Əlyazması hüququnda


Təşkilatın strateji potensialının təhlili.........................................31



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix01.07.2022
ölçüsü1,3 Mb.
#90289
1   2   3   4   5   6   7   8   9   ...   18
R-FL-AYNUR-VAS-F-q-z-

 
2.1 Təşkilatın strateji potensialının təhlili.........................................31
 
 
2.2 Strateji təhlildə portfel təhlilinin matris metodları.....................41
 
2.3 Situasiyalı təhlili..........................................................................55 
III Fəsil: Diversifikasiya edilmiş təşkilatda strateji təhlilin
təkmilləşdirilməsi istiqamətlər................................................................59
3.1 Təşkilatın resurs və imkanlarının strateji qiymətləndirilməsi 
istiqamətləri................................................................................................59
3.2 Strateji nəzarət.............................................................................68 
Nəticə və təkliflər......................................................................................75 
Ədəbiyyat siyahısı.....................................................................................77
 
 
 
 



Giriş 
Mövzunun aktuallı
ğ
ı. 
Müasir zamanda təşkilatın strategiyasının işlənib 
hazırlanmasına münasibət dəyişilmişdir. Strategiyaya əvvəlki şəraitdə rəqabət 
mübarizəsində təşkilata üstünlük verən vasitə olaraq baxılırdısa və o təşkilatın 
məhdud rəhbərlər səviyyəsində məlum idisə, indi açıq şəkildə ifadə olunmuş 
strategiyaya üstünlük verilir. Strategiya yalnızca rəhbərlərin işi deyil, elmi-tədqiqat 
və istehsal işlərində, layihə-konstruktor və satış sahəsində çalışanların da işidir. Bu o 
deməkdir ki, icraçılar həm strategiyanın hazırlanmasında, həm də həyata 
keçirilməsində yaxından iştirak edirlər. 
Bütün dünyada getdikcə artan rəqabət qarşısında strateji idarəetmə mühüm 
əhəmiyyət qazanmağa başlamışdır. Yalnız özəl sektorda deyil, ictimai və üçüncü 
sektorda da fəaliyyət göstərən bütün təşkilatlar qloballaşma və bunun gətirdiyi 
rəqabət qarşısında daha strateji düşünməyə, strateji planlamağa, strateji qərar almağa 
əvvəlkindən daha çox vacib sayılmışdır. Strateji idarəetmə, bir təşkilatda gələcəyə 
istiqamətli qərarlar alınmasından istifadə bir rəhbərlik texnikasıdır.
Faktiki olaraq idarəetmə strategiya planı olmaqla yanaşı, istehlakçıların 
tələbatlarının səmərəli və vaxtında yerinə yetirilməsinə, müəssisənin bazarda 
mövqeyinin dayanıqlı olmasına xidmət edir. Buna görə də rəhbərin strategiyanı 
işləyib hazırlaması, şirkətin öz biznesinin təşkil etməsi və rəhbərliyi üçün vacib 
şərtdir. 
Strateji təhlil peşəkar fəaliyyət sahəsi kimi idarəetmə sistemində 
məqsəditəyinetmə və planlaşdırma funksiyası ilə əlaqəli şəkildə meydana gəlmişdir. 
Onun yaranma zərurəti təşkilatın inkişafı, dəyişən mühitə uyğunlaşması və bu 
səbəbdən idarəetmənin səmərəliliyinin artırılması təlabatı olmuşdur. Inkişaf 
prosesində təşkilat böyüdükcə onun fəaliyyəti daha çox istiqamətləri əhatə etməyə 
başlayır. Onun əlaqədə olduğu kənar obyektlərin sayı və tərkibi daha müxtəlif olur, 
əlaqələrin məzmunu isə, daha da mürəkkəbləşir. Bu səbəbdən strateji təhlil daha da 
geniş və ətraflı xarakter daşımağa başlayır. Təşkilat bir növ daha geniş çeşiddə və 
fərqli informasiyalarla işləməyə məcbur olur. Əgər əvvəllər mövcud vəziyyət 



haqqında yalnız ilkin informasiya kifayət edirdisə sonradan təşkilat inkişaf etdikcə 
bunların qiymətləndirilməsinə ehtiyac yaranır və nəhayət son dövrlərdə 
qiymətləndirmə ilə kifayətlənməyərək yeni biliklərin yaradılmasına təlabatlar 
formalaşır.

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə