Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə30/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   26   27   28   29   30   31   32   33   ...   107

5
gözləyir, bəlkə bu da bir təsadüfdü, allah özü qabağına çıxarıb. Ərinin Dubayda əlaqələri
olmamış olmaz.
- Əvəz, Əvəz, - səninləyəm. – İstədi əri ilə bu barədə məsləhətləşsin. Ancaq
Əvəzdən hay çıxmadı. Qulaq verdi… Kişi xoruldayırdı. Qəzet oxumağın axırı həmişə
xoruldamaqla nəticələnərdi.
Yenə qapının zəngi çalındı. Deyəsən Əvəz də xorultusunu kəsdi yəqin ayıldı. Amma
kabinetdən ayaq səsi gəlmədi.
Özü durdu. Gözlükdən baxdı. Tanımadığı dümağ saçlı, yaşlı kişiydi. Açmadan
soruşdu.:
- Nə lazımdır, əmi?
- Gülər sizsiniz?
- Bəli mənəm, - heyrətlənərək qorxdu, təşviş içində qapını açdı.
- Qorxmayın, bacı mən taksi şoferiyəm, - kişi nəzakətlə dilləndi.
Ürəyi qırılıb düşdü…Orxan…dəniz…Yox, üzməyi bilir. Batmaz. Yer ayağının
altından qaçdı.
- Qızım, ağappaq ağarmısınız. Mən bəd xəbər yox, şad xəbər gətirmişəm.
- Həə…Sən allah, üzməyin məni, deyin.
- Məni sizin dalınızca Sveta göndərib. Haqqımı da verib. Sizi restorana
aparmalıyam. – Aşağıda maşında gözləyirəm, hazırlaşın. – Kişi cavab gözləmədən düşüb
getdi.
Quruyub qalmışdı. Ərinin qulağı da deyəsən qapıdaydı.
- Sveta kimdir? - narazı soruşdu.
- Bayaq zəng edən qazax qızı.
- Mən elə bilirdim o, rusdilli azərbaycanlıdır?
- Yox.
- Necə yəni yox, özüm pasportuna baxmışam. Pasportu yadından çıxıb bizdə
qalmamışdı?
- Yadıma gəlmir. – Bunun məsələyə nə dəxli var?
- Hə, hə, yadıma düşdü, - dedi – Bu pasportu iki il var alıb. Birincini itirib. Təzəsini
Bakıda veriblər. Üzdən qazaxa oxşamadığı üçün səhvən azərbaycanlı yazıblar.
- Səhvə bax a! bunun üstündə adama cinayət işi açarlar.
- Əşi, bizə nə?! O qədər erməni tanıyıram Bakıda qalmaq üçün özünü pula
azərbaycanlı yazdırıb, qazaxın azərbaycanlı olması onun yanında nə böyük qəbahətdi ki!
- O da düzdür. – İndi bu qadın səni zorla ad gününə aparmaq istəyir. Elə əvvəldən
gözüm ondan su içmirdi.
- Neyləyib sənə. Mənim ondan yaxşı tələbəm olmayıb. Həmişə pulu qabaqcadan
verib, özü də artıqlaması ilə. Bəzilərində olduğu kimi dilimlə istəməmişəm.
- Nəsə od-alovdu sənin o qazaxlı qızın. Hərdən adama elə baxırdı, bilmirdin nə
istəyir.
- Qoy görək, qızın yaşındadı. Sən də lap ağ elədin. – Gülər dilləndi.
- Qızıma bax aaa!...
- Hə nədi, iyirmi üç yaşı var.
- Yox bir on beş. Mən ona qırxdan az verməzdim.
- Bəlkə yaşını azaldır. İndi belələri çoxdur.- Bu bizim nəyimizə lazımdır. Qırx,
iyirmi üç…Əsas budur zəmanə adamıdır. Əntiqə geyinir, qol-boynu qızıl, nadir qaş-daşla
doludur. Mərkəzdə də çoxotaqlı ev alıb. Deyirdi bir təmiri nəyə desən dəyər.
- Bəs deyirdin heç yerdə işləmir, ali savadı yoxdur, adi tibb bacısıdır. – Haradan bu
qədər pul onda?


