Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə15/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   11   12   13   14   15   16   17   18   ...   114

 Nizami Tağısoy 
 
46
götürür və bildirir ki, türklər Güney-Doğu Anadoluda (yəni Diyar-
bəkr, Cizrə, Mərdin, Kərkük, Mosul, Zaqalors dağlarının qərb ətək-
lərində) qədimdən yaşamış, at oynatmış, mədəniyyət yaratmışlar. 
Türklər Anadoluda yunanlardan, romalılardan, ermənilərdən çox-
çox  əvvəl məskunlaşmışlar. Bəkir Sıtkı Oransay, Hamit Zubeyir 
Koşay, Sədi Bayram və b. baskların, elamların, şumerlərin türklərlə 
qohum qövm olduğunu bildirmiş və qeyd etmişlər ki, bu qövmlərin 
dilində türkcə xeyli söz və anlayışlar olmuşdur.  Əgər belədirsə, 
türkcə,  şumercə, elamca sözlərin məkanlarının araşdırılıb öy-
rənilməsi özü-özlüyündə gündəlikdə dayanır (2). 
Azərbaycan dilçiliyində də hatt dilinin bəzi məsələləri ilə bağ-
lı bir sıra müşahidələr aparılmışdır. Bu müşahidələr  əsasən hatt-
ümumtürk dil paralellərinə  həsr edilmişdir (9, 100-106). Müəllifin 
tədqiqat obyektinə çevirdiyi bu məqalə hatt dilinin leksik fondunda 
türk dilləri ilə ortaq bir sıra sözlərə təsadüf edildiyini (məsələn, kud 
(u) // kud (u), ruh; teh/tek – tikmək; Kuru/Kuru-görmək, bax-
maq; sepsep – şepşep, səndəl; aşağ/aşaq – yaman, acıqlı, yara-
maz və s.) və bu xalqların tarixən yaxın ictimai-mədəni əlaqədə ol-
duğunu göstərir. Tədqiqatçı öz fikrini belə bir postulata əsaslanaraq 
sübut etməyə çalışır ki, hatt tayfalarının Kiçik Asiyaya kənardan 
«gəlmə olduqlarını nəzərə alsaq, bu əlaqənin mümkünlüyü ehtimalı 
bir qədər də artar» (8). İ.Məlikovun təhlilə cəlb etdiyi bütün leksik 
vahidlər hett dili üzrə tanınmış mütəxəssislər B.Qroznının, Forrerin, 
L.Fridrixin, Laroşun, A.Kammerhuberin, L.M.Dunayevskayanın, 
L.M.Dyakonovun, V.V.İvanovun və b. müşahidələrinə əsaslanır və 
hatt – ümumtürk dil paralelləri şumer-akkad, huri, urartu, protoab-
xaz-adıgey, yaqut, tunqus-mancur dillərinin müqayisəsi və onlar 
arasında oxşarlığın müəyyən olunması aspektində aparılır. Məqalə-
nin özü həcm etibarilə o qədər böyük olmasa da, qənaətlər, fikrimiz-
cə, əhəmiyyətli hesab edilə bilər. Məsələn, kuru/kuru-görmək, bax-
maq sözünü İ.Məlikovun hatt və türk dillərində necə mənalandırıl-
masına diqqət yetirək. «Hatt dilində kuru – «görmək», «baxmaq» 
mənasında işlədilmişdir. Qədim türk dilində  qara – «baxmaq», 
«görmək»  mənasında bu gün də  işlədilir, çüvaşca kur «görmək», 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
47
«baxmaq», «müşahidə etmək», qazaxca koru, karan «baxmaq»
noğay dilində karav/kara – «baxmaq», «görmək»; karas – «ba-
xış», «nəzər-diqqət», azərbaycanca  gör, altayca kor felləri eyni 
kökdəndir» (9, 102). Tədqiqatçı haqlı olaraq qeyd edir ki, «qara» 
sözü türk dillərində iki mənada – «baxmaq», «görmək» və «qoru-
maq» mənalarında işlənir. İkinci məna, İ.Məlikovun fikrincə, birin-
cidən törəmədir və belə sözlərə tunqus-mancur, şumer dillərində ey-
ni mənalarda təsadüf edildiyini bildirir. Məqalə müəllifi fikirlərini 
yekunlaşdırarkən göstərir ki, hatt dilinin az öyrənilməsi,  əldə olan 
materialların məhdudluğu onu yalnız qeyd olunan leksik paralellərlə 
kifayətlənməyə  məcbur edir. Biz isə müəllifin bu fikri ilə razılaşa 
bilmərik. Çünki yuxarıda adlarını  çəkdiyimiz alimlərin araşdırma-
ları hatt dili ilə türk (o cümlədən Azərbaycan türkcəsi) dilləri arasın-
da istənilən qədər paralellər aparmağa imkan verir. Təəssüf ki, 
Azərbaycan tədqiqatçılarının problemə münasibəti hələ bu günün 
özündə belə sistemli xarakter daşımır. Göründüyü kimi hatt dilinin 
nəinki şumer-akkad, Qafqaz dilləri, həm də türk dilləri ilə sıx əlaqə-
lərinin olduğunu yəqin etmək olar. 
İndi də hett dilinin digər dillərlə əlaqələrinə nəzər salaq. Hett 
dilinin hatt dili ilə sıx əlaqələrdə olması alimlər tərəfindən birmənalı 
şəkildə sübuta yetirilmişdir. Biz artıq yuxarıda qeyd etdik ki, bu dil-
də əsasən hett panteonundakı allahlara ithaf olunan ayinlər kahinlə-
rin  əfsunlarında özünü dolğun  əks etdirir. Hatt dili – protohett de-
məkdir. Bu dildə olan mətnlər «hattili» sözü ilə ifadə edilir, göstəri-
lirdi. Lakin bir şeyi də  nəzərə almaq lazımdır ki, protohett heç də 
hett dilinin nə özü, nə də qədim tarixi demək deyildir. 
2. Hett dili ilə sıx əlaqədə olan dillərdən biri də luvi dilidir və 
bu dillər bir-birindən ismin, əvəzliyin və sifətin cəm şəkildə əmələ 
gəlməsi ilə seçilir. Luvi dilində “luvi” adlanan vilayətlərdə danışılır-
dı  və bu vilayətlər Arsava dövlətini birləşdirirdi. Arsavanın Kiçik 
Asiyanın qərb və  cənub-qərb sahillərində yerləşdiyi təxmin edilir. 
Luvi Kitsuvatna ilə həmsərhəd vilayət idi. Burada mühüm fərqli cə-
hətlərdən biri də odur ki, luvi dilində bir ismin digəri ilə idarə olun-
ması yiyəlik hal ilə yox, sifətin – assis, yaxud – assas şəkilçisi ilə 


 Nizami Tağısoy 
 
48
həyata keçirilirdi. Belə söz birləşmələrini coğrafi adlarla yaxşı il-
lüstrasiya etmək olar. Məsələn, Allahların məxsus olduğu yeri bildi-
rən Datta-Dattassa, Tarxunt-Tarxuntassa və s. 
3. Palay dilinin hett dili ilə  əlaqələrinə  gəlincə isə alimlər 
onun əsasən Siparva allahın ayinləri ilə mənbələrdə qaldığını xatır-
ladırlar. Palay dilində danışan ölkənin yeri şimali Kappadokiyadır. 
Bu region hazırda müasir Kayseri və Sivas arasındakı əraziləri əhatə 
edir. 
Bu dilin adı  palaumnili «zərfi»ndən götürülmüş  və ondan 
«palay – yaxud «palait» törəməsi yaranmışdır, beləliklə  də onun 
hind-Avropa mənşəli olduğu sübut olunmuş olur. 
Hett padşahlığını, tarixini, allahlar panteonunu, əfsunları, ka-
hinlərin həyatını, ayinləri, adət və  ənənələri öyrənən tədqiqatçılar 
hett dilinin hatt – luvi-palay dilindən fərqli olaraq hurri dili ilə əla-
qəli olduğu ilə bağlı daha çox material əldə etmişlər. Boğazköydə 
tapılmış ritual mətnlərində hurri dilində xeyli nümunələr vardır. On-
ların sırasında məşhur Gilqameş dastanının fraqmentləri də vardır 
və bu Babil sivilizasiyasının  ədəbi nailiyyəti kimi olduqca əhə-
miyətli abidədir. Lakin hurricənin öyrənilməsi üçün ən başlıca mən-
bə Mitanni hökmdarı Tuşrattanın Misir şahı III Amenhotepə e. ə. 
1400-cü ildə yazdığı məktubdur ki, o Misir paytaxtı Tell-əl-Əmarrin 
xarabalıqlarında XX əsrin əvvəllərində tapılmışdır. Məktub 500 sə-
tirdən ibarətdir, yaxşı qorunub saxlanıldığından arxeoloqlar və alim-
lər onun böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişlər. Hurricə digər 
mətnlər Fərat çayı sahillərində qədim Mari Tell-Hərirdə və Suriyada 
Ras-Şamra (Uqarit) sahillərində tapılmış və təxminən e. ə. 1750-ci 
illərə  təsadüf edir. Bu mətnlər konsonant səslərlə yazılmışdır. O 
hurridən törəməklə Urartu padşahlılığının dilidir. Onu Van və hald 
dili kimi də nəzərdən keçirirlər. Van və hald dili e.ə. VII əsrə aid ol-
maqla  əsasən Assuriya şahlarının mixi yazılarıdır. Hurri dili üçün 
xarakterik cəhət çoxsaylı  şəkilçilərdən istifadədir. Elə  məhz buna 
görə  də onu kökü naməlum olan hatt dilindən fərqləndirirlər. 
O.Gyorni bu dillərin Qafqaz dilləri ilə əlaqəli olduğunu yəqin etmiş-
dir
 
(8, 113). Bu dilin adı hett mətnlərindən götürülmüşdür. Burada 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə