www.vivo-book.com
143
toppuzun dəstəsindən bərk-bərk yapışaraq rəqiblərinin gəlib
çatmasını gözlədi. Bir cüt galano qayığa yaxınlaşdı.
“Hələ dəyməyəcəm, – qoca düşündü, – qoy qabaqdakı
hərif balığa əməlli-başlı girişsin, sonra ya burnunun
üstündən, ya da təpəsindən elə ilişdirəcəm ki, yerində
qalacaq”.
Hər iki galano yanaşı, qoşa üzürdü; qayığa daha yaxın
olanı ağzını geniş açaraq həvə dişlərini balığın gümüştək
bərq vuran böyrünə ilişdirəndə qoca yuxarı qaldırdığı
toppuzu var gücüylə onun yastı kəlləsinə endirdi. Əlində
elastik bir sərtlik hiss etdi, eyni zamanda, yırtıcının kəllə
sümüyünün çox bərk olduğunu duydu; bu qartlığı heç nə ilə
müqayisə etmək olmazdı. İkinci zərbəni burnunun üstündən
ilişdirdi və akula sürüşüb suya düşdü. O biri galano balıqdan
iri bir tikə qoparıb kənara qaçdı, tikəni tezcənə içəri ötürüb,
ağzını geniş açaraq təzədən həmlə etdi. Ət parçasının onun
ağzından əsgi parçasıtək sallandığını görəndə təbdən çıxan
qoca toppuzu hara gəldi ilişdirməyə başladı. Zərbə
ziyankarın düz təpəsindən tutsa da, galano sanki istehza
edirmiş kimi qocaya baxıb balıqdan ikinci tikəni qopartdı,
www.vivo-book.com
144
içəri ötürməkçün kənara çəkiləndə qoca növbəti zərbəni
endirdi. Toppuz yenə də onun sərt, elastik kəlləsinə dəydi.
– Galano, qabağa dur görüm, – qoca dedi. – Hünərin
var, bir az da qabağa gəl!
Həvədiş irəli cumdu, çənələrini geniş aralayıb qənimətə
hücum çəkdi və dişlərini şaqqıldatdı. Şaqqıltını eşidəndə
qoca cağ əlini bacardığı qədər hündürə qaldırıb toppuzu
yenə onun təpəsinə endirdi. Bu dəfə zərbə düz beynindən
tutdu. Qoca eyni yerə bir zərbə də tutuzdurdu. Galano
çətinliklə qopartdığı ət parçası da ağzında, yavaş-yavaş
aralanıb gözdən itdi.
Qoca ətrafa nəzər salıb gözlədi ki, görsün ziyankarlar
geri qayıdacaqmı. Əvvəl heç nə gözə dəymirdi, amma sonra
qayığın ətrafında birinin vurnuxduğunu gördü; o birinin
üzgəcindənsə yaxın həndəvərdə heç bir əsər-əlamət yox idi.
“Onları öldürə biləcəyimi heç ağlıma gətirməzdim, –
qoca düşündü. – Cavan vaxtlarımda, əlbəttə, bunu fərz edə
bilərdim. Amma ikisini də bərk əzişdirib şil-küt elədim, heç
qiyamətəcən özlərinə gələ bilməzlər. Hərgah toppuzu ikiəlli
www.vivo-book.com
145
tuta bilsəydim, bu qoca vaxtımda da öhdələrindən
gələrdim”.
İndi o, öz balığına baxmaq belə istəmirdi. Yaxşı bilirdi
ki, balığın yarısı yoxa çıxıbdır. Qocanın başı yırtıcılarla
vuruşa elə qarışmışdı ki, heç günəşin nə vaxt batdığını da
görməmişdi.
– Havanın qaralmağına bir şey qalmayıb, bir azdan
yəqin ki, Havananın çıraqları yanacaq. Əgər gündoğana
tərəf çox meyllənmiş olsam, təzə kurortlardan birinin işığını
görərəm.
“Elə bilirəm ki, yolu düz gəlmişəm, – o düşündü, –
mən sahildən çox aralıda ola bilmərəm. Yəqin, qəsəbə
camaatı da məndən nigaran deyil. Olsa-olsa, bircə oğlan
narahat qalacaq. Amma o məndən tam arxayındır! Bir də
yaşlı balıqçılar təşvişə düşə bilərlər. Elə cavanlar da,
başqaları da. Şəhərimiz yaxşıdır, elə camaatımız da pis
deyil”.
Qoca daha öz balığı ilə söhbət edə bilmirdi, çünki
ziyankarlar onu didişdirib eybəcər hala salmışdı. Birdən
ağlına təzə bir fikir gəldi.
www.vivo-book.com
146
– Hər tikəsi bir balığa yem olan gözəlim! Uzaqlara
üzdüyümə çox peşmanam. Təkcə səni yox, özümü də məhv
elədim. Məyus olma, ikilikdə xeyli akula öldürdük, bir
xeylisini də şikəst elədik. Düzünü de, qoca balıq, ömrün
boyu bu yırtıcılardan, bu qarınqululardan çoxmu
öldürmüsən? O uzun, o iti qılıncını burnunun üstünə boş
yerə taxmamışdın ki.
Öz balığı barədə düşünmək qocanın xoşuna gəlirdi və
əgər qayıq rahat üzə bilsəydi, beləcə oturub onun akulaya
necə divan tutması barədə fikirləşməkdən ləzzət alardı.
“Gərək balığı ovlayan kimi qılıncını kəsib götürəydim,
yırtıcılarla cəngə girəndə əcəb kara gələrdi”, – o düşündü.
Amma onu baltasız necə kəsmək olardı? Balta bir yana, bu
saat heç bıçağı da yox idi.
Sonra fikirləşdi ki, hərgah balığın qılıncı məndə
olsaydı, onu avarın ucuna bağlayardım və qiyamət bir silah
alınardı! Bax, onda biz balıqla ikilikdə əl-ələ verib
yırtıcılarla vuruşar, bu ziyankarların anasını ağladardıq! Bəs
indi neyləyə bilərsən, qoca? Gecə birdən onlar üstünə
gəlsələr, sən nə edəcəksən?
www.vivo-book.com
147
O, hökm verirmiş kimi qətiyyətlə səsləndi:
– Vuruşacam, – dedi, – ölənəcən vuruşacam!
Amma gecənin qatı qaranlığında nə bir işıq, nə bir
işartı görünürdü. Olan bircə külək idi, bir də küləyin
qabartdığı yamaqlı yelkən. Birdən qocaya elə gəldi ki, ölüb.
Əllərini bir-birinə yapışdırıb ovcunu ovcuna sürtdü. Yox,
ölməmişdi, əlləri hərəkət etdikcə, açılıb-yumulduqca
sızlayıb göynəyirdi. Ağrı – həyat nişanəsiydi: ağrıyırdısa,
demək, hələ yaşayırdı. Qayığın arxa tərəfinə söykənəndə
kürəyinin göynərtisi də, çiyinlərinin sızıltısı da ona hələ
ölmədiyindən xəbər verirdi.
“Balığı ovlamağa görə söz verdiyim bütün duaları
oxuyacam; amma indi elə yorğunam ki, ağzımı açmağa
taqətim yoxdur, – düşündü. – Yaxşısı budur, kisəni götürüb
çiynimə salım”.
Qayığı uzandığı yerdəncə idarə edə-edə, Havana
işıqlarının nə vaxt görünəcəyini gözləyirdi. “Balığın yarısı
hələ məndədir, – o, fikrindən keçirtdi. – Bəlkə, bəxtim
gətirdi, salamat qalmış qabaq tərəfi aparıb evə çıxara bildim.
Heç olmasa, bəxt bir dəfə üzümə gülməlidir, ya yox! Yox,
Dostları ilə paylaş: |