6
- Əri xaricidi, varlıdı.
- İndi taksi səni aşağıda gözləyir?
- Hə, heç bilmirəm neyniyim. Şofer soruşmadı, getmək fikriniz var, ya yox. Düşdü
aşağı.
- Demirdin axşama kartof soyutması yeyəcəyik. İndi ki, restorana çağırırlar,
soyutmanı saxla.
- Əliboş olmaz axı?
- Əliboş niyə, gül alarıq.
- Elə bilirsən gül ucuzdur?
Taksini gül dükanlarının birinin yanında saxlatdılar. Gülər gül almaq üçün Əvəzin
ovcuna pul qoydu. Əri pula necə baxdısa, Gülərin ona rəhmi gəldi. Açıq-aydın görünürdü
ki, kişinin bu pulu gülə verməyinə heyfi gəlir. Çox çəkmədi bahalı bir buketlə qayıtdı.
Sürücü şəhərin mərkəzində yerləşən xudmani bir restoranın qabağında maşını
saxladı. Təşəkkür edib içəri girdilər. Bir-birindən müəyyən məsafədə yerləşən on iki
stolun yalnız yeddisi tutulmuşdu. Qalanlar hələ boş idi.
Sveta onların qarşısına çıxdı. Gül dəstəsini alıb o birilərinin yanına atdı. Sinəsi açıq,
kürəyi belə yarıq, uzun, ağ rəngli dar don geyinmişdi. Saman çöpü rəngində boyalı
saçlarını çiyinlərinə səpələmişdi.
Əlində mikrofon tutmuşdu.
- Xarici dillər institutunun ingilis dili müəllimi Gülər xanım, kimya alimi filankəs, -
deyəndə oturanların laqeyd baxışlarında elə bil soyuq, qərəzli nəsə tərpəndi.
Kondisionerləri yaxşı işləyən banket zalı sərin idi. Küçənin boğanaqlı havasından
gələnə ləzzət edirdi. Stolların üstündə iri vazda qırmızı güllər göz oxşayırdı. Onlar təklif
olunan yerdə oturub məclisə göz gəzdirməyə başladılar.
Ləziz qəlyanaltıların dövrələrinə zövqlə düzülmüş yüksək markalı spirtli içkilər,
müxtəlif şirə və mineral sular adamı iştaha gətirirdi. Orkestr astadan çalırdı… Çoxdan
idi, belə məclislərə getmirdilər. Hər gün cəbhələrindən qara tabutlar gələn şəhər
matəmdən silkinib çıxa bilmirdi. Yas yasa qarışmışdı. Adamlar sevinməyi, şadlanmağı
yadırğamışdılar.
Gülər indi fikir verirdi. Otuza yaxın kişinin içində Gülər və Sveta ilə birlikdə cəmi
beş qadın vardı. Sol sırada Svetanın stolunda oturan elə onun özü kimi geyinən iki qadını
əvvəlcə rəqqasə bilmişdi. Yəqin onun üçün ki, musiqi çalınanda ortaya düşür kişilərin
boynundan asılıb rəqs edirdilər. Oturanda da siqareti siqaretə calayır, sağlıq deyilən kimi
araq doldurulmuş badələrini başlarına çəkirdilər. Sveta onları öz rəfiqələri kimi təqdim
etdi. Sağ sırada oturan digər qadın Gülərgilin stoluna düşmüşdü. Daha doğrusu, onlar
Gülərgildən qabaq gəlmişdilər. Cavan kişiylə oturmuşdu. Sonra bilindi ki, ər-arvaddılar.
Üzlərindən təkəbbür yağırdı. Sanki kiməsə acıqları tutmuşdu və elə bil, bura gələnlərin
hamısından narazıydılar. Nə əri, nə də özü yeməyə əl vurmurdular. Eləcə ittihamedici
baxışlarla oturanları süzürdülər.
Bu qadında məclisə qarşı nəsə ikrahlı bir şey vardı. Əri də belə təsir bağışlayırdı.
Onlar sanki Gülərin də əl-qolunu bağlamışdılar, ürəyi yemək istəsə də hələ qabına heç nə
qoymamışdı. Əvəzsə heç kəsə fikir vermədən yemək-içməyindəydi və üzündən
görünürdü ki, gəlməyindən razıdır.
Gülərin gözü xariciləri axtardı. Ancaq deyəsən burada əcnəbi yox idi. Şıx geyinən
kişilər balaca vəzifəli çevik adamlara oxşayırdı. Stolların birində, görünür, hamı bir-birini
tanıyırdı. Ad günü sahibini unudaraq hay-küylə yemək içməklərindəydilər. Qalan


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə