Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Animizm (lat. «anıma», «animis» ruh deməkdir)



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə17/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   13   14   15   16   17   18   19   20   ...   540
1027 (1)

^Animizm (lat. «anıma», «animis» ruh deməkdir) 

sadə təsəvvürləri ifadə edən termindir. 

З.Фрейд. Тотем и табу. M., «Олимп», 1997. c.l 12. 

ruh və can haqqında 

15 


Fəlsəfənin  predmeti ən  geniş  mənada ümumiyyətlə  «dünya- 

insan»  sistemidir,  fəqət  hər  hansı  ümumi  yox,  elə  ümumi  ki, 

insanın ona münasibətilə bir başa bağlıdır. Beləliklə, fəlsəfə bü- 

tövlükdə  dünya  haqqında  və  insanın  bu  dünyaya  münasibəti 

haqqında bilikdir. Heç bir bilik sahəsində fəlsəfi dünyagörüşündə 

olduğu  qədər  geniş  problemlər  yoxdur.  Deməli,  ümumilik 

fəlsəfənin ən əsas və müəyyənedici əlamətidir. 

Əsrlər  boyu  fəlsəfə  sübut  tələb  etməyən  tam,  mübahisəsiz 

həqiqəti  -  aksiomaları  müəyyən  etməyə  can  atmışdır.  Fəlsəfi 

sistemlərin  xarakterik  xüsusiyyəti  bir  çox  hallarda  öz 

müstəsnalığını  iddia  etməsi  olmuşdur.  Məsələn,  elmi  idrakda 

axınncı söz olduğunu iddia edən Hegelin panlogizmini göstərmək 

olar. Fikrin mütləq zirvəsi kimi şərh edilən doqmalaşdınimış (eh- 

kamlaşdırılmış) marksizm də öz müstəsnalığını irəli sürürdü. 

Lakin,  fəlsəfənin  sonrakı  inkişafı  mütləq  həqiqətə  çatmaq 

iddiasından  imtina  edildiyini  göstərir.  Diqqət  mərkəzində  daha 

çox  insandan  yabançılaşan,  öz-özlüyündə  obyekt  (dünya)  və 

yaxud aynca götürülmüş subyekt (insan) deyil, onlann bir-birinə 

nüfuz edən birliyi dayanır. 

Fəlsəfəni 

maraqlandıran 

bütün 


problemlər 

ümumi 


dünyagörüşü, əbədilik baxımından şərh edilir. Biz kimik, haradan 

gəlib haraya gedirik?; varlığın başlanğıcı və qeyri varlıq ilə onun 

qarşılıqlı  münasibəti,  zamanın  sirri  və  onun  əbədiyyət  ilə 

qarşılıqlı əlaqəsi; varlığın sonsuzluğu və sonluluğu, onun tərkib 

hissələrinin ölümə məhkum olması; həyatın və şüurun meydana 

gəlməsi;  həyat  və  ölüm  anlayışları  və  s.  Bütün  bu  problemlər 

dünyanın bütövlüyü və orada insanın yeri məsələsində birləşir. 

Klassik  rasionalizm  (lat.  «rasionalis»  -  ağıllı,  ağılın  gücünə 

inarn)  fikrin  inkişafının  başlanğıcı,  ilk  səbəb  kimi  müxtəlif 

prinsiplər irəli sürürdü. Qədim yunan filosofu Falesə görə belə ilk 

əsas  «su»,  alman  filosofu  Hegelə  görə  -  «mütləq  ideya»,  başqa 

alman  filosofu  Şopenhauerin  fikrincə  -  «iradə»  («vol-  ya»), 

Marksın dediyinə görə isə «materiya» olmuşdur və s. 

İnsanın  dünyaya  münasibəti  fəlsəfənin  əbədi  predmetidir. 

Bununla yanaşı fəlsəfənin predmeti tarixən çevik olmuş, insanın 

özünün dəyişməsi ilə o da dəyişmişdir. 



16 


Bununla  yanaşı  son  zamanlar  bəzi  filosoflar  fəlsəfəni 

ümumiləşdirən nəzəri bilik hesab etmirlər. Məsələn, Emmanuel 

Levinas  (1906-1996)  bütün  fəlsəfəni  ağıl  dairəsində  olan 

nəzəriyyə  vəziyyətindən  çıxarıb  yenidən  qurmaq  istəmişdir. 

Fəlsəfədə zorakılığın kökünü o, simasız, şəxssiz ümumiləşmənin 

hökmranlığında görürdü. Bu sahədə E.Levinas heç bir avtoritet 

ilə hesablaşmırdı, istər Platonun «ideya»sı, istər Hegelin «kon- 

sepsiya»sı,  istər  Haydeggerin  fərddən,  xüsusidən,  konkretdən 

yüksəkdə  duran  «varlığı»  olsun  -  hamısının  əleyhinə  çıxırdı. 

Onun  fikrincə  hər  bir  ümumiləşdirmə,  hər  bir  bitərəflik  -  si- 

masızlıq, zorakılıqdır. 

Qeyd etmək lazımdır ki, insanın dünyanın ayn-ayn tərəflərinə 

münasibəti  hər  bir  dünyagörüşünün  əsas  məsələsidir.  Lakin 

fəlsəfə,,Ümumiyyətlə  dünya  haqqında,  varlıq  və  təfəkkürün 

ümumi prinsipləri haqqında elmdir. Başqa 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə