Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə8/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   4   5   6   7   8   9   10   11   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
25
ki işarəyə görə; 3) qanadlarına, yaxud digər əlavə göstəricilərinə gö-
rə; 4) bəzən isə müqəddəs heyvanlar üzərində dayandıqlarına görə.
1
 
Hett imperiyası dövrünə aid çoxsaylı müqəddəs ocaqlar Bo-
ğazköy yaxınlığındakı Yazılıqayada tapılmışdır. Burada qayaların 
oyuqlarında və divarlarında hett şahlığının allahları və ilahələri təs-
vir olunmuşdur. Bu dövlət dini abidələridir.  İlahələrin  əksəriyyəti 
müxtəlif rəmz  əks etdirir, bildirir. Heroqlif yazıların köməyi ilə 
alimlərə bir faktı  dəqiqləşdirmək mümkün olmuşdur ki, e.ə. XIII 
əsrdə hett paytaxtının ilahiyyatçıları artıq hurrit panteonunu mənim-
səmişdilər. 
Anadoluda Hett padşahlığının xarakterik allahı Tufan allahı 
olmuşdur, çünki istidən yanıb külə dönmüş Mesopotamiya vadilə-
rindən fərqli olaraq, Anadolu buludlar və tufanlar diyarıdır. Burada 
çoxsaylı yerli abidələr vardır ki, onlarda ilahə müxtəlif şəkildə əks 
olunur və qeyd edək ki, bu ayinlə çoxsaylı şəhərlər əlaqədə idi. Su-
riyalılarda o əksər hallarda tək dayanmış, əlində balta və rəmzi ildı-
rımla təsvir olunur. Anadoluda isə onu dağın zirvələrinə araba dar-
tan öküzləri idarə edən kimi təsvir edirlər. Səcdəgahda allahın kult 
rəmzi kimi arabanı təkbaşına dartan müqəddəs heyvan – öküz təsvir 
olunur və bu, Alaca-Hüükdə tapılan şəkillərdə öz əksini tapmışdır. 
Öküz üzərində dayanan Tufan allahı Ülkər (Yupiter) adı altında, 
həm də bütün Roma imperiyasında da məlum idi. 
Hett mifologiyasında (biz bu barədə hettlərin mifləri və əfsa-
nələri ilə bağlı danışmışıq – N.T.) Tufan allahı İlluyanka Əjdahanın 
qatili kimi təqdim olunur. 
Tufan allahının ən məşhur məbədləri Şimali Suriyada və Tavr 
rayonunda tapılmışdır. Bu hett imperiyasının elə bir ərazisi idi ki, 
onun əhalisinin əksər hissəsini hurritlər təşkil edirdi. Buna görə də 
burada hurrit Tufan allahı Teşub və onun arvadı Hepat kultunu gö-
rürük: Hurrit panteonunda ilahə Hepat (yaxud Hepit) mahiyyət eti-
barı ilə öz əri Teşubla eyniləşdirilir. Onların hər ikisinə eyni dərəcə-
də  Hələbdə, Samuxda (bəlkə  də Malatyada), Kummamidə, Udedə, 
                                                 
1
 Burada hett allahlar panteonunu hind allahlar panteonu ilə müqayisə etmək üçün 
xeyli məqamlar ortaya çıxır və bu, başqa bir söhbətin mövzusudur. - N.T. 


 Nizami Tağısoy 
 
26
Xurmada, Aptsində itaət edərmişlər. Hepat bəzən onun müqəddəs 
heyvanı olan şir üzərində əzəmətli qadın görkəmində təsvir edilir. 
Hurritlər bu ilahə cütlüyü Şarrum, yaxud Şarma adlı oğul ad-
landırırmışlar. Bu allah incəsənətdə iki insan ayağını təcəssüm etdi-
rən ilahi rəmzlə eyniləşdirilirdi. Məsələn, Yazılıqayada onu iki dəfə 
təsvir etmişlər. Birində o ilahələr cərgəsində anasının ardınca gedir, 
digər halda isə kiçik qalereyada o geniş planda göstərilməklə, quca-
ğında IV Tudxaliyanı tutmuş şəkildə təsvir olunmuşdur. 
Hurritlərin digər böyük allahı bəzən İştarla qarışıq salınan ila-
hə Sauskadır. Hurritlərin İştarına Tavr rayonunun bir sıra şəhərlərin-
də, o cümlədən Samuxda
1
 itaət edirmişlər. Şah III Hattusuli onu öz 
müdafiəçisi kimi götürmüşdür və şahın «Tərcümeyi-halı»da elə ona 
ithaf olunmuşdur. İştarı şir belində dayanmış qanadlı fikir kimi təs-
vir etmişlər, bundan başqa onu bir sıra möhürlərdə və abidələrdə qa-
nadlı ilahə kimi görmək mümkündür. Onun iki xidmətçisi – Ninattu 
və Kulittu olmuşdur. 
Hett orbitasından kənarda olan xeyli hurrit allahları da möv-
cuddur. Bu allahlar heç bir zaman hett panteonuna aid edilməmişdir. 
Məsələn, Mesopotamiya allahları olan Anu və Antu, Ənlil və Ninlil, 
Ea və Damkina hettlərə hurrit dini vasitəsilə məlum olmuşdur. 
Hurritlər ölkəsindən qərbə  tərəf – Duzlu gölə yaxın və Tavr 
təpələrinin  ətəklərində, mühüm əhəmiyyətli  şəhərlər, o cümlədən, 
Uvanuva yerləşirdi. Burada digər ad altında məlum olan Tufan alla-
hına inanırdılar ki, onun arvadının adı Hepat yox, Saxassara, Xuvas-
sana, Tasimi kimi məlumdur. Tuvanuva da hattların allahı Vurukat-
tiyə itaət edirdilər, o, mətnlərdə  həm də  Şumerdə müharibə Zabab 
adı ilə tanınır. 
Tuvanuvadan şimalda Hett padşahlığının qəlbi, hattların vətə-
ni yerləşir. Burada ən məşhur dini mərkəz müqəddəs şəhər Arinna 
yerləşirdi. Şəhərin dəqiq yeri indiyə qədər məlum olmasa da, onun 
Hattusadan birgünlük məsafədə yerləşdiyi müəyyənləşmişdir. Arin-
                                                 
1
 Samux haqqında əlavə danışmağa ehtiyac var və bu adın bizim ölkədəki Samux-
la hər hansı bir əlaqəsinin olub-olmadığını müəyyənləşdirmək olduqca vacib mə-
sələdir. - N.T. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
27
nada başlıca allah Günəş ilahəsi Vurusemu idi. Tufan allahı və onun 
arvadı burada ikinci yeri tutur. Onların iki qızı Mesulla və Hulla 
(bəlkə də bugünkü Hülya – N.T.) və hətta qız nəvəsi Sintux olduğu 
da məlumdur. 
Şərq tərəfdə Tufan allahına itaət edən digər mühüm bir yer – 
Nerik şəhəri də vardır. «Qeyb olmuş allah» haqqında miflə adı sıx 
bağlı olan Telepinu bu ərazilərin dörd şəhəri ilə əlaqəlidir. Ehtimal 
vardır ki, o əkin-biçin allahıdır. Çünki Tufan allahı onun haqqında 
belə deyir: «Mənim bu oğlum nəhəngdir, o şumlayır və malalayır, o 
torpaqları suvarır və taxıl becərir». Mifdə Telepinu başlıca rol oyna-
maqla, göstərilir ki, onun gedişi ilə həyat ölür, buna görə də o Ado-
nis, Attis və Osiris kimi təbiətin həyatı gücünü əks etdirir (qışda 
ölür, yazda dirilir).  
Allah Tarxunt etruskların Tarxan allahı ilə eyniləşdirilir. Tar-
xunt da Tufan allahıdır, lakin insanların hansı kateqoriyasına aid 
olanlar ona inanır, səcdə edirlər, bu, indiyədək müəyyənləşməmiş-
dir. O hett padşahlığının sonrakı dövrlərinə aid allahlardan başlıcası 
idi. Ümumiyyətlə, Tarxunt hett dini mətnlərində o qədər də tez-tez 
yada salınmır. Burada ilahə Kubabanında adını çəkmək lazımdır. O, 
öz tarixi kökləri ilə frigiyalı Kibeba-Kibelanın prototipi kimi nəzər-
dən keçirilir. 
Biz hett allahlar panteonunda adları keçən, başlıca yer tutan 
allahlardan və  əsas ayin mərkəzlərindən danışdıq. Ümumiyyətlə, 
hett mətnlərində çoxsaylı allahların adına rast gəlmək mümkündür 
ki, əsas allahlar, adətən, kiçik allahlar və ilahələr tərəfindən əhatəyə 
alınmışdır. Burada hett allahlar panteonunun hind allahlar panteonu 
ilə müəyyən dərəcədə uyğunluğu, yaxınlığı meydana çıxır. Məsələn, 
hind allahlar panteonunda əksər hallarda başlıca allahlar İndra, 
Qanq,  Şiva, Dyans, Varura, Maruti, Aqni, Llşaşla yanaşı az qala 
min allahın olduğu bildirilir, onlar «Veda»larda, «Mahabharata»da 
və digər müqəddəs kitablarda tez-tez xatırlanır. Hettlərin də allahlar 
panteonunda onlar çoxluq təşkil edir. Bu allahların hind mədəniyyə-
tində və hett mədəniyyətində müqayisəli rolunu da izləməyə ehtiyac 
vardır. Lakin bu başqa bir problemdir və ona ayrıca toxunmaq olar. 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə