64
Kreditor borclarının tərkibi və quruluşunu öyrənmək üçün aşağıdakı formada
cədvəl tərtib edək (cədvəl 3.4.).
Cədvəlin məlumatları göstərir ki, təhlil olunan müəssisənin kreditor
borclarının tərkibi və quruluşunda əhəmiyyətli dəyişiklik baş vermişdir. Belə ki,
həm ilin əvvəlinə, həm də axırına kreditor borclarının tərkbində ən böyük xüsusi
çəkiyə mallar, işlərə və xidmətlərə görə hesablaşmalar malikdir. Sonrakı yerləri
sosial sığorta üzrə hesablaşmalar, törəmə müəssisələr və büdcə ilə hesablaşmalar
tutur. Təkcə sosial sığorta üzrə hesablaşmaların xüsusi çəkisi 9,4%-dən 22,1%-dək
yüksəlmiş, başqa sözlə 3207759 manat çoxalmışdır. Sifarişçilərdən alınan
avansların xüsusi çəkisi müqayisə olunan dövr 9%-dən 3,7%-ə, mütləq rəqəmlə isə
535406 manat aşağı düşmüşdür. Əmək ödənişi üzrə müəssisənin özünün işçlərinə
olan kreditor borcu ilin axırına cəmisi 254264 manat təşkil etmiş, 137154 manat
azalmışdır. Sair kreditorlarla hesablaşmaların xüsusi çəkisi il ərzində heç bir
dəyişikliyə məruz qalmasa da, həmin dövrdə mütləq rəqəmlə 51629 manat artmağa
meyl etmişdir. Bütövlükdə isə kreditor borlarının məbləği 6113528 manat
yüksəlmişdir. Kreditor blorclarının quruluşnda belə bir ciddi dəyişikliyin olması
qarşılıqlı ödənişlərin əyata keçirilməməsindədir. Dediklərimizi kreditor və debitor
borclarının müqayisəli təhlili sübut edir (cədvəl 3.5.)
«İnkor» MMC-nin 2.4.-cü cədvəldə əks olunan 2015-ci il məlumatlarından
aydın olur ki, ilin axırına debitor borcu 4379326 manat olmaqla, kreditor
borclarından 6336665 manat az olmuşdur. Qarşılıqlı ödənişlərin həyata
keçirilməməsi göz qabağındadır. Belə bir vəziyyət müəssisənin maliyyə
vəziyyətinin son dərəcə pisləşməsinə dəlalət edir. Başqa sözlə, müəssisə bu
borclardan cəlb olunmuş mənbələr kimi istifadə etməyə məcburdur. Həm debitor,
həm də kreditor borclarının müxtəlif maddələrini ayrı-ayrılıqda araşdırmaq yolu ilə
konkret tövsiyyələr hazırlamaq və bu tövsiyyələrdən müəssisənin təsərrüfat
fəaliyyətinin yaxşılaşdırılması üçün istifadə etmək mümkündür. Ümumiyyətlə,
müəsstsələrdə həm debitor, həm də kreditor borclarının dövranı eyni düstur
vasitəsilə hesablanılır.
65
Cədvəl 3.5.
Debitor və kreditor borclarının ilin axırına müqayisəli təhlili (2015-ci il)
Hesablaşmalar
Debitor
borcları
Kreditor
borcları
Borcların üstələməsi
debitor
kreditor
1. Mallara, iş və xidmətlərə
görə malalan və sifarişçilər
3265058
7085757
-
+3820699
2. Törəmə müəssisələrlə
-
834512
-
+834512
3. Sair əməliyyatlar üzrə
heyətlə
379
795095
-
+794716
4. Sosial ehtiyalara
artırmalar üzrə
-
268768
-
+268768
5. İddialar üzrə
-
772590
-
+772590
6. Sair debitorlarla
1113889
-
+1113889
-
7. Əmlak və şəxsi sığorta
üzrə
-
4575278
-
+4575278
8. Büdcədən kənar
ödənişlər üzrə
-
-
-
9. Büdcə ilə
-
6383991
-
+6383991
Yekunu
4379326
-
+16336665
3.3. Uzunmüddətli aktivlərinvə qeyri-maddi aktivlərin ödənilməsi
mənbələrinin təhlili
Maliyyə vəziyyətinin təhlili zamanı mühasibat balansında aktivin bütün
maddələri ümumiyyətlə üç qrupa birləşdirilir:
1. Uzunmüddətli aktivlər. Bir sıra əsas vəsaitlər, uzunmüddətli maliyyə
qoyuluşları, qurtarmamış əsaslı tikinti, sahibkarlara çatası dividendlər üzrə
66
hesablaşmalar quraşdırılası avadanlıqlar və i.a. dövriyyədənkənar aktivlər
daxil edilir.
2. Qeyri-maddi aktivlər. Bu qrupa satınalınan dividendlər, əmtəə nişanları,
ticarət markaları, torpaqdan istifadə hüquqları, faydalı qazıntılardan istifadə
hüquqları, lisenziyalar, patentlər və s. uzun müddət istifadə olunan,
müəssisəyə gəlir gətirən və maddi cismani əsası olmayan aktivlər daxildir.
3. Cari aktivlər. Bu qrupa bütün növlərdə istehsal ehtiyatları, hazır məhsul,
mallar, bitməmiş istehsal qalığı, pul vəsaiti, debitorlarla hesablaşmalar,
qısamüddətli maliyyə qoyuluşları və s. dövriyyə aktivləri daxildir.
Eyni zamanda verilən balansın passivində müəssisə vəsaitinin mənbələri də üç
qrupa böülünür:
1. Xüsusi vəsait mənbələri. Bu qrupa nizamanmə kapitalı, əlavə kapital,
ehtiyat kapitalı, yığım fondları, istehlak fondları, icarə öhdəlikləri,
məqsədli maliyyələşmə və daxil olmalar, bölüşdürülməmiş mənfəət, sosial
sferalar fondu və s.
2. Uzunmüddətli maliyyə qoyuluşları. Bu qrupa uzunmüddətli bank
kreditləri, uzunmüddətli borclar, istiqrazlar, uzunmüddətə ödəniləsi
veksellər və 12 aydan sonra qaytarılası digər borclar daxildir.
3. Qısamüddətli maliyyə öhdəlikləri. Bu qrupa qısamüddətli bank kreditləri,
malsatanlara və podratçılara olan borclar, əməyin ödənişi üzrə borclar,
alınan avans məbləğləri, büdcədənkənar fondlara olan borclar və i.a. 12
ayadək müddətə qaytarılası borclar daxildir.
Verdiyimiz qruplaşmadan istifadə etməklə, müəssisə aktivlərinin və
passivlərinin müqayisəli hesabat dövrü ərzində onun maliyyə siyasətinin
səmərəliliyini qiymətləndirməyə imkan verir.
Bu cür təhlil aparmaq üçün balans məlumatlarından istifadə etməklə,
aşağıdakı formada analitik cədvəl tərtib edilir (cədvəl 3.6.).