Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə13/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   9   10   11   12   13   14   15   16   ...   114

 Nizami Tağısoy 
 
40
9. Иванов В.В. Об отношении хеттского языка к северо – запад-
нокавказским. – В кн.: Древняя Анатолия. – М., 1985.  
10. Краткая художественная энциклопедия. Искусство стран  и 
народов мира. Т.5. М.: Советская энциклопедия, 1981, с.223-228.  
11. Məlikov İ. Xatt-ümumtürk dil paralelləri. Azərbaycan filologi-
yası məsələləri // II Buraxılış. Bakı: Elm, 1984, s.100-106.  
12. Novruzov M. Məkani hallar / Tarixi-tipoloji dilçilik axtarışları 
təcrübəsindən / Azərbaycan filologiyası  məsələləri // II Buraxılış. Bakı: 
Elm, 1984, s.116-123.  
13.  Советская  Историческая  Энциклопедия.  Т. 15. М.,  Совет-
ская энциклопедия, 1974, с.575-584.  
14. Türk ansiklopedisi. Cilt XIX. Ankara, 1971, s.303-310.  
15. Yusifov Y. Qədim Şərq tarixi. Bakı: Universitet nəşriyyatı, 1993, 
s.228-249.  
 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
41
 
HETTLƏRİN DİLİ 
 
Hett dili dedikdə biz hələ eramızdan çox-çox öncə geniş isti-
fadədən çıxmış, qədim Anadolu yaylasında, onun mərkəzi və şimal 
hissəsində mövcud olan hett, luvi dillərini nəzərdə tutmalıyıq. Hett 
dili tarixdə ilk yazıya malik hind-Avropa dilidir. Arxaik xüsusiyyət-
ləri ilə fərqlənməsinə baxmayaraq, onun üçün bir sıra innovasiyalar 
da mövcud idi (3, 572). Hett dilinin leksikası digər dillərin çox bö-
yük təsirinə məruz qalmışdır – bu əvəllər, qədim dövrdə hatti dilinin 
təsiri altında olmuşdursa, sonralar hurri və akkad dillərinin təsirini 
əks etdirmişdir. Alınma sözlərin əksəriyyəti periferik leksika, ritual 
terminologiyası  və  mədəniyyət terminlərilə bağlıdır.  Ən başlıcası 
isə odur ki, dövlət idarəçiliyində istifadə edilən terminologiya hatti 
dilinin təsiri altında formalaşmışdır. 
Tədqiqatçılar hett dilinin inkişafı, formalaşması və istifadəsin-
də üç mərhələ müəyyənləşdirmişlər: birinci qədim (e.ə.XVIII-XVI 
əsrlər),  ikinci  orta  (e.ə. XV-XIV  əsrin  əvvəlləri) və üçüncü yeni 
(e.ə. XIV əsrdən – XIII əsrin ortalarına qədər). Dövrümüzə gəlib 
çatan mətnlər yeni padşahlıq dövrünə aid yazılardan məlumdur. La-
kin zaman keçdikcə digər hett orijinalları müəyyənləşdirilib ortaya 
çıxarılmışdır ki, onlar da loqoqramlardan daha çox istifadə ilə fərq-
lənir. Bu dilin morfologiyasında yönlük, lokativ və istiqamət göstə-
ricisi hallar açıq-aşkar müşahidə edilir; sintaksisində felin – hal 
(məsələn, digər feli hissəciklər – apa, – an, – asta saxlanılan kimi) 
hissəciyi nadir hallarda cümlənin əvvəlində gəlir – nu hissəciyinin 
işlənməsi isə o qədər də  zəruri deyildir. Hett dilinin leksikasında 
hurri dilindən alınma sözlərə təsadüf olunmur. 
Hett dili yazısı Babil mixi yazılarıdır. Alimlər təxmin edirlər 
ki, bu dil e.ə. XIX-XVIII əsrlərdə Şimali Suriyadan bura keçməsilə 
yanaşı, həm də qədim akkad dilinə qohumdur. Mixi yazıları hett di-
linin fonetik sistemini heç də mükəmməl şəkildə əks etdirə bilmirdi. 
Belə ki, qrafik nöqteyi-nəzərdən h və ue və i bir-birindən fərqlən-
mirdi, konsonant qrupların verilməsi də xeyli çətinliklər yaradırdı. 
Hett yazılarını  tərtib edənlər xüsusi orfoqrafik priyomdan istifadə 


 Nizami Tağısoy 
 
42
edərək, qısa və uzun tələffüz olunan saitlər, kar və cingiltili samitlə-
rin işlənmə qaydalarını da işləyib hazırlamışdılar. Hett mixi yazıla-
rında şumer və akkadoqramlardan istifadə olunurdu. Hettlərə öz ya-
zılarını yaratmaq nəsib olmasa da, onlar luvilərin Misir heroqlifləri-
nin təsiri altında yaratdıqları heroqlif yazılardan əsasən monumental 
və dekorativ sənətdə, mixi yazıdan isə sənədlərin və ədəbi mətnlərin 
tərtib olunmasında istifadə etmişdilər (14,270). 
Hettlərin mixi yazısı ilə bərabər istifadə olunan rəsmli yazı – 
heroqlif Böyük Hett dövləti dövründə abidələrdə və möhürlərdə iş-
lənmişdir. Məsələn, II Suppiluliumaya aid olunan Steyner tərəfin-
dən təsbit edilən Boğazköydəki Nişantaş şəcərəsi hett yazısı ilə ya-
zılmışdır. Yazılıqayadakı açıq hava məbədindəki Tanrı fiqurlarının 
üzərinə hər Tanrının adı hett heroqlif yazısı ilə yazılmışdır. Hett he-
roqlif yazılarının çözülməsində alimlər Hett padşahlarının möhürlə-
rindən faydalanmışlar. Bununla belə bu möhürlərdəki yazılar mixi 
yazıları ilə də verilmişdir (13,309). 
Hett dilinin əsaslı şəkildə öyrənilməsi və bu dilin hind-Avropa 
dilləri sırasına aid olmasını ilk dəfə çex alimi B.Qroznı müəyyənləş-
dirmişdir. Onun 1915-ci ildə söylədiyi «e.ə.II minillikdə Kiçik Asi-
yada yaşayan  əhali hind-Avropa dilində danışırdı», – fikri alimlər 
tərəfindən birmənalı qarşılanmamışdır. Lakin sonralar bir neçə onil-
liklər ərzində aparılan tədqiqatlar məsələnin bu müstəvidə öyrənil-
məsini məqsədəuyğun hesab etdi. Bu qohumluğun hett dilinin leksi-
kasında, isimdə, əvəzlikdə və feldə özünü daha yaxşı nümayiş etdir-
diyi sonralar digər alimlər tərəfindən də müdafiə olundu (8, 106-
110). 
Qeyd etdiyimiz kitabda O.Gyorni hett dilində isimin hallarını, 
onların şəkilçilərini göstərməklə illüstrasiya edir, nümunələr gətirir 
və hett dilindəki hal şəkilçilərinin latın və yunan qrammatikasındakı 
şəkilçilərə uyğun gəldiyini də vurğulayır. Bununla belə müəllif onu 
da qeyd edir ki, latın və yunan dillərindən fərqli olaraq hett dilində 
isim iki cinsə bölünür – canlı, cansız. Hett dilindəki cəm hal hind – 
Avropa dillərindəki cəm halla çox az oxşardır. 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə