Ətraf müHİTİn monitoriNQİ


Atmosferi süni çirkləndirən sənaye sahələri



Yüklə 164,68 Kb.
səhifə3/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   2   3   4   5   6   7   8   9   ...   38
ƏMM.müh.

2.Atmosferi süni çirkləndirən sənaye sahələri.

Atmosfer Yer kürəsinin formalaşması ilə birgə yaranmaga başlamışdır.


Planetlərin təkamülü və onların parametrlərinin müasir ölçülərə yaxınlaşması prosesində planetlərin kimyəvi tərkibi və fiziki xassələrində əsaslı dəyişikliklər baş vermişdir. Təkamül modelinə əsasən Yer kürəsi ilk mərhələdə ərimiş vəziyyətdə olmuş və təxminən 4,5 mild il bundan öncə
bərk formaya keçmişdir. Bu geoloji tarixin başlanğıcından əvvəlki mərhələ
kimi qəbul olunur. Bu vaxtdan etibarən Atmosfer tədricən təkamülə başlamış, bir çox geoloji proseslər nəticəsində Yerin təkindən qazların çıxması ilə müşayət olunmuşdu.Onların tərkibində azot, ammonyak, metan, su buxarı, karbon –2 oksid (CO), karbon 4 oksid (CO2) vardır. Günəşin ultrabənövşəyi şüalarının təsiri ilə su buxarı oksigenə və hidrogenə parçalanırdı, amma ayrılmış oksigen karbon-2 oksidilə reaksiyaya girərək karbon qazı (CO2 ) yaradırdı. Ammonyak hidrogenə və azota parcalanırdı.Hidrogen diffuziya prosesində yuxarıya qalxıb atmosferi tərk edirdi, daha ağır azot isə uça bilmir, tədricən toplanır,əsas komponentə çevrilir. Hərçənd ki, onun bəzi hissələri, kimyəvi reaksiyalar nəticəsində molekullarla əlaqəyə girir. Yerin başlanğıc dövründə atmosferdə ultrabənövşəyi şüaların və elektrik boşalmalarının qarışıq qazlarla təsiri nəticəsində kimyəvi reaksiyalar baş verirdi ki, bunun da nəticəsində , o cümlədən də aminturşuların alınmasıbaşlayırdı.İbtidai bitkilərin yaranmasından sonra oksigenin ayrılması ilə müşayət olunan fotosintez prosesi başlandı. Bu qaz əsasən diffuziyadan sonra atmosferin yuxarı qatlarında həyat üçun təhlükəli olan ultrabənövşəyi və rengen şüalarından Atmosferin aşağı qatlarını və Yer kürəsinin səthini qorumağa başladı. Nəzəri göstəricilərə əsasən indikindən 25000 dəfə az olan oksigen azon qatının yaranmasına gətirib çıxara bilər. Halbuki bu artıq kifayət idi ki, orqanizimlərin ultrabənövşəy şüalardan zəruri olan müdafiəsini təmin etsin. Aşağıda Atmosferin kimyəvi tərkibi göstərilmişdir.

Atmosferin kimyəvi tərkibi.


Komponentlər Miqdarı,həcm, %-lə
Hidrogen qazı H2 ~ 2.10-5
Oksigen O2 21
Azon O3 ~ 10-5
Azot N2 78
Karbon qazı CO2 3.10-5
Su buxarı H2O ~ 0,1
Dəm qazı CO 1,1.10-4
Metan CH4 1,6.10-4
Amonyak NH3 ~ 10-5
Sulfit anhidridi SO2 ~5.10-9
Helium He 5.10-4
Neon Ne 1.8.10-3
Arqon Ar 0.9
Kripton Kr 1,1.10-4
Ksenon Xe 8.2.10-6
Orta molekulyar kütlə 28,8

Atmosfer ( yunan sözü atmos-buxar və sfera –şar)-Yerin ,onunla birlikdə fırlanan ,qaz (hava kimi) örtüyüdür. Nə qədər ki, atmosfer mövcuddur o vaxta qədər də Yer səthində həyat mümkün olacaqdır. Bütün canlı orqanizmlər tənəffüs üçün atmosfer havasından istifadə edirlər, atmosfer kosmik şüaların zərərli təsirlərindən və canlı orqanizmlər üçün məhvedici temperaturdan, kosmosun soyuq “ nəfəs” indən qoruyur.


Atmosferin əsas tərkib hissəsi azot, oksigen, arqon və karbon qazından ibarətdir. Arqondan başqa atmosferin tərkibində kiçik qatılıqlarda digər inert qazlar da vardır. Atmosfer havasında həmişə su buxarı (təxminən 3-4 %) və bərk hissəciklər- toz da olur. Atmosferin qaz tərkibi hündürlükdən asılı olaraq dəyişir.Atmosfer bütün təbii proseslərdə çox böyük rol oynayır, ilk növbədə də istilik rejimini və ümumi iqlim şəraitini tənzimləyir, həmçinin də bəşəriyyəti kosmik şüalardan qoruyur.
Yer Atmosferinin yer qatına yaxın olan aşağı hissəsini (100 km-ə qədər)- homosfer, müxtəlif kimyəvi tərkibli yuxarı hissəsini isə heterosfer adlandırmaqla atmosferi iki yerə ayırırlar.Atmosferin mühüm xassələrindən biri onun tərkibində oksigenin olmasıdır. Oksigenin meydana çıxması və toplanması yaşıl bitkilərin yayılması və fotosintez prosesi ilə əlaqədardır. Maddələrin oksigenlə qarşılıqlı təsiri nəticəsində canlı orqanizmlər özlərinin həyat fəaliyyəti üçün lazım olan enerjini ala bilirlər. Atmosfer vasitəsilə Yer ilə kosmos arasında maddələr mübadiləsi həyata keçirilir, bu zaman yer kosmik tozları və meteoritləri qəbul edir və ən yungul tozları və ən yüngül qazları hidrogen və heliumu itirir. Atmosfer güclü günəş radiasiyasını keçirir ki, bu da planet səthinin istilik rejimini müəyyən edərək,atmosfer qazları molekullarının dissosiasiyası və atomların ionlaşmasına səbəb olur. Atmosferin geniş seyrəkləşmiş üst təbəqəsi əsasən ionlardan ibarət olur. Atmosferin fiziki halı və xassələri vaxtdan asılı olaraq dəyişir: gün, fəsil, il ərzində- və dəniz səviyyəsi hündürlüyündən asılı olaraq fəzada, yerin en dairəsində , okeandan uzaqlarda.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə