Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə11/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   7   8   9   10   11   12   13   14   ...   114

 Nizami Tağısoy 
 
34
şuqunu evində saxlamaq mümkün olmayacaqdır.  İkinci versiyaya 
gəldikdə isə doktor Teodor Qester və prof. Oliver Gyorni burada 
oğulun atasını onu öldürməyə çağırışını oğulun qonaqlıq qanunları-
nı pozması ilə əlaqələndirirlər, daha doğrusu, bu o dövrə görə elə bir 
günahdır ki, onunla barışmaq mümkün deyildir. 
Mətndə bu mifin «purulli» (yaz) bayramlarında keçirildiyi bil-
dirilir. Bundan başqa O.Gyorninin «Hettlər» kitabında Malatya ba-
relyefində buna oxşar mifə rast gəlinir. Burada ölçücə bir qədər ki-
çik olan allah əlində yuxarı qaldırılmış nizə ilə Əjdahaya qarşı dur-
muşdur. Əjdahanın bədənindən sanki alov çıxır. 
«Qeyb olmuş» allah haqqında mifdə isə yer üzündən bütün 
canlıların münbitlik allahının yoxa çıxmasından sonra zəncirlənmə-
si, sonra allahın axtarışı və, nəhayət, allah tapıldıqdan və evə qayta-
rıldıqdan sonra yerin şəfa tapdığı  təsvir olunur. Bəzən miflərdə 
ümumi hədlər daxilində bir-birindən fərqlənən bir sıra variantlar 
vardır. Məsələn, «Telepinu mifi» adını qazanmış itmiş allah haqqın-
da miflər onlara aiddir. 
Telepinuya aid bitki allahına həsr olunmuş mətnin başlıca va-
riantında həyatın adi axarı təsvir olunur. Mətnin əvvəli itirilmişdir. 
Burada allahın hansı səbəbdənsə əsəbiləşdiyi göstərilir və sağ ayaq-
qabısını sol ayağına, solu isə sağ ayağına geydiyi bildirilir. 
Sonra burada aşağıdakı qeyd olunur: «Toz göyə duman olub 
pəncərəni tutdu, tüstü evə doldu, ocağın odu söndü, allahlar (mə-
bədlərdə) boğuldu, qoyunlar ağılda, öküzlər tövlədə qaldı, qoyun öz 
quzusunu, inək öz buzovunu yaxına buraxmadı... Vələmir və buğda 
bitmədi, inəklər, qoyunlar boğaz, qadınlar hamilə olmadı, boğaz ol-
muşlarsa, doğa bilmədilər». 
Ağaclar soldu, çəmənlər və bulaqlar qurudu. Aclıq başladı. 
Həm allahlar, həm də insanlar ölməyə başladılar. 
Böyük Günəş allahı məclis qurub, oraya min allahı dəvət etdi, 
onlar yedilər doymadılar, içdilər – susuzluğu yatıra bilmədilər. Belə 
olduqda Tufan allahı öz oğlu Telepinunu yadına saldı (və dedi): 
«Yox, Telepinu ölkədə deyil, o qəzəblənib gedib, özü ilə  də yaxşı 
nə varsa, hamısını aparıb». Allahların hamısı böyüyündən kiçiyinə 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
35
Telepinunun axtarışına yollandılar. Günəş allahı öz sürətlə uçan qar-
talını onun dalınca göndərərək dedi: «Get. Hündür dağları, dərin va-
diləri, gömgöy suları axtar». Qartal uçdu, Telepinunu tapa bilməyib 
geri qayıtdı  və Günəş allahına dedi: «Mən Telepinunu, möhtəşəm 
allahı tapa bilmədim». 
Hett mifində Kamrusepanın Telepinuya qəzəblə söylədiyi əf-
sun da maraqlıdır: 
«Telepinu öz məbədinə qayıtdı. O, ölkəyə xüsusi qayğı gös-
tərməyə başladı. O buludu (tozu?) pəncərədən qovdu, tüstünü evdən 
bayıra buraxdı. Allahların səcdəgahlarını qaydaya saldı. Külü ocaq-
dan, qoyunları  ağıldan, öküzləri tövlədən azad etdi. Ana uşağına, 
qoyun quzusuna, inək buzovuna qayğı göstərdi. 
Telepinu  şaha və  şahzadəyə (qayğı göstərdi) – onlara gələ-
cəkdə həyat və güc bəxş etmək qayğısına qaldı. Bəli, Telepinu şahın 
qayğısına qaldı. 
Sonra Telepinunun qarşısında yarpaqları daim yaşıl olan ağac 
qoydular. Ağacdan qoyun dərisi asılmışdı. Qoyunun dərisinə onun 
piyini doldurmuşdular, ona buğda, heyvan (?), çaxır (?), ona öküz 
və qoyun, onun içinə uzunömürlülük və nəsil artırma doldurmuşdu-
lar, onun içinə qoyunların zərif mələşini (?), xoşbəxtlik, firavanlıq, 
bolluq, bərəkət doldurmuşdular». 
Hettlərin  əski mədəniyyətində Tufan allahı ilə bağlı miflər 
çoxdur. Yuxarıda nümunə gətirdiyimiz mifdə mətn qırılır. Lakin bu-
rada Tufan allahının atası ilə babası arasında gedən dialoq qorunub 
saxlanılmışdır. Burada baba atanın günah etdiyini bildirir və buna 
görə onu ölümlə hədələyir. Tufan allahının atası Güls və Hannahan-
na ilahələrindən imdad istəyir. Hekayətin bu yeri qırıldığından ora-
da bal arısının nə məqsədlə iştirak etdiyi və Tufan allahının evə ne-
cə qayıtdığı da aydın olmur. 
Tarixçi-etnoqraflara Yozqat lövhəsi kimi məlum olan fraq-
ment ilk dəfə Boğazkoy yaxınlığındakı Yozqatda hettlərin tarixi, 
folkloru üzrə mütəxəssis A.Seysə məlum olmuşdur. Bu fraqmentdə 
dünyanı bürümüş bədbəxtlikdən söhbət gedir. 


 Nizami Tağısoy 
 
36
«Hahhima bütün Yer üzünü iflic etdi, bütün suları qurutdu». 
Bu sözlərlə Tufan allahı vəziyyəti ümumiləşdirir. Ehtimal olunur ki, 
burada o öz bacısına müraciət edir ki, insanları ona köməyə çağır-
sın. Sonra o öz qardaşı Küləyə müraciət edərək deyir: «Elə bir nəfəs 
ver ki, dağlarda, bağlarda, çəmənlərdə sulara, sənin şəfaverici nəfə-
sin ona onları iflic etməyə imkan verməsin». Amma, görünür, külək 
heç nə edə bilmir. Hahhima öz atasına və anasına: Yeyin, için! Qo-
yunların və inəklərin çobanlarına laqeyd olun» – deyir və o bütün 
Yer üzünü iflic edir. Daha sonra isə: 
«Tufan allahı adamları Günəş allahının dalınca göndərərək 
(deyir): «Gedin, Günəş allahını gətirin». Onlar Günəş allahını axtar-
mağa gedirlər, tapmayıb, geri qayıdırlar. Belə olduqda Tufan allahı 
deyir: «Siz onu tapmasanız da, baxın, mənim hər tərəfim istidir
(deməli) o uzaqda ola, yox ola bilməz». Onda o bu dəfə Vurunkatte-
ni (Zababunu) göndərib (deyir): «Get, Günəş allahını tap gətir!». 
Lakin Hahhima Vurunkatteni yaxalayır. (Onda o, deyir): «Kömək-
edici ruhu çağırın». O onu dirildəcək, o çöllər övladıdır». Hahhima 
onu da tutur (Onda o, deyir): «Get, Telepinunu çağır! Mənim bu oğ-
lum nəhəngdir, o çölləri  şumlayır, suvarır, o, məhsul yetişdirir». 
Hahhima onu da tutur. 
(Belə olduqda deyir): «Güls və Hannahannanı çağır». 
Sonra Tufan allahı qorxur ki, bu ilahələr də Hahhima tərəfin-
dən tutulsun və, nəhayət, Hahhima Tufan allahının özünü də məhv 
etsin. Buna görə o ilahələri müşayiət edəcək qardaşların  əvəzində 
Hasammili allahını  verir.  Bu  allahın isə  səyahətçilərinin müdafiə, 
hətta lazım gələrsə, onları gözəgörünməz edə bilmək bacarığı da 
vardı. O Hahhimaya onu həyəcanlandıran sözlər deyir. 
Təbiidir ki, bu miflərdəki hekayətlər heç də yüksək (əlbəttə, 
ədəbi-bədii baxımdan) səviyyəsi ilə seçilmir. Lakin bizim üçün va-
cibi odur ki, onlar hettlərin mədəniyyətinin  əski nümunələri kimi 
xatırlanır, nəzərdən keçirilir. 
Hettlərin bir sıra miflərini götürmək olar ki, onlar Kumarbi 
(hindlilərdə geniş yayılmış ad – N.T.) allahı ilə bağlı olmaqla, hurrit 
mənşəlidir. Hurrit mifologiyasında Kumarbi allahlar atası olmaqla, 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə