Əməliyyat sistemi
Əməliyyat sistemi (eng. Operating System (OS)) – hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə
olunmasını təmin edən proqramlar toplusundan ibarətdir. Kompüter işə salındıqda ƏS başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna
yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. ƏS eyni zamanda kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi,
qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir. ƏS sistem proqram təminatının əsasını təşkil edir. ƏS fərdi kompüterlərin vacib elementlərindən biridir. O, məlumatın saxlanması və emalı idarə etməklə yanaşı istifadəçi üçün
də interfeysə malikdir.
Əsas funksiyalar:
Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi
Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkünlüyü
Kompüterin əməli yaddaşının idarə edilməsi
Kompüterin sabit yaddaşının idarə edilməsi
İstifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqənin yaradılması
MS-DOS
MS-DOS (Microsoft Disk Operating System-Microsoft Disk Əməliyyat Sistemi) – DOS əməliyyat sistemləri ailəsinin 1-ci və ən məşhur üzvüdür. O, kiçik və sadə bir əməliyyat sistemi olub, əsas vəzifəsi disket və sabit disk kimi saxlama mühitlərinin idarə edilməsidir. Kompüterlərin digər funksiyaları: qrafika, səs yazma, şəbəkədə gəzinmə, yaddaşa nəzarət, çoxlu isdifadəçi və çoxlu iş xüsusiyyətləri də bu əməliyyat sistemi tərəfindən yerinə yetirilə bilir. Bu əməliyyat sisteminin tarixi kompüterlərin tarixi ilə başlayır.
MSDOSəməliyyat sistemi diskdəki verilənlərin idarə edilməsində yeni üsullardan istifadə etməklə, servis proqramlar üçün olduqca geniş əmrlərdən istifadə edir. Burada yalnız əməliyyatları ardıcıl yerinə yetirmək olar, yəni bir dəfəyə iki və daha çox əməliyyatı yerinə yetirmək olmur.
MS-DOS-un işə salınması: Əgər siz indi Windows Əməliyyat Sistemində işləyirsinizsə, onda bu sistemi çağırmaq üçün Start -> Run edir və orada "command" əmrini yazıb OK düyməsini sıxın. Bundan sonra, qara fonda bir pəncərə açılacaq, bu, MS-DOS-dur.
MS-DOS-un əmrləri:
Dostları ilə paylaş: |