Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə45/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   41   42   43   44   45   46   47   48   49

Ağazeynal A.Qıırhanzadə 
stimullaşdırılması  ilə  bağlı  tədbirlər  həyata  keçirməkdən  və  bu  prosesin 
səmərəliliyinin  yüksəldilməsinə  əlverişli  şərait  yaratmaqdan  ibarətdir. 
Bütövlükdə  bu  proses  yerli  əmtəə  istehsalçıları  tərəfindən  istehsal  edilən 
məhsullar  keyfiyyətinin  yüksəldilməsinə  və  eyni  zamanda  əhalinin  alıcılıq 
qabiliyyətinin  artırılmasına  yönəldilən  təxirəsalınmaz  tədbirlər  işlənib 
hazırlanmasını  özündə  əks  etdirir.  Qeyd  edilən  dövlət  tənzimlənmə 
funksiyalarının  yerinə  yetirilməsi,  xüsusilə  əhalinin  alıcılıq  qabiliyyətli 
tələbinin stimullaşdırılmasma yönələn tədbirlər, əhalinin müxtəlif qruplarına 
verilən  pensiyaların,  müavinətlərin  və  digər  kompensasiyaların  həcminin 
artırılmasını nəzərdə tutur. 
İnkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki,  əhalinin  gəlirlərinin  artırl- 
masma  yönəldilən  tədbirlər  əmək  haqqının,  dövlət  tərəfindən  verilən 
müavinətlərin, pensiyaların və digər transfertlərin artırılması ilə yanaşı, eyni 
zamanda əmək qabiliyyətli əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə 
əlverişli  şəraitin  formalaşdırılması  ilə  də  şərtlənir.  Əhalinin  alıcılıq 
qabiliyyətli tələbinin formalaşdırılması və onun stimullaşdırılma- sına yönəlik 
tədbirlərin həyata keçirilməsi zamanı ərzaq və kənd təsərrüfatı məhsullarının 
qiymətlər sisteminin tənzimlənməsi də diqqəti çəkən məqamlardandır. Qeyd 
etmək  lazımdır  ki,  bazar  münasibətləri  şəraitində  qiymətlərin  səviyyəsinə 
birbaşa 
inzibati 
təsir 
istisna 
edildiyindən 
qiymətlə 
sisteminin 
tənzimlənməsində daha çox iqtisadi vasitələrdən istifadə məqbul hesab edilir. 
Məhz  belə  bir  situasiyada  kənd  təsərrüfatı  məhsullarının  qiymətlərinin 
tənzimlənməsində  ən  səmərəli  iqtisadi  amil  təminatlı  dövlət  sifarişlərinin 
həyata 
keçirilməsi 
və 
marketinq 
xidmətinin 
səmərəliliyinin 
yüksəldilməsindən ibarətdir. 
Dövlətin aqrar sferada həyata keçirdiyi himayəçilik fəaliyətinin ən mühüm 
prinsiplərindən  biri  də  daxili  bazarda  yerli  əmtəə  istehsalçılarının  əmtəə 
təklifinin  həcminin  artırılmasına  yönəlik  stimullaşdırıcı  tədbirlərin  həyata 
keçirilməsidir.  Dövlət  tərəfindən  aqrar  bazarda  və  eləcə  də  aqrar 
iqtisadiyyatda  səmərəli  təklifin  formalaşdırılmasına  yönəldilmiş  tədbirlərə 
aşağıdakılar aid edilir: 
*
 
Aqrar  sahədə  fəaliyyət  göstərən  əmtəə  istehsalçılarının  maddi-texniki 
bazasının və istehsal potensialının həcminin genişləndirilməsi
*
 
Aqrar  sahəyə  yerli  və  xarici  investorların  cəlb  edilməsinin  stimullaş- 
dırılması; 
*
 
Aqrar  sahənin  daxili  və  beynəlxalq  konyuktura  uyğun  səmərəli  ixti- 
saslaşdırılmasınm təmin edilməsinə yönəldilmiş fəaliyyətinin gücləndirilməsi; 
142 


İnsanŞünasltq 
*
 
Aqrar  sahədə  istehsal  edilmiş  kənd  təsərrüfatı,  ərzaq  və  yeyinti 
məhsullarının daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsi
*
 
Aqrar  sahədə  fəaliyyət  göstərən  kənd  təsərrüfatı  əmtəə  istehsalçılarını 
çoxsaylı  risklərdən  sığortalamaq  məqsədilə  səmərəli  sığorta  təminatının 
formalaşdırılması. 
Yerlərdə  kənd  təsərrüfatı  məhsullarının  istehsal  həcmi  ilə  emal 
müəssisələrinin  istehsal  gücləri  arasında  paritetliyi  təmin  etmək  məqsədilə 
sənaye əsaslı topdan satış bazarlarının aqrar birjalarının formalaşdırılma- sma 
dair stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi. 
Dövlətin  aqrar  sferada  himayəçilik  fəaliyyətinin  ən  mühüm 
prinsiplərindən  biri  də  qiymətlərin  səviyyəsinə  hərtərəfli  yardımın 
göstərilməsi  və  o  cümlədən  aqrar-sənaye  kompleksinin  sferaları  arasında 
qiymət dispari- tetinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlərin həyata 
keçirilməsidir.  Məlum  olduğu  kimi,  kənd  təsərrüfatı  ənənəvi  olaraq  bütün 
dövlərdə iki sahənin davamlı təsirinə və təzyiqinə məruz qalmışdır. Bunlardan 
birincisi,  kənd  təsərrüfatı  ilə  emal  sənayesi  arasında  qiymət  disparitetinin 
mövcudluğu,  ikincisi,  aqrar-sənaye  kompleksinin  istehsal  vasitələri  istehsal 
edən  sahəsi  ilə  kənd  təsərrüfatı  məhsullarının  tez  xarab  olması  və  digər 
spesifik xüsusiyyətlərdən istifadə edərək həmin məhsulların qiymətlərini ya 
aşağı  salır,  ya  da  onların  satışından  əldə  edilən  pul  gəlirlərini  illərlə 
istehsalçılara  ödəmirlər.  Bu  isə  kənd  təsərrüfatı  əmtəə  istehsalçılarının 
maliyyə- təsərrüfat fəaliyyətinin zərərlə başa çatmasına gətirib çıxarır. 
Maddi texnik resurslar istehsal edən sahələrdə maddi texniki resursların 
qiymətləri  kənd  təsərrüfatı  məhsullarının  qiymətləri  ilə  müqayisədə  çox 
yüksək  olduğundan  kənd  təsərrüfatı  müəssəsələri  modern  istehsal  vasitələri 
əldə etmək imkanlarını itirirlər. 
 
AZƏRBAYCAN RESPUBLİKASININ DAYANIQLI 
ƏRZAQ TƏHLÜKƏSİZLİK SİYASƏTİ 
A
 
raşdırmalar göstərir ki, dünya təsərrüfat əlaqələrinin qloballaş- 
ması ərzaq təhlükəsizliyi probleminin də getdikcə daha çox bey- 
nəlxalq səciyyə daşımasına gətirib çıxarır. Məlum olduğu kimi Azərbay- 
can dövlət müstəqilliyi əldə etdikdən sonra beynəlxalq iqtisadi münasi- 
bətlər sisteminin tam hüquqlu suybekt kimi artıq dünya birliyinə inteq- 
rasiya edilmiş və bu sahədə aparılan transformasiya yönümlü iqtisadi is- 
lahatlar kursu hazırda davam etdirilməkdədir. Həyata keçirilən iqtisadi 
-  . . . . . . .     =  
143
 
  . . . . . . . . . . .    . . . . . . . . . . . . . . . . . . . . . . . . .    =  


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə