21
olmasına da iman gətirməlisən!»
61
Hədisdə sadalanan bu altı
əsası aşağıdakı ayələrlə də sübuta yetirmək olar. Uca Allah
buyurur: «Yaxşı əməl heç də [ibadət vaxtı] üzünüzü
günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir.
Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə,
kitaba [Allahın nazil etdiyi bütün ilahi kitablara] və
peyğəmbərlərə inanandır»
62
«Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə [lazım olduğu
qədər] yaratdıq»
63
Qeyd etmək lazımdır ki, imanın şöbələri bu altı əsasla
məhdudlaşmır. Belə ki, bunlar da daxil olmaqla onun altmışdan
çox şöbəsi bizə məlumdur.
Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər
- səllallahu
aleyhi və səlləm -
demişdir: «İman altmış və bir neçə şöbədən ibarətdir,
həya da imanın şöbəsindəndir».
64
Başqa bir hədisdə isə: «İman
yetmiş və bir neçə şöbədən ibarətdir…»
65
ləfzi ilə rəvayət
olunmuşdur. Bu hədisə aydınlıq gətirən Əhməd ibn Həcər əl-
Əsqəlani belə demişdir: «İmanın bu şöbələri üç qismə bölünür.
Bunlardan bir qismi qəlb, bir qismi dil, bir qismi də bədən üzvləri
ilə, icra edilən əməllərlə əlaqəlidir. Qəlb ilə icra edilən əməllərə
etiqadları və niyyətləri misal çəkmək olar ki, bunların da sayı
iyirmi dörddür:
1 - 6 - Allaha, Onun mələklərinə, nazil etdiyi kitablara,
göndərdiyi elçilərə, Axirət gününə, xeyir və şərin qədərinin
Allahdan olmasına iman gətirmək;
7 - Allahı sevmək;
8 - Allah xatirinə sevmək və qəzəblənmək;
61
«Səhihul-Buxari», 8; «Səhih-Muslim», 16.
62
«əl-Bəqərə» surəsi, 177.
63
«əl-Qəmər» surəsi, 49.
64
«Səhihul-Buxari», 9.
65
«Səhih-Muslim», 151.
22
9 - Məhəmməd Peyğəmbəri (s.ə.s) sevmək və onun çox
hörmətli olduğuna etiqad etmək;
10 - İxlaslı olmaq (səmimi qəlbdən Allaha ibadət etmək,
nifaqdan və riyakarlıqdan uzaq olmaq) ;
11 - Tövbə etmək;
12 - Qorxmaq (yəni yalnız Allahdan qorxmaq) ;
13 - (Allahın rəhmətinə) ümid etmək ;
14 - Şükür etmək;
15 - Vəfalı olmaq;
16 - Səbir etmək;
17 - Qəza və Qədərdən razı qalmaq;
18 - Təvəkkül etmək (yalnız Allaha arxayın olmaq) ;
19 - Rəhmli olmaq;
20 - Təvazökar olmaq;
21 - Təkəbbürlü və özündən razı olmamaq;
22 - Həsəd, paxıllıq etməmək;
23 - Kin saxlamamaq;
24 - Qəzəblənməmək.
- Dil ilə icra edilən əməllərə aid olan imanın şöbəsi isə
yeddidir:
1 - Tövhid kəlməsini «Lə ilahə illəllah Muhəmmədən
rəsulullah» tələffüz etmək;
2 - Quran oxumaq;
3 - Elm öyrənmək;
4 - Elm öyrətmək;
5 - Dua etmək;
6 - Zikr etmək;
7 - Faydasız sözlərdən uzaq olmaq.
23
- Bədən üzvləri ilə icra edilən əməllərə aid olan imanın
şöbəsi isə otuz səkkizdir:
1 - Zahiri və daxili təmizlik;
2 - Övrət yerini örtmək;
3 - Fərz və nafilə
66
namazlarını qılmaq;
4 - Fərz və nafilə zəkatını vermək;
5 - Qul azad etmək;
6 - Yaxşılıq etmək, qonaqpərvər olmaq;
7 - Fərz və nafilə orucunu tutmaq;
8 - Həcc və Ümrə
67
ziyarəti etmək;
9 - Kəbənin ətrafında təvaf etmək;
10 - Etikaf etmək (Ramazan ayının axır on gününü məsciddə
qalmaq) ;
11 - Qədr gecəsini ibadətlə keçirmək;
12 - Hicrət (şirk, küfr olan yeri tərk) etmək;
13 - Nəzir etdikdə onu ödəmək;
14 - Allaha itaət edib, Ona asi olmayaraq imanı artırmaq;
15 - Hər hansı bir günaha görə müəyyən cəriməni (kəffarəni)
ödəmək;
16 - Evlənmək və ya ərə getməklə zinadan qorunmaq;
17 - Ailəni dolandırmaq;
18 - Valideynlərin qayğısına qalmaq, onlara asi olmamaq;
19 - Uşaqları tərbiyə etmək;
20 - Qohumluq əlaqələrini möhkəmləndirmək;
21 - Ağaya itaət etmək, qul ilə mülayim rəftar etmək;
22 - Ədalətlə hökm vermək;
23 - Müsəlman camaatı ilə həmrəy olmaq;
24 - İxtiyar sahiblərinə (rəhbərlərə) itaət etmək;
66
Vaciblərdən başqa Sünnədə varid olan əlavə ibadətlər.
67
Kiçik həcc ziyarəti.
24
25 - İnsanlar arasında olan münasibətləri islah etmək;
26 - Yaxşılıq etməkdə əlbir olmaq;
27 - (İmkan daxilində) şəriət qanunlarını icra etmək;
28 - (Nəfslə, Şeytanla və s.) cihad etmək;
29 - Əmanətə xəyanət etməmək;
30 - Borc aldıqda onu qaytarmaq;
31 - Qonşuya yaxşılıq etmək;
32 - Əxlaqlı olmaq, gözəl rəftar etmək;
33 - Lazımi yerə pul xərcləmək, israf etməmək;
34 - Salamı almaq;
35 - Asqırıb «əlhəmdulillah»
68
deyənə «yərhəmukəllah»
69
-
demək;
36 - İnsanlara əziyyət verməmək;
37 - Faydasız əməllərdən çəkinmək;
38 - Əziyyət verən bir şeyi yoldan kənar etmək.
70
İslamın sonuncu mərhələsi isə ehsandır. Ömərin (r.a) rəvayət
etdiyi hədisdə Cəbrail (a.s) Peyğəmbərdən
- səllallahu aleyhi və səlləm -
ehsan barəsində soruşmuş və o belə cavab vermişdir: «Allaha elə
ibadət et ki, sanki sən Onu görürsən, sən onu görməsən də O səni
görür!»
71
Hədisdə qeyd olunan bu əsası aşağıdakı ayələrlə də
sübuta yetirmək olar. Uca Allah buyurur: «Həqiqətən, Allah
Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər
görənlərlədir».
72
68
Duanın tərcüməsi: Həmd olsun Allaha!
69
Duanın tərcüməsi: Allah sənə rəhm etsin!
70
«Fəthul-Bari», 1/68.
71
«Səhihul-Buxari», 8; «Səhih-Muslim», 16.
72
«ən-Nəhl» surəsi, 128.
Dostları ilə paylaş: |