Ətraf müHİTİn monitoriNQİ


Atmosfer havasinin çirklənmə mənbələri



Yüklə 164,68 Kb.
səhifə4/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   2   3   4   5   6   7   8   9   ...   38
ƏMM.müh.

Atmosfer havasinin çirklənmə mənbələri – vulkan püskürmələri, bataqlıqlar, meşə yanğınları, toz tufanları, suxurların külək ilə dağılması prosesləri, üzvi maddələrin parçalanması.
Atmosferin təbii çirklənmə mənbələri adətən faciəli xarakter daşıyır. Vulkan püskürmələri zamanı atmosferə çox böyük miqdarda qazlar, su buxarları, bərk hissəciklər, kül və tozlar atılır. Vulkan püskürmələrinin sönməsi nəticəsində atmosferdə qazların ümumi balansı tədricən bərpa olunur.
Tozlu fırtınalar – güclü küləklərin təsiri ilə yer səthindən qaldırılmış ən xırda hissəciklərin aparılması ilə əlaqədar meydana gəlir. Güclü küləklər, qasırğa və tufanlar – dağ suxurlarının iri qırıntılarını da havaya qaldırırlar, lakin onlar havada uzun müddət saxlana bilmirlər. Güclu fırtınalar zamanı atmosfer havasına 50 mln tona qədər toz hissəcikləri də qalxır. Tozlu fırtınaların əsas səbəbi quraqqlıqlar və isti küləklər olur, onlara intensiv şumlanma, mal-qara otarılması, meşə və kolluqların məhdudlaşdırılması da səbəb ola bilər.Tozlu tufanlar ən çox düzəngah, yarımdüzəngah və səhralar olan rayonlarda baş verir.
Atmosferin süni çirklənmə mənbələri atmosfer üçün daha təhlükəli hesab olunur. Aqreqat halına görə bütün antropogen mənşəli çirkləndirici maddələr bərk, maye və qazşəkilli olmaqla 3 yerə bölunur. Atmosferə atılan çirkləndirici maddələrin ümumi miqdarının 90%-i qazşəkilli cirkləndiricilərin payına düşür. Zərərli maddələrin yaratdığı problemlər planetin atmosferinə götərdiyi təsirin miqyasına görə iki qrupa bölünür:
1.qlobal problemlər.
2.lokal yaxud məhəlli problemlər.
Qlobai problemlər atmosferdə qazların və tozların qatılığının artması ilə planet miqyasında dəyişmələr yaradır. Bu hadisələrdən birincisi “ istilik” effektidir. Antropogen tullantıların bəziləri (karbon qazı - CO2, metan –CH4, azot oksidi –NO2 və s.) Yerdən atmosferə çıxan istilik şüalanmasını udaraq onun fəzaya səpilməsinə mane olur. Bu isə yer səthində temperaturun qalxmasına gətirib çıxarır. Proqnozlar göstərir ki, atmosferdə CO2 qazının qatılığının 2 dəfə artması Yer səthində temperaturun 1,5-3 0 dərəcə artmasına gətirib çıxara bilər.
Lokal problemlər 3 böyük qrupu əhatə edir:

  1. “ tüstü – duman toplantısı yaxud “ smoke”

  2. “ turş “ yağıntılar.

  3. “ səhra “ (quraqlıq) hadisəsi.

Birinci qrup problemlər atmosfer havasına atılan ilkin qazlar arasında kimyəvi reaksiyalar getməsi nəticəsində daha mürəkkəb maddələrin yaranmasını əhatə edir. Bu reaksiyalar həm katalitik üsulla, həm də Günəş şüalarının təsiri ilə baş verir. Nəticədə eroksidlər adlanan çox zəhərli birləşmələr yaranır. “Turş” yağıntılar atmosferdən kükürd qazının (SO2) , azot oksidlərinin (NOx).xlorlu birləşmələrin, karbon qazının (CO2) havadakı suda (rütübətdə həll olaraq turşulara çevrilməsi nəticəsində əmələ gəlir.Su mühitində yaşayış üçun onun turşulugu (pH göstəricisi) 4,5-dən kiçik olmamalıdır.Bəzi “ Turş “ yagıntılarda bu göstərici 1,7 – 2,5 təqribində olur.
Lokal problemlər sırasına daxil olan üçüncü hadisə “ səhra” (quraqlıq) hadisəsidir. Bu hadisə silsilə dağlar arasında düzənlik zonalarda karbon qazının öz ağırlığının təsiri ilə , qatılığının artması nəticəsində Yer səthinin temperaturunun artması ilə əlaqədardır.Göründüyü kimi atmosferə atılan antropogen tullantılar bütövlükdə ekoloji balansın pozulmasında mühüm rol oynayır. Son illərdə karbon qazının və stratosfer ozonunu məhv edən freonların miqdarını azaltmaq üçün beynəlxalq miqyasda qərarlar qəbul edilmişdir.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə