Əməliyyat sistemi (eng. Operating System (OS))



Yüklə 34,46 Kb.
səhifə4/9
tarix21.03.2022
ölçüsü34,46 Kb.
#84644
1   2   3   4   5   6   7   8   9
Əməliyyat sistemi dərs

Mac OS X 2002-ci ildə satışa çıxarıldı. Mac OS X Unix üzərində yaradıldığı üçün çox stabil və təhlükəsizdir. 2009-cu ildə 

Mac OS X-in versiyası Snow Leopard satışa çıxarıldı. 2015-ci ildə Mac OS X-in son versiyası olan El Capitano satışa çıxarıldı.



Mac-ın müsbət cəhətləri:

*asanlıqla virusa yoluxmaması;

*çətin görünsədə istifadəsinin WINDOWS –dan rahat olması;

Mac-ın mənfi cəhətləri:

*baha olması;



*WINDOWS istehsalı olan proqram  və avadanlıqların burda istifadə olunmaması.

WINDOWS

WINDOWS - Microsoft şirkəti tərəfindən istehsal olunan əməliyyat sistemidir. Vaxt keçdikcə Windows sistemində işləyən çoxlu sayda güclü və rahat proqramların (məsələn, Windows üçün Microsoft Word, Excel,Aldus PageMaker və s.) yayılması istifadəçilər arasında Windows sisteminin populyarlığının artmasına səbəb oldu. Windows əməliyyat sistemi istifadəçilər üçün rahat işləmə mühiti yaratmaq məqsədilə meydana gəlmişdir. Windows müasir kompüterlərin istifadəsində yeni imkanlar açan bir sistem olub, proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır. Burada hər bir proqram heç olmasa bir pəncərəyə malikdir. Bu pəncərə istifadəçiyə həmin proqram ilə işləməyə şərait yaradır. Windows sistemində monitorun ekranı "işçi masa" kimi təqdim olunur ki, bu masada (Рабочий стол) həmin anda işləyən proqramların pənсərələri yerləşmiş olurlar.

Windows 1.0- 1985-ci ildə buraxılmışdır. Bu sistem IBM PC AT 286 mikroprosessorlu kompüterlər üçün nəzərdə tutulmuşdu və diskdə 2 Mbaytdan bir az artıq yaddaş sahəsi tuturdu. Bu sistemdə kalkulyator, saat, təqvim kimi bəzi utilitlər, Microsoft Paint qrafik redaktoru, Notepad sadə mətn redaktoru və Microsoft Write mətn redaktoru da yaradılmışdı. İnterfeysi çox sadə idi. Bu sistem müstəqil ƏS deyildi, sadəcə MS-DOS üzərində qurulmuş örtük idi.

Windows 2.0- 1987-ci ildə buraxıldı. Bu sistem əslində Windows 1.0-ın təkmilləşdirilmiş versiyası idi. Bu versiyada proqram təminatı gücləndirilmişdi. Sistem IBM PC AT 386 kompüterləri üçün nəzərdə tutulmuşdu, bununla yanaşı əvvəlki maşınlarda da normal işləyirdi. Bu ƏS üçün Microsoft Excel cədvəl prosessoru və Word 1.0 mətn prosessoru işlənib hazırlanır. Əvvəlki versiyadan yeganə kəskin fərqi sonuncunun Intel 286 prosesorunun dəstəkləməsi idi. İnterfeysdə ayarlar paneli yaradıldı və pəncərələr bir birinin üzərini örtə bilirdi.

Windows 3.0- 1990-cı ildə meydana gəlib. Bu versiya istifadəçilər arasında ilk mükəmməl 16 mərtəbəli sistem kimi öz təsdiqini tapır. Bu versiya nəinki qrafik interfeysə, həmçinin çoxməsələli rejimə də malik olmuşdur. Bu sistem IBM 386 kompüterləri üçün nəzərdə tutulmuşdur. Bu sistemə Notepad və WordPad mətn redaktorları, Paintbrush qrafiki redaktoru, şəbəkədə məsafədən (uzaqdan) idarəetmə vasitələri və başqa bir çox utilitlər daxil edildi. Məhz sistemin bu versiyasından başlayaraq məşhur “Pasyans” oyunu geniş kütləyə təqdim olundu.

Windows 3.1- 1992-ci ildə buraxılıb. Bu versiyadan başlayaraq Microsoft şirkəti 80386 və ondan sonra gələn prosessorlara xas olan virtual yaddaşın təşkil edilməsi imkanına malik ƏS-nin istehsalı ilə məşğul olur. O cümlədən,bu sistemdə klaviaturanı müxtəlif dillərə yükləməklə çoxdilli rejimdə işləmək, həmçinin xarici mikrofondan və universal səsgücləndiricidən, eləcə də geniş spektrli səs kartlarından istifadə etmək mümkün idi.  

Windows 3.11 Workgroups- 1993-cü ildə buraxıldı. Bu versiya lokal şəbəkə və geniş multimedia imkanlarına malik idi. Bu sistem lokal şəbəkə yaratmağa, internetlə əlaqə yaratmağa, şəbəkə printerlərindən, informasiya mübadiləsi üçün alətlərdən və eləcə də faksların göndərilməsi və qəbulu üçün proqramlardan istifadə etməyə imkan verirdi. Bu sistemlə işləmək üçün IBM PC 386 kompüterləri və 1 Mb əməli yaddaş tələb olunurdu. Sistemin tətbiqi proqramlar paketinə bir sıra yeni proqramlar əlavə edilmişdi: Microsoft Mail poçt proqramı, Microsoft Internet Explorer brauzeri,Microsoft Chat utiliti və s.  


Yüklə 34,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə