Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə1/46
tarix14.07.2018
ölçüsü2,08 Mb.
#55577
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   46


  1 

1. Universitetin adı: Azərbaycan Dövlət Aqrar Universiteti 

2. Fakültə: Aqrar iqtisadiyyat  

3.İxtisas: İqtisadiyyat 

4. Kafedra: İnformasiya texnologiyaları və sistemləri 

5. Fənn: İnformatika 

6. Mühazirəçi: Məmmədov Mahmud Neymay oğlu 

 

Mühazirənin mövzular üzrə bölgüsü (30 saat) 

 

Sıra 

sayı 

M ö v z u l a r 

Saat-

ların 

miq- 

darı 

İnformatika  fənninin  predmeti.  Əsas  anlayışlar.  İnformasiyanın  ölçü  vahidləri. 



Hesablama texnikasının inkişaf mərhələləri. EHM-larının nəsilləri 



Kompüter, onların  tərkibi  və strukturu. Fərdi kompüterlərin quruluşu və  onlara 

qoşula bilən texniki vasitələr. Proqram təminatı. Sistem, tətbiqi və instrumental 

proqramlar 



Əməliyyatlar  sistemləri.  Windows  əməliyyatlar  sistemi.  İşçi  stol,  onun 

elementləri,  tərtibi  qaydaları.  İdarəetmə  paneli.  Standart  və  xidmətedici 

proqramlarla işin təşkili 



Mətn redaktorları. Word mətn redaktoru. Əsas menyuları: Файл, Правка, Вид. 



Word  mətn  redaktoruunun  menyuları:  Вставка,  Формат,  Сервис,  Таблица, 

Окно, Справка. 



Elektron cədvəllər. Excel cədvəl prosessoru. İşçi kitab, işçi vərəq, sətir, sütun və 



xana. 



Excel cədvəl prosessorunun menyuları 



Alqoritmləşdirmə və proqramlaşdırma. Turbio Paskal alqoritmik dilinin əlifbası, 

verilənlər və dəyişənlərin tipləri. 



Alqoritmik  dilin  standart  funksiyaları.  Proqram  quruluşu  və  alqoritmik  dilin 



operatorları: sadə operatorlar. 

10 



Strukturlu operatorlar 

11 



Çoxluqlar, massivlər, yazı və sətir tipli verilənlər 

12 



Prosedura və funksiyalar 

13 



Verilənlər  bazasını  idarəetmə  sistemləri.  MS  Access  verilənlər  bazasını 

idarəetmə sisteminin elementləri 

14 


Kompüter şəbəkələri 

15 



İnformasiya təhlükəsizliyi 



Cəmi: 



30 

 

Ədəbiyyat 

 

1. Kərimov S., Həbibullayev B., İbrahimzadə T. İnformatika  (Dərs vəsaiti). Bakı, 2002. 

2. Əliyev R.Ə., Salahlı M.Ə. İnformatika və hesablama texni-kasının əsasları. Bakı, Maarif, 2004. 

3.  Abbasov  Ə.M.,  Əlizadə  M.N.,  Seyidzadə  E.V.,  Salmanova  M.Ə.  İnformatika  və  kompüterləşmənin 

əsasları. “MSV NƏŞR”, Bakı, 2006. 

4. Quliyev V. Verilənlər bazası, “Elm”, Bakı, 2006. 

5. Kərimov S.Q. İnformasiya sistemləri. “Elm” nəşriyyatı, Bakı, 2008 

6. Каймин В.А. Информатика. Учебник. Москва, ИНФРА-М, 2000.    

7.  Жеретинцева  Н.  Н..  Курс  лекции  по  компьютерным  сетям.  ДГМА  им.  адмирала  Г.  Н. 

Невельского, Владивосток, 2000. 

8. Информатика. Учебник/Под ред. Н.В. Макаровой.  Москва,  Финансы и статистика

2000. 



  2 

9.  Информатика.  Учебник.  Под  ред.  А.  Н.  Данчула.    Издатель-ский  центр  Российской 

академии государственной службы при Президента  Российской Федерации, Москва, 2004. 

10. Журин А. А. Cамоучитель работы на компьютере. Мос-ква, «Дельта», 2001. 

11. Фаранов В. В. Turbo Pascal. Начальный курс. Учебное по-собие. Издание 7-ое, 

переработанное. Москва, Нолидж, 2001. 

12. Олифер И. Г., Олифер Н. А. Компьютерные сети. Прин-ципы, технологии, протоколы. 

Санкт-Петербург, издательство «Питер», 2001. 

13. Иванов М.А. Криптогоафические методы защиты ин-формации в компьютерных 

системах и сетях. Москва,2001. 

14. Немнюгин С.А. Turbo Pascal. Практикум. Санкт Петер-бург, Питер, 2002. 

15.  Конолли  Т.,  Каролин  Б.,  База  данных:  проектирование,  реализация  и  сопроваждение. 

Теория и практика. «Вильямс», Мос-ква, 2003. 

16. Могилев А. В., Пак Н. И., Хённер Е. К. Информатика. Мос-ква, 2004. 

17. http//www.citmgu.ru/courses/f9. 

 

 

 

MÖVZU 1: İNFORMATİKA FƏNNİNİN PREDMETİ. ƏSAS ANLAYIŞLAR.  

                    İNFORMASİYA ÖLÇÜ VAHİDLƏRİ.  HESABLAMA TEXNİKASININ İNKİŞAF  

                    MƏRHƏLƏLƏRİ. EHM-LƏRİN  TƏSNİFATI 



 

İnformatika  fənni  informasiyanın  toplanması,  saxlanması,  işlənməsi  (emalı),  ötürülməsi  və  bu 

proseslərdə istifadə edilən kompüterlər və digər qurğuları öyrənir. 

İnformatikanın üç əsas tərkib hissəsi vardır: 

1.

 

Texniki təminat – EHM-lar və qurğular (Hard Ware); 



İnformasiyanın toplanması, saxlanması, emalı və ötürülməsi üçün istifadə edilən EHM-ları, digər 

qurğular, onların iş prinsipi, quruluşu və s. öyrənilir.  

2.

 

Proqram təminatı- (Soft Ware); 



İstifadə  edilən  qurğuların  idarə  olunması,  əlaqələndirilməsi,  informasiya  emalı  ilə  əlaqədar 

proseslərin yerinə yetirilməsi və  qoyulmuş məsələlərin həlli proqramları öyrənilir. 

3.

 

Alqoritmlər və məsələnin EHM-də həlli üçün nəzəri üsullar (Brain Ware). 



“İnformatika” termini ilk dəfə XX əsrin 60-cı illərində fransız mütəxəssisləri tərəfindən istifadə 

edilmişdir. Bu termin “informasiya” və “avtomatika” sözlərinin birləşdirilməsindən alınmışdır.  

Avtomatika sözü hərfi  mənada “özü-özünə  yeriyən”, “özü-özünə  yerinə  yetirilən”mənasını verir. 

Burada isə avtomatika dedikdə  proseslərin  avtomatlaşdırılması  başa düşülür.  Əslində  hər hansı  prosesin 

yerinə  yetirilməsi  əsasən  üç  üsuldan  biri  ilə  yerinə  yetirilə  bilər.  Bu  üsullar  əl  əməyinin  tətbiqi, 

mexanikləşdirilmiş  proses  və  avtomatlaşmış  prosesdir.  Birinci  hal  məlumdur.  Mexanikləşdirilmiş 

prosesin yerinə yetirilməsində mexaniki qurğu və vasitələr tətbiq edilir. Bu isə işin icrasında əl əməyinin 

olmasına  şərait  yaradır.  Avtomatlaşdırılmış  proseslərdə  isə  əl  əməyindən  ya  ümumiyyətlə  istifadə 

edilmir,ya da ondan istifadə cüzi olur. Beləliklə, avtomatika dedikdə hər hansı prosesi yerinə yetirə bilən 

elektron qurğu və vasitələr yığımı nəzərdə tutulur. 



İnformasiya  termini  latınca  “informatio”  sözündən  götürülmüş  və  obyekt,  hadisə,  fakt  haqqında 

məlumat, xəbər verilməsi,  nəyinsə izah edilməsi deməkdir.  

Qeyd  etmək  lazımdır  ki,  hal-hazırki  dövrdə  ingilis  dilli  dünya  ölkələrinin  əksaəriyyətində 

“informatika” fənni “kompüter elmi” (komputer science) fənni kimi adlandırılır. 

İnformasiya  ümumilikdə  götürüldükdə  mücərrəd  məhfumdur.  İnformasiya  təsvir  edilmiş 

məlumatdır.  Başqa  sözlə  məlumatın  informasiya  olması  üçün  o,  tədqiq  edilən  obyekt  və  ya  proses 

haqqında təsəvvür  yaratmalı,  ya da mövcud təsəvvürləri genişləndirməlidir. Əgər məlumat obyekt və ya 

proses haqqında yanlış təsəvvür yaradırsa ona yanlış informasiya və ia dezinformasiya deyilir. Obyekt və 

ya  proses  haqqında  heç  bir  təsəvvür  yaratmayan  məlumat  səs-küy  adlandırılır.  İnformasiya  proses 

daxilində müəyyən mərhələdən sonra yenidən məlumat ola bilər. 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə