Əməliyyat sistemi (eng. Operating System (OS))



Yüklə 34,46 Kb.
səhifə3/9
tarix21.03.2022
ölçüsü34,46 Kb.
#84644
1   2   3   4   5   6   7   8   9
Əməliyyat sistemi dərs

MS-DOS 4.0 və 4.1- 1988-ci ildə yаrаdıldı və dеmək оlаr ki, istifаdəçiləri cəlb еtmədi.

  • 1993-1994-cü illərdə MS-DOS-un bir nеçə vеrsiyаlаrı sаtışа burахıldı:

  • MS-DOS 6.0- çoxlu orijinal və lisenziyalı proqramlar o cümlədən, Microsoft Double Space proqramı var idi. Çatışmayan cəhəti diskdəki informasiyanın bir-biri ilə uzlaşmamasıdır.

  • MS-DOS 6.2 və MS-DOS 6.22- həmin prоqrаm dаhа dа təkmilləşdirildi.

  • MS-DOS-un müsbət cəhətləri:

  • *geniş imkanlı əmrlər sisteminə malikdir;

  • *fayllarla ardıcıl qurğularla işlənilən kimi işləməyin mümkünlüyü;

  • *çoxsəviyyəli kataloqların təşkil olunma imkanları;

  • *əlavə qurğuları qoşarkən onların idarəedici proqramlarının, drayverlərinin sistemə qoşulması imkanı;

  • *istifadəçilərlə dialoqla məsələlərin həlli.

  • MS-DOS-un mənfi cəhətləri:

  • *istifadəçi interfeysinin primitiv olması;

  • *qrafik rejimdə işləməyin mümkün olmaması.


    UNIX

    UNIX- 1969-cu ildə Ken Tompson və Denis Ritçi tərəfindən Bell laboratoriyalarında yazılmış, eyni vaxtda bir çox istifadəç ilə eyni zamanda müxtəlif əməliyyatları yerinə yetirən bir əməliyyat sistemidir. Denis Ritçinin təklifi ilə yeni ƏS–i UNICS (UNiplexed Information and Computing System) adlandırılmış, sonralar UNIX adına qısaldılmışdı. UNIX çox prosesli və çox bahalı kompüterlərdən, ucuz və tək prosesli PC-lərə qədər bir çox kompüterdə işləyə bilir. UNIX aşağıdakıları özündə birləşdirir:

    *paylanmış verilənlər bazasına müraciət;

    *lokal şəbəkədə işləmək;

    *uzaq məsafədə əlaqə və adi modemdən istifadə etməklə qlobal çıxış imkanı. Bu Unix-in ən vacib komponentlərindən biridir.


    UNIX-in versiyaları:

    Unix-in ilk versiyası Assembler dili ilə yazılmışdır və bu əməliyyat sistemi sadəcə yazıldığı kompüterin özündə işləyirdi. 1973-cü ildə Ken Tompson C dilinin yaradıcısı olan Denis Ritçi ilə birlikdə əməliyyat sisteminin kernel sistemini C dili ilə təkrar kodlayaraq UNİX 5.0 versiyasını yaratdılar.1982-ci ildə bu proqramı Unix Version 7-nin əsasında birinci ticarət məqsədli UNIX System III yarandı. Hal-hazırda UNIX ailəsindən olan şəbəkə ƏS dən geniş yayılan 32-mərtəbəli, çoxistifadəçili, çoxməsələli UNIX Ware 2.0 sistemidir.



    UNIX-in müsbət cəhətləri:

    *müxtəlif kompüterlərdə istifadəsinin mümkünlüyü;

    *bu sistem sayı çox olmayan intuitiv aydın anlayışlara əsaslanır;

    *bu mövcud sistemlər arasında ən təhlükəsiz, etibarlı və sürətli sistemdir.



    UNIX-in mənfi cəhətləri:

    *sistemin adi istifadəçilər üçün yox proqramçılar üçün olması;

    *Unix sistemlərinin texniki xidməti həddən artıq bahadır. Ona görə, də bu sistemdən yalnız imkanlı şirkətlər istifadə edir.
    LINUX

    LINUX- UNİX-ə texniki mənada bənzəyən redaktə qabiliyyətli, açıq kodlu, sərbəst paylanan, müstəqil bir əməliyyat sistemidir. Linux hər hansı bir kompüter sistemində problemsiz  işləmə qabiliyyətinə malikdir. Linux adətən iş stansiyalarında istifadə olunsa da onu səxsi kompüterdə də istifadə edənlər çoxluq təşkil edir. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. 

    Yəni, Linux sıfırdan yaradılıb. Əslində Linux əməliyyat sistemi 

    nüvəsidir. Linux superkompüterlərdə, masaüstü kompüterlərdə,dizüstü kompüterlərdə, ağıllı telefonlarda, planşetlərdə, yeni nəsil televizorlarda və s. kimi bütün platformalarda işləyir. Dünyanın 10 ən sürətli superkompüterində Linux istifadə olunur.

    LINUX-in versiyaları:

    Linux əvvəllər Unixin müstəqil yayılan versiyası kimi işlənmişdir. 1991-ci ildə Helsinki universitetinin tələbəsi Linus Torvalds Linuxun ilk versiyasını təqdim edir. O, Linuxu Minix ƏS-nin əsasında yaratmışdır. Minix – Unixin fərdi kompüterlər üçün yaradılmış məhdud analoqudur. Linus Torvalds Linux haqqında ilk məlumatı 1991-ci il avqustun 25-də dünyaya çatdırdı. 1991-ci ilin oktyabrında Linux 0.02 versiyası yarandı. 1992-ci ilin martında ilk “demək olar ki, səhvsiz” versiyanın buraxılmasından sonra dünyanın əksər proqramçıları bu əməliyyat sisteminin üzərində işləməyəbaşladılar və Linux əməliyyat sistemi inkişaf etməyə başladı.



    LINUX-UN MÜSBƏT CƏHƏTLƏRİ:

    *Açıq Lisenziya Razılaşmasına əsasən pulsuz şəkildə yayılması;

    *yüksək etibarlılığı;

    *onun təhlükəsizliyinin yüksək olması kompüterdə əlavə antivurus proqramlarından istifadəyə ehtiyac yaratmır;

    *universallığı;

    *yüsək məhsuldarlığı;



    LINUX-UN MƏNFİ CƏHƏTİ:

     *oyunlar (Linux-da hal-hazırda pullu və pulsuz oyunlar var. Amma onların sayı WINDOWS- dakı qədər deyil.Yəni, Linux oyun barəsində WINDOWS qədər yaxşı deyil).



    MACINTOSH

    MACINTOSH - personal kompüterlər istehsal edən Apple Computer İnc. şirkətinin bir məhsulu olan əməliyyat sistemidir. Macintosh qısaca Mac olaraq tanınır və adını Macintosh alma növündən alır. Macintosh-un istehsalına 1984-cü ildə başlanılmışdır. Macintosh seriyalı kompüterlər Apple şirkətinin öz məhsulu olan Mac OS əməliyyat sistemindən istifadə edirlər. İlk qrafik interfeysə malik olan sistemdir.  

    Mac-ın versiyaları:


    Yüklə 34,46 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə