Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

71 
 
Tribunalının 
nizamnaməsində 
beynəlxalq 
cinayətlərin 
nədən 
ibarət olduğu  göstərilmiĢdir.  Orada 
soyqırımı cinayəti insanlıq əleyhinə 
olan  cinayətlər  kateqoriyasına  aid 
edilmiĢdir. 
BMT-nin 
“Soyqırımı 
cinayətinin  qarĢısının  alınması  və 
onun  cəzalandırılması  haqqında” 
1948-ci  il  tarixli  Konvensiyasında 
isə soyqırımı cinayətinin mahiyyəti 
tam 
olaraq 
əksini  tapmıĢdır. 
Beynəlxalq  hüquqa  görə,  soyqırımı  sülh  və  bəĢəriyyət  əleyhinə  yönələn  əməl 
olmaqla ən ağır beynəlxalq cinayət sayılır. Soyqırımı hər hansı milli, irqi, etnik və 
dini  əlamətlərinə  görə  fərqlənən  xüsusi  bir  qrupun  tamamilə  və  ya  qismən  məhv 
edilməsinə  yönəlmiĢ  bu  cinayət  hərəkətlərinə  deyilir:  birincisi,  həmin  qrupun 
üzvlərinin öldürülməsi; ikincisi, onların Ģikəst edilməsi, bədən xəsarəti, yaxud əqli 
pozğunluq yetirilməsi; üçüncüsü, hər hansı qrupa onun qəsdən tam, yaxud qismən 
fiziki  məhvini  nəzərdə  tutan  həyat  Ģəraitinin  yaradılması;  dördüncüsü,  həmin 
qrupda  doğumun  qarĢısını  almağa  yönəlmiĢ  tədbirlərin  həyata  keçirilməsi; 
beĢincisi,  azyaĢlı  uĢaqların  bir  insan  qrupundan  alınıb  baĢqasına  verilməsi. 
Bunlardan  hansısa  bir  hadisənin  soyqırımı  kimi  qiymətləndirilməsi  üçün  kifayət 
edir.  Bu  meyarlar  baxımından,  Xocalı  faciəsi  soyqırımı  cinayəti  kimi 
qiymətləndirilməlidir. 
Soyqırımı - beynəlxalq hüququn qəbul edilmiĢ ümumi prinsip və  normalarının, 
habelə insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır. Soyqırımın əsas 
ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin törədilməsi nəticəsində ayrıca 
mədəniyyəti, adəti ənənələri, bir sözlə, yaĢam tərzi olan milli, etnik, irqi və ya dini 
qrup tamamilə və ya qismən öz mövcudluğunu itirə bilər. Bu isə insanlar birliyinin 
müxtəlifliyinin 
itirilməsinə 
beynəlxalq 
nizamlama  qanunauyğunluqlarının 
əsaslarının sarsılmasına gətirib çıxara bilər. BMT BaĢ Məclisinin 10 dekabr 1948-
ci  il  qəbul  etdiyi  ümumdünya  insan  hüquqları  bəyannaməsində  qeyd  olunmuĢdur. 
Hər  bir  insanın  yaĢamaq  azadlıq  və  Ģəxsi  toxunulmazlıq  hüququ  vardır.  Heç  kəs 
insan ləyaqətini alçaldan alçaq, qeyri-insani cəza və iĢgəncələrə məruz qala bilməz. 
Hər  bir  insan  onun  harada  olmasından  asılı  olmayaraq  hüquq  subyekti  hesab 
olunur. Ġnsanlar qanun qarĢısında bərabərdir və qanunlarla eyni dərəcədə müdafiə 
olunurlar. 
XX  əsrin  ən  dəhĢətli  hadisələrindən  olan  Xocalı  soyqırımının  məhz 
azərbaycanlı  milli  qrupuna  qarĢı  yönəldiyi  inkarolunmaz  faktdır  və  bu  da 
ermənilərin  qeyri-insani  davranıĢlarını  genosid  (soyqırımı)  üçün  ciddi  hüquqi 
əsaslar verir. BMT BaĢ Məclisinin 9 dekabr 1948-ci ilə qəbul edilmiĢ və 1961-ci 


72 
 
ildə  qüvvəyə  minmiĢ  “Genosid  cinayətinin  qarĢısının  alınması  və  təqsirkarların 
cəzalandırılması  haqqında”  Konvensiyaya  asanlıqla  yönəlmiĢ  bu  qeyri-humanist 
aktın hüquqi əsasları təsbit olunmuĢdur. 
Ermənistanın  müharibə  zamanı  davranıĢ  normalarını  müəyyənləĢdirən 
beynəlxalq  hüquq  prinsiplərinə  məhəl  qoymaması  ilə  bağlı  faktlar  yalnız  bununla 
məhdudlaĢmır. Beynəlxalq humanitar hüququn tələblərinə  əsasən  müharibə  yalnız 
silahlı  münaqiĢədə  oan  tərəflərin  silahlı  qüvvələri  arasında  aparılmalıdır.  Mülki 
əhali döyüĢlərdə  iĢtirak etməməli  və  onlarla  hörmətlə  davranılmalıdır. “Müharibə 
zamanı  mülki  Ģəxslərin  müdafiəsinə  dair”  IV  Cenevrə  Konvensiyasının  3-cü 
maddəsinə  əsasən,  mülki  əhalinin  həyatına  və  təhlükəsizliyinə  qəsd,  o  cümlədən 
onların  hər cür öldürülməsi, Ģikəst edilməsi,  onlarla  qəddar davranıĢ, onlara  əzab 
və iĢgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan 
edilir.  Konvensiyanın  33-cü  maddəsində  isə  qeyd  olunur  ki,  heç  bir  mülki  Ģəxs 
törətmədiyi  hüquq  pozuntusuna  görə  cəzalandırıla  bilməz.  Mülki  əhaliyə  qarĢı 
kollektiv cəza tədbirlərinin  görülməsi,  mülki  əhalini qorxuya salmaq, onlara qarĢı 
terror hərəkətləri, onların repressiyaya  məruz qoyulması birmənalı qadağan edilir. 
Həmin Konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də 
qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu 
prinsipə  də  aĢkar  sayğısızlıq  nümayiĢ  etdirmiĢlər.  Ermənistan  silahlı  qüvvələri  bu 
hüquq normalarına məhəl qoymamıĢ, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar 
üsullara əl atmıĢlar. 
Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi 
ilə  hakimiyyətə  qayıdıĢından  sonra  bir  çox  milli  faciələrimiz  kimi  Xocalı 
soyqırımına  da  siyasi-hüquqi  qiymətin  verilməsi  mümkün  olmuĢdur.  1996-cı  il 
fevralın 24-do xocalılarla görüĢən ulu öndərimiz Heydər Əliyev Xocalı faciəsinin 
xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurğulamıĢdır: 
“Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə 
sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhĢi qüvvələri 
tərəfindən  Azərbaycana  qarĢı  edilən  soyqırımıdır,  vəhĢiliyin  görünməmiĢ  bir 
təzahürüdür.  Əgər  Xocalı  faciəsi  bir  tərəfdən  erməni  iĢğalçılarının  vəhĢililiyinin 
nəticəsi  olubsa,  ikinci  tərəfdən  bizim  dövlət  orqanlarının,  o  vaxt  respublikaya 
rəhbərlik edən səlahiyyətli  Ģəxslərin cinayətkarlığı, hətta deyərdim, xəyanətkarlığı 
nəticəsində  olubdur.  Ona  görə  də  biz  bu  soyqırımını  pisləməliyik,  ermənilərin  bu 
vəhĢiliyini  dünyaya  göstərməliyik,  onları  bir  vəhĢi  kimi  ifĢa  etməklə  yanaĢı,  eyni 
zamanda, özümüzə etdiyimiz cinayəti, xəyanəti də aĢkar etməliyik”. 
Ümummilli liderimizin təĢəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də 
“Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiĢ, sənəddə hadisənin baĢ 
vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmıĢdır. 
Eyni  zamanda,  Xocalı  faciəsi  ilə  bağlı  həqiqətlərin  dünya  ictimaiyyətinə 
çatdırılması,  erməni  qəsbkarlarının  beynəlxalq  müstəvidə  ifĢası  mühüm  vəzifələr 
kimi  önə  çəkilmiĢdir.  Ümummilli  liderimizin  “Xocalı  soyqırımı  qurbanlarının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə