Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


vaxta qədər dövr edir ki, ona təsir göstərən qüvvələrin fəaliyyətinə



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə25/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   21   22   23   24   25   26   27   28   ...   130

vaxta qədər dövr edir ki, ona təsir göstərən qüvvələrin fəaliyyətinə 
uyğun müəyyən vəziyyət alınsın>/^ 
Buna  görə  də,  mənafelərin  ödənilməsi  prizmasından  çıxış 
edilərkən  rasionalizmi  mütləq  həqiqət  kimi  qəbul  etmək  və  ona 
əsaslanmaqla  fərdi  mənafelərin  optimal  uyğunluğuna  çalışmaq 
məqsədəuyğun  olmazdı.  Digər  tərəfdən,  mənafe  daşıyıcıları  kimi 
vətəndaş  cəmiyyətinin  siniflərə  (marksist  anlamda)  bölünməsi  də 
qəbul edilməzdi. Bu baxımdan F.Kotlerin təklif etdiyi gəlirlərə görə 
cəmiyyətin  siniflərə  bölünməsi  daha  məqsədəmüvafıq  olardı'”. 
Məsələn,  bizim  apardığımız  araşdırmalar  sosial  ədalətin  başlıca 
göstəricisi olan yoxsulluğun 3 əsas növü üzrə Azərbaycan əhalisinin 
5  sinifə  bölünməsinin  daha  məqsədəmüvafıq  olduğunu  göstərdi 
(cədvəl 2.I.). 
Cədvəl 2.1. 
Yoxsulluğun üç əsas növü üzrə ölkə 
əhalisinin qruplaşması 
Sosial qruplar
 
Gəlirlərə
 
görə
 
Əsas
 
tələbatlara
 
görə
 
İmkanlar
 
baxımından
 
l.Ən kasıb əhali
 
30,4%
 
28,9%
 
29,2%
 
2.Kasıb əhali
 
36,9%
 
31,7%
 
37,6%
 
3.0rta  səviyyəli  yaxud 
ortabab
 
14,1%
 
26,4%
 
18,4%
 
4.Varlı əhali
 
10,6%
 
11,6%
 
12,5%
 
5.Ən varlı əhali
 
8,0%
 
1,4%
 
2,3%
 
Cəmi əhali
 
100%
 
100%
 
100%
 
Ümumiyyətlə, mənafelərin ödənilməsi prosesində «ümumi» 
və «xüsusi» arasında «Çin səddi» çəkməyə heç bir ehtiyac yoxdur. 
Belə  ki,  fərdin  gəlirlərinin  formalaşması  mənbələrini  tədqiq 
edərkən, fərdin mənafeyi ilə ictimai mənafenin aynimaz olduğunu 
açıq-aydın müşahidə etmək mümkündür. 
T.Veblen-«An Disgagce of Economics», in The Portfble, Veblen. ed. Max 
lerner (N 4; Viking Press-1958) p.232-233. 
Ф.Котлер-Основы маркетинга. М: «Прогресс». 1992, стр. 187. 
70 


Bununla  helə,  fərd-»ictimai  uyğunluğu  fərd-^ümum-  milli 
və fərd-^korporativ mənafelərPTäm həcmcə özündə ehtiva etmir 
və sön nki^istiqamət Özəl xüsusiyyətləri ilə fərqlənirlər. 
Hər  şeydən  əvvəl,  qeyd  etməyi  lazım  bilirik  ki,  fərdi 
mənafelərin  ilkin,  başlanğıc  xarakter  daşımasına  baxmayaraq, 
ümummilli  miqyasda  ayn-ayn  fərdlərin  rolu  son  dərəcə  aşağıdır. 
Bunun  əksinə  olaraq,  əvvəllər  də  qeyd  etdiyimiz  kimi,  lobbizm 
fəaliyyəti mənafelərə təsir göstərən əsas hərəkətverici qüvvələrdən 
biri  kimi  çıxış  edir.  Lobbizm-  müəyyən  mənafe  çərçivəsində 
müə;^ən  siyasətin  həyata  keçirilməsi  və  təBligabfnaminəJı^m^
 
ilə 
1ЖЩПэа 
birləşmədin Dünya təcrübəsindən 
göründüyü  kimi,  lobbist  fəaliyyət  demokratiyanın  törəməsi 
olmaqla nəinki ölkənin xarici siyasətinə, onun milli mənafelərinə, 
eləcə  də  ölkədaxili  situasiya,  o  cümlədən  «qapalı»  inhisarlarla 
əlaqədar olan məsələlərə ciddi təsir göstərmək iqtidarındadır. Bəzi 
qərb  iqtisadçıları  lobbiçi  fəaliyyəti  «siyasi»  renta  axtarışı  kimi 
səciyyələndirirlər'‘^ 
Fikrimizcə,  lobbizm-korporativ mənafelərin bütün 
mümkün  vasitələrlə  leqal  şəkildə  ödənilməsi,  başqa  sözlə, 
korrupsiyanın leqanaşdlnlnu^lonnäsihda^^ 
bir şey 
deyildir. 
 ----  -----  ---  ‘ 
İnkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki,  mənafe 
qruplarının  fəaliyyəti  ~  milli  "hökümətin  iqtisädr^ro’sesləri 
tənzimləmə prosesinə güclü təsir gÖstərrhək iqtidännd^^^^ 
Ümumiyyətlə,  korporativ  mənafe  əksər  hallarda  çox  dar 
mənada-həf  hansı  bir  iqtisadi  subyektin-koıpörasiyanın  mənafeyi 
kimi  başa  düşülür.  Fikrimizcə,  bu  anlayışa  daha  geniş  aspektdə 
yanaşılmalıdır.  Yəni,  korporativ  mənafe  dedikdə,  vətəndaş 
cəmiyyətinin  struktur  bölmələrinin,  daha  konkret  şəkildə, 
müəyyən  ümumi  iqtisadi,  sosial-siyasi  və  ideoloji  məqsədlərə 
xidmət edən sosiumun aynca götürülmüş seqmentlərinin mənafeyi 
başa 
düşülməlidir. 
Eyni 
zamanda, 
müasir 
şəraitdə 
korporativizmin roluna yanaşmada da yekdillik 
Эдвин Дж. Долан, Дейвид E. Линдсей-Рынок: микроэкономическая 
модель, Санкт-Петербург. 1992. стр.204. 
71 


müşahidə  edilmir.  Məsələn,  Y.Olseviçin  fikrincə,  keçid 
iqtisadiyyatlı ölkələrdə «...milli mənafelər mövqeyindən, milli bazar 
nöqteyi-nəzərindən  bugünkü  sistem  antibazar  xarakterlidir.  Zira 
onun  nüvəsini  korporativ-dövlət  strukturları  təşkil  edir,  onlar  da 
xalq  təsərrüfatının  dağıdılmış  cəsədində  dünya  iqtisadiyyatının 
anklavını  formalaşdırırlar»"*^.  Digər  iqtisadçıların  fikrincə  isə 
müasir  iqtisadiyyat  dövlət-korporativ  təbiətlidir  və  bu  hal  heç  də 
iqtisadi  liberalizm  prinsiplərinə  zidd  deyil  və  s.  Yəni,  belə  də 
olmalıdır! Fikrimizcə, ikinci yanaşma həqiqətə daha çox uyğundur. 
Problem  sadəcə  olaraq  korporasiyanın  inhisara  çevrilməsinə  yol 
verməməkdən  ibarətdir.  Elə  Y.Olseviçin  səhvi  də  ondadır  ki, 
korporasiya  və  inhisar  arasında  sövq-təbii  surətdə  bərabərlik 
işarəsi  qoyur.  O  ki  qaldı,  korporativ  qruplaşmanın  labüdlüyünə, 
bunun  çox  sadə  izahı  var.  Ayrı-ayrı  fərdi  mənafelər  yalnız  ilkin, 
başlanğıc  anında  dominant  xarakterli  ola  bilər.  Canlı  sosial 
orqanizm  kimi  çıxış  edən  millətin  inkişafı,  onun  ən  mühüm 
mənafelərinin  ödənilməsi  individual  səviyyədən  asılı  deyildir. 
Fərdiliyin  uzunmüddətli  «müstəqilliyi»  qeyri-mümkündür  və 
inkişafın 
hansısa 
pilləsində 
mütləq 
sosial 
qruplaşmaya-korporasiyaya gətirib çıxarır. Başqa sözlə, fərdilik və 
korporasiya  arasında  sıx  dialektik  bağlılıq  mövcuddur  və 
mənafelərin təminatı problemi də həmin bağlılıq istiqamətində və 
əksinə  hərəkətlə  həll  edilə  bilər.  Elə  məhz  buna  görə  də,  əvvəllər 
qeyd  etdiyimiz  kimi,  ştrukturlaşmayan  mənafe  subyektləri, 
«üçüncülər»  mövcuddur  (məsələn,  təqaüdçülər)  ki,  bunların  da 
mənafeləri  məhz  milli-  korporativ  tarazlaşmanın  nəticəsində 
ödənilə bilər. 
Cəmiyyətin demokratik prinsiplər əsasında inkişafı mənafe 
subyektlərinin  sayını  xeyli  artırır.  Əsas  mənafe  qrupları  kimi 
aşağıdakıları göstərmək olar: 
Sahə assosiyasiyaları; Müəssisələrin assosiativ birliyi; Sahə 
istiqamətli  regional  birliklər;  Kompaniyalar;  Milli  hökumət; 
Sənayeçilərin  regional  birliyi;  Siyasi  partiyalar;  Həmkarlar; 
Sahibkarlar İttifaqı; Lobbi təşkilatları və s. Eyni 
Ю.Ольсевич-«0 национальном экономическом 
мышлении»//Вопросы экономики, №9, 1996. стр.127. 
72 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə