15
Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə
demişəm: «Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət
edin! Nə qədər ki, onların arasında idim, onlara şahid mən
idim [onları belə nalayiq hərəkətlər etməyə qoymurdum].
Sən
ömrümü tamam etdikdən [və Öz dərgahına qaldırdıqdan]
sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə
şahidsən!»
40
Artıq bizə məlum oldu ki, Rəbbimiz hər şeyi yaradan və idarə
edən, qüdrət və qüvvət sahibi olan, heç nəyə və heç kəsə möhtac
olmayan, pak və müqəddəs olan Uca Allahdır. Şübhəsiz ki, O,
hər bir məxluqu Öz hikməti ilə yaratmış və bundan sonra da
yaradacaqdır. Elə isə gəlin ilk əvvəl yaradılışımızın hikməti barə-
də düşünək. Heç ola bilərmi ki, bu həyatda yaşamağın məqsədi
ancaq yemək-içmək, yatmaq və şəhvəti ödəmək olsun, xeyirxah
insanlar mükafatsız, zalim insanlar da cəzasız qalsın? Bilin ki,
Uca Allah bizi əbəs yerə yaratmayıb və şübhəsiz ki, hamımız
Onun
hüzuruna
qaytarılacağıq.
Allahın
hüzuruna
qaytarılacaqlarına inanmayan günahkar kəslərə isə belə
deyiləcəkdir: «Yoxsa sizi əbəs yerə yaratdığımızı və [qiyamət
günü
dirilib
haqq-hesab
üçün]
hüzurumuza
qaytarılmayacağınızı güman edirdiniz?»
41
Bu cür qınanılan aqibətə məruz qalan kəslərdən olmamağı
arzulayan hər bir kəs indidən yaxşı-yaxşı düşünməli və Allahın
məhəbbətini qazanmaq üçün əlindən gələni əsirgəməməlidir. Vay
o kəslərin halına ki, onlar Allahı, Allah da onları unutmuşdur.
Elə isə Allahı xatırlayın ki, O da sizi yada salsın! Allahı yalnız
müsibət gəldikdə xatırlayan kəslərdən olmayın. Onlar barəsində
Uca Allah belə buyurur: «Sizə dənizdə bir çətinlik [batmaq
təhlükəsi] üz verdiyi zaman [Allahdan] qeyri ibadət etdiyiniz
40
«əl-Maidə» surəsi, 116,117.
41
«əl-Muminun» sürəsi, 115.
16
bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda
[itaətindən] üz döndərirsiniz. İnsan nankordur! Məgər
[Allahın] quruda sizi yerə batırmayacağına, yaxud [göydən]
başınıza daş yağdırmayacağına əminsinizmi?! Sonra heç sizi
qoruyan da tapılmaz. Yoxsa [Allahın] bir də sizi dənizə
qaytarmayacağına, şiddətli bir fırtına göndərib sizi
batırmayacağına arxayınsınız? Sonra sizdən ötrü Bizdən
intiqam alacaq bir kəs də tapa bilməzsiniz».
42
Ayədən görünür
ki, müsibət baş verdikdə insanlar ibadət etdikləri Tağutlardan üz
döndərib yalnız Allaha sığınırlar, Ondan kömək diləyirlər.
Təhlükə sovuşduqdan sonra isə onlarla bərabər həmin təhlükəyə
məruz qalmış Tağutlara qurban, nəzir və s. verirlər. Əgər bu
Tağutlar ilahi qüvvəyə malikdirlərsə onda nə üçün hər hansı bir
müsibətə düçar olmalı və hamı kimi Allahın iradəsi altında
qalmalıdırlar? Baxın görün Allah onların aciz olduğuna dair necə
gözəl misal çəkir: «Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq
asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç
bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir
yerə yığışsa belə! Əgər milçək onlardan [bütlərin üstündə
olanlardan] bir şey götürüb aparsa, onu milçəkdən geri ala
bilməzlər. İstəyən də aciz, istənilən də! [Bütlər də aciz, milçək
də, yaxud bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də!]»
43
Uca Allah bütün günahları insanlara başa salmaq, haqqı onlara
bildirmək üçün vahid olan bir din göndərmişdir. O din ki,
insanları tək olan Allaha ibadət etməyə və Tağutdan çəkinməyə
çağırır. Odur ki, belə bir din haqda məlumatı olmayan hər kəsə
bərzəx həyatından fərqli olaraq istədiyi cavabı verə biləcək bir
məkanda və zamanda sual verirəm…
42
«əl-İsra» surəsi, 67-69.
43
«əl-Həcc» surəsi, 73.
17
Dinin nədir?
Təbii ki, biz bu suala müxtəlif cür cavablar ala bilərik, lakin
onlardan doğru olanı yalnız Allahın buyurduğudur. Uca Allah
hər zaman insanlara elçilər göndərmişdir ki, onları təhrif
olunmuş «dinlərdən» Onun haqq olan dininə qaytarsın. Elə isə
gəlin baxaq görək Rəbbimiz ən hörmətli elçiləri barəsində nə
deyir:
«[Bir zamanlar Nuh
- aleyhissəlam -
belə demişdir]: Mənə müsəl-
manlardan olmaq əmr edilmişdir!»
44
«Rəbbi İbrahimə: «[Əmrimə] təslim ol!» - dedikdə, o:
«Aləmlərin Rəbbinə təslim oldum [müsəlman oldum]!» - deyə
cavab vermişdi. İbrahim və [sonra da] Yəqub bunu
[müsəlman olmağı] öz oğlanlarına vəsiyyət edib [hər biri dedi]:
«Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün [belə bir]
din
[islam dini] seçdi, siz də ancaq müsəlman olaraq ölməli-
siniz!»».
45
«Musa dedi: «Ey qövmüm! Əgər Allaha iman gətirmisi-
nizsə və müsəlman olmusunuzsa, Ona təvəkkül edin!»
46
«Xatırla ki, o zaman həvarilərə [İsanın
- aleyhissəlam -
on iki əs-
habəsinə] : «Mənə və peyğəmbərimə iman gətirin!» - deyə
təlqin etdim. Onlar isə: «Biz iman gətirdik və şahid ol ki, biz
müsəlmanlardanıq» - dedilər».
47
Bu ayələrdə xüsusi şəkildə qeyd olunan müsəlman kəlməsinin
həmin elçilərin şəriət qayda-qanunlarına heç bir aidiyyatı yoxdur.
Bütün peyğəmbərlərin etiqadlarının eyni olmasına baxmayaraq,
44
«Yunus» surəsi, 72.
45
«əl-Bəqərə» surəsi, 131,132.
46
«Yunus» surəsi, 84.
47
«əl-Maidə» surəsi, 111.