28
kreditləri” hesabında aparılır. Işçilər üçün uzunmüddətli bank kreditləri ilə bağlı
əməliyyatları mügasibat hesablarında əks etdirilməsi qaydası aşağıdakı kimidir:
1. İşçilərə verilmək üçün kredit alınmışdır:
D-T 223 “Bank hesablaşma hesabı”
K-T 402 “İşçilər üçün uzunmüddətli bank kreditləri”
2. İşçilərə kreditlə satılmış mallara görə sənədlərin ödənişinə yönəldilmiş kredit
əks olunmuşdur:
D-T 173 “Əsas idarə heyətinin uzunmüddətli debitor borcları”
K-T 402 “İşçilər üçün uzunmüddətli bank kreditləri”
3. Alınmış kredit vaxtı bittiyi üçün banka qaytarılmışdır:
D-T 402 “İşçilər üçün uzunmüddətli bank kreditləri”
K-T 223 “Bank hesablaşma hesabı”
4. Alınmış kreditin bir hissəsi işçi tərəfindən kassaya təhvil verilmişdir:
D-T 223 “Bank hesablaşma hesabı”
K-T 173 “Əsas idarə heyətinin uzunmüddətli debitor borcları”
5. Nominal dəyəri 5000 manat olan istiqraz 5000 manata satılmışdır:
D-T 223 “Bank hesablaşma hesabı”
K-T 403 “Uzunmüddətli konvertasiya olunan istiqrazlar”
6. Müddətin sonunda həmin istiqraz nominal dəyərlə geri alınmışdır:
D-T 403 “Uzunmüddətli konvertasiya olunan istiqrazlar”
K-T 221 “Kassa”
7. Müəssisə uzunmüddətli borc almışdır:
D-T 223 “Bank hesablaşma hesabı”
K-T 404 “Uzunmüddətli borclar”
8. Xarici valyuta ilə cəlb olunan borclar üzrə müsbət məzənnə fərqi nəzərə
alınmışdır:
D-T 404 “Uzunmüddətli borclar”
K-T 332 “Məzənnə fərqləri üzrə ehtiyyat”
9. Borcun bir hissəsi qaytarılmışdır:
D-T 404 “Uzunmüddətli borclar”
29
K-T 223 “Bank hesablaşma hesabı”
10. Geri alınan məhdud tədavül müddətli səhm 7000 manata satılmışdır:
D-T 223 “Bank hesablaşma hesabı”
K-T 405 “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər
(uzunmüddətli)”
11. Emissiya gəliri qeydə alınmışdır:
D-T 223 “Bank hesablaşma hesabı”
K-T 311 “Emissiya gəliri”
12. Müddətin sonunda satılan səhmlər nominal dəyərlə geri alınmışdır:
D-T 405 “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər
(uzunmüddətli)”
K-T 221 “Kassa”
13. Avadanlığın uzunmüddətli (18 ay) maliyyə icarəsi əks etdirilmişdir:
D-T 191 “Gələcək hesabat dövrlərinin xərcləri”
K-T 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
14. Bir ayın borcu kassadan nağd ödənilmişdir:
D-T 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
K-T 221 “Kassa”
15. Ödəniş hər ay xərclərə silinir:
D-T 202 “İstehsalat məsrəfləri”
K-T 191 “Gələcək hesabat dövrlərinin xərcləri”
16. Səhmə görə törəmə müəssisəyə öhdəlik yaranmışdır:
D-T 344 “Elan edilmiş devidentlər”
K-T 407 “Törəmə müəssisələrlə uzunmüddətli faiz xərcləri yaradan
öhdəliklər”
17. Mənfi məzənnə fərqi qeydə alınmışdır:
D-T 332 “Məzənnə fərqləri üzrə ehtiyyat”
K-T 407 “Törəmə müəssisələrlə uzunmüddətli faiz xərcləri yaradan
öhdəliklər”
18. Öhdəliyin bir hissəsi hazır məhsulla ödənilmişdir:
30
D-T 407 “Törəmə müəssisələrlə uzunmüddətli faiz xərcləri yaradan
öhdəliklər”
K-T 204 “Hazır məhsul”
19.Auditora olan öhdəlik qeydə alınmışdır:
D-T 202 “İstehsal məsrəfləri”
K-T 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”
20.Borc auditora ödənilmişdir:
D-T 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”
K-T 223 “Bank hesablaşma hesabı”
Hesablar planına uyğun olaraq 41 ci maddədə qeydə alınan uzunmüddətli
qiymətləndirilmiş öhdəliklərə 411 № li “İşdən azadolma ilə bağlı uzunmüddətli
müavinətlər və öhdəliklər”, 412 № li “Uzunmüddətli zəmanət öhdəlikləri”, 413 №
li “Uzunmüddətli hüquqi öhdəliklər”, 414 № li “Digər uzunmüddətli
qiymətləndirilmiş öhdəliklər” adlı hesablar daxildir.
Yuxarıda qeyd olunan hesablar üzrə əməliyyatların uçotda əks etdirilməsi
aşağıdakı kimidir:
1. İşdən azadedilmə ilə bağlı müavinət hesablanmışdır:
D-T 202 “İstehsalat məsrəfləri”
K-T 411 “İşdən azadolunma ilə bağlı uzunmüddətli müavinətlar və
öhdəliklər”
2. Müavinətin bir hissəsi ödənilmişdir:
D-T 411 “İşdən azadolunma ilə bağlı uzunmüddətli müavinətlar və
öhdəliklər”
K-T 221 “Kassa”
3. Uzunmüddətli zəmanət öhdəliklərinə görə hesablanmışdır:
D-T 202 “İstehsalat məsrəfləri”
K-T 412 “Uzunmüddətli zəmanət öhdəlikləri”
4. Xalis mənfəət hesabına uzunmüddətli zəmanət öhdəlikləri aid edilmişdir:
D-T 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
K-T 412 “Uzunmüddətli zəmanət öhdəlikləri”
31
5. Öhdəliklər hesablaşma hesabından ödənilmişdir:
D-T 412 “Uzunmüddətli zəmanət öhdəlikləri”
K-T 223 “Bank hesablaşma hesabları”
6. Bölüşdürülməmiş mənfəət hesabına hüquqi xidmət üzrə öhdəliklər
hesablanmışdır:
D-T 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət”
K-T 413 “Uzunmüddətli hüquqi öhdəliklər”
7. Hüquqi xidmət üzrə öhdəliklərin bir hissəsi ödənilmişdir:
D-T 413 “Uzunmüddətli hüquqi öhdəliklər”
K-T 223 “Bank hesablaşma hesabları”
8. Müəssisə öz işçisinin mağazadan aldığı mala görə götürdüyü öhdəliyi
hesablamışdır:
D-T 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
K-T 414 “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”
9. İşçinin öhdəliyi ödənilmişdir:
D-T 414 “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”
K-T 221 “Kassa”
10. Sığorta müqaviləsi üzrə öhdəlik hesablanmışdır:
D-T 202 “İstehsalat məsrəfləri”
K-T 414 “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”
11. Sığorta öhdəliyinin bir hissəsi ödənilmişdir:
D-T 414 “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”
K-T 223 “Bank hesablaşma hesabları”
2.2. Təxirə salınmış vergi öhdəliklərinin və uzunmüddətli kreditor borclarının
uçotu metodikası
Təxirə salınmış vergi öhdəlikləri Hesablar Planının 42 – ci maddəsində
uçota alınır və bunun üçün 2 sintetik hesabdan istifadə olunur: