... Lakin hamısı oxuyur.
Müəllimə getdikdən sonra anası Lyonkanı töhmətləndirib ağladı, o isə cavab verməyib susur
və öz həyatı haqda acı-acı düşünürdü: bəlaların hamısı birdən onun üstünə enmişdi. Artıq heç bir işi
düzəltmək olmayacaqdı. Hər yerdə o, sıxılır və utanırdı, özü də hamıdan incik olduğu üçün acıqlı
gəzirdi. Belə yaşayışdan o, daima ağlamaq istəyirdi. O, öz işinin hər üzünü düşünürdü.
Lyonka öldürülmüş dovşanları götürüb Tatyana Petrovnanın yanına getmək və beləliklə də
özünün o zaman sinifdə yalan demədiyini və əbəs yerə veyllənmədiyini ona sübut etməkdən başqa
çıxış yolu görmürdü. Bu dovşanlarla da o, anası ilə münasibətini yaxşılaşdırmağı və özünün