Alman filosofu Hegelin dediyinə görə «Hər bir ayrı anlayış
öz-özünü doğuran və həyata keçirən ən ümumi anlayışdan və
yaxud məntiqi ideyadan çıxarılır. Ona görə də fəlsəfə ruhu əbədi
ideyanın zəruri inkişafı kimi başa düşməlidir...».’ Hegelin
əqidəsinə görə ən ümumi, zəruri şey fəlsəfənin predmeti kimi
müstəsna olaraq yalnız təmiz təfəkkürdə mövcuddur, ümumi
təmiz fikirdir. Ruhun bütün formalarında - hisslərdə,
müşahidədə, təsəvvürdə təfəkkür əsasdır. «...Əgər başqa
elmlərdə məkan, say və s. təfəkkürün predmetidirsə, fəlsəfə
təfəkkürün özünü təfəkkürün predmeti etməlidir».*® Deməli,
fəlsəfi biliyin dəqiq sərhəddi yoxdur.
Filosofluq etməyin ümumi prinsipləri universaldır. Lakin
fəlsəfənin mövcudluğu və inkişafı bir çox siyasi, ideoloji və
hətta milli amillərdən asılıdır ki, onlar fəlsəfənin şüurda necə əks
olunmasının real mənzərəsini yaradır.
Görkəmli filosofların öz elmlərinin predmeti haqqında olan
daha bir neçə fikrini misal gətirək.
XVIII əsr fransız mütəfəkkiri Volterə görə fəlsəfə müstəqil və
tənqidi təfəkkürdür. Hegelə görə isə «fəlsəfə fikirlərdə tutulub
saxlanmış epoxadır» (tarixi dövrdür). Bu fikir ilə K.Marksın
aşağıdakı sözləri də uyğundur: «.. .Hər bir əsl fəlsəfə öz
zəmanəsinin
mənəvi
kvintessensiyasıdiD)
(cövhəridir).
Həqiqətən də fəlsəfə hər şeydən əvvəl konkret tarixi dövrün və
konkret insanın dünyagörüşüdür, həmçinin insanın tarixən
konkret dünyada ümumi istiqamət götürmə üsuludur.
Pozitivistlərə görə fəlsəfə müstəqil elm deyil. Məsələn,
O.Kont (1798-1857) təsdiq edirdi ki, «fəlsəfə öz dövründəki
elmin yığcam xülasəsidir». L.Vitgenşteyn hesab edirdi ki,
fəlsəfənin predmeti yalnız elmin məntiqi təhlili ola bilər. İngilis
filosofu A.C.Ayer (1910) təsdiq edirdi ki, fəlsəfə ümumiyyətlə
elm deyil. O, bu fikrini sübut etmək üçün aşağıdakıları göstərir:
1) fəlsəfi nəzəriyyələr gələcək hadisələr və yaxud naməlum
olaylar haqqında əvvəlcədən fikir söyləməyə imkan ver-
Dostları ilə paylaş: