9
ki, hər bir bəndəyə sual verirəm – bütün məxluqatı yoxdan
yaradan kimdir? Yaxud bərzəx aləmində veriləcək ilkin sual
olaraq…
Rəbbin kimdir?
Bu sualın yalnız bir cavabı var – «Allah!» Bu cavabı Onun Öz
kəlamı ilə də əsaslandırmaq olar. Uca Allah buyurur:
«And
olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan,
mütləq: «Allah!» - deyə cavab verəcəklər! Elə isə [haqdan]
necə dönürlər?»
17
Bununla belə onu da qeyd etmək lazımdır ki,
hər kəs «Rəbbim Allahdır!» deyib Onun buyruqlarını yerinə
yetirməsə, öz dediyini təsdiq etmiş hesab olunmur. Təqribi
müqayisə etmək üçün: «ata-anam filankəsdir, mən onları çox
sevirəm» deyən və sonra da valideynlərinin qayğısına qalmayan
şəxsə baxmaq kifayətdir. Belə ki, həqiqi mömin o şəxsdir ki,
Rəbbini tanıdıqdan sonra Ona itaət etsin. Uca Allah belə şəxslər
barəsində buyurur: «Şübhəsiz ki: «Rəbbimiz Allahdır!» -
deyən, sonra da [sözündə] düz olan kəslərə [ölüm ayağında]
mələklər nazil olub [belə deyəcəklər]: «Qorxmayın və
kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!»»
18
Ayə
açıq-aydın göstərir ki, təkcə «Rəbbim Allahdır» demək kifayət
deyil, mütləq olaraq qəbul edilən Rəbbin buyruqlarını da yerinə
yetirmək lazımdır. Bu xüsusda Peyğəmbərin
- səllallahu aleyhi və səlləm -
əmisi oğlu Abdullah İbn Abbas (r.a) bu ayəni izah edərkən
demişdir:
«Düz olan kəslər» Allahın vacib buyurduğu əməlləri
yerinə yetirən şəxslərdir.
19
17
«əz-Zuxruf» surəsi, 87.
18
«Fussilət» surəsi, 30.
19
«Camiul-Bəyan», 24/115.
10
Odur ki, Uca Allah insanlar Onu tanısınlar deyə hər zaman
onlara peyğəmbərlər göndərmişdir. Bu peyğəmbərlərin hər
birinin başlıca vəzifəsi insanları tək Allaha ibadət etməyə dəvət
etmək və Ona şərik qoşmaqdan çəkindirmək olmuşdur. Təəssüf
ki, insanların bir qismi Allaha və Onun elçilərinə itaət etməkdən
boyun qaçırmış və beləliklə də haqq yolundan azmışlar. Onlar
barəsində Uca Allah belə buyurur: «Biz hər ümmətə: «Allaha
ibadət edin, Tağutdan [Allahdan qeyri ibadət olunan hər bir
şeydən] çəkinin!» - deyə peyğəmbər göndərmişdik. Onların
bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə [Allahın
əzəli elmi ilə] haqq yoldan azmalı olmuşdur. [Ey müşriklər]
Yer üzündə dolaşıb görün ki, [peyğəmbərləri]
yalançı hesab
edənlərin axırı necə oldu!»
20
Ayədən görünür ki, hər bir ümmətdən peyğəmbərlərə iman
gətirən və gətirməyən kəslər olmuşdur. Hətta elə peyğəmbər
olmuşdur ki, ümmətindən heç bir kəs ona iman gətirməmişdir.
İbn Abbasın (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər
- səllallahu aleyhi və
səlləm -
demişdir: «Ümmətlər mənə göstərildi. Mən (on nəfərdən az)
bir toplum ilə birgə olan peyğəmbər, bir və iki kişi ilə birgə olan
peyğəmbər və yanında bir kəs olmayan peyğəmbər gördüm.
Birdən (uzaqda) çox sayda insan toplusu göründü və mən elə gü-
man etdim ki, bu mənim ümmətimdir. Mənə: «Bu, Musa
- aleyhissəlam
-
və onun qövmüdür!» - deyildi. Mən nəzər salıb (başqa bir) çox
sayda insan toplusu gördükdə mənə deyildi: «Bu sənin
ümmətindir! Onlardan yetmiş mini haqq-hesabsız və cəzasız
Cənnətə daxil olacaq…»
21
Haqq-hesab olunacaq və cəzalandırılacaq kəslərə gəlincə, onlar
Allaha şərik qoşan və s. günahlar edən kəslərdir. Uca Allah bu
günahkar kəslərdən istədiyini bağışlayacaq istədiyini də
20
«ən-Nəhl» surəsi, 36.
21
«Səhihul-Buxari», 5705, 5752; «Səhih Muslim», 526.
11
müvəqqəti olaraq cəzalandıracaqdır. Qaldı ki bilərəkdən Allaha
şərik qoşan və tövbə etmədən ölüb gedən bəndələrə, Allah onları
heç vaxt bağışlamayacaq və əbədi Cəhənnəm əzabına düçar
edəcəkdir.
«Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa
olan günahları isə istədiyi şəxsə bağışlar. Allaha şərik qoşan
şəxs, şübhəsiz ki, [haqq yoldan]
çox azmışdır».
22
«Şübhəsiz ki: «Allah Məryəm oğlu Məsihdir!» - deyənlər
kafir oldular. Halbuki Məsih [İsa]
belə demişdir: «Ey İsrail
oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət
edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram
edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalimlərin heç bir
köməkçisi yoxdur!»
23
Muaz ibn Cəbəl (r.a) rəvayət edir ki, mən Peyğəmbərlə
- səllallahu
aleyhi və səlləm -
birgə onun uzunqulağının tərkində olarkən o mənə
dedi: «Ey Muaz! Bilirsənmi Allahın bəndələr üzərində və
bəndələrin də Allah üzərində olan haqqı nədir?» Mən dedim:
«Allah və rəsulu daha yaxşı bilir!» O dedi: «Allahın bəndələr
üzərində olan haqqı Ona ibadət edib heç bir şeyi Ona şərik
qoşmamaları, bəndələrin Allah üzərində olan haqqı isə Ona şərik
qoşmayana əzab verməməsidir!» Mən dedim: «Ey Allahın elçisi,
insanları bu şad xəbərlə müjdələyimmi?» O dedi: «Xəbər vermə
ki, arxayınlaşmasınlar!»
24
Yuxarıdakı ayə və hədislərdən aydın olur ki, hər bir bəndəyə
Rəbbinə ibadət etmək və ona şərik qoşmamaq vacibdir. Odur ki,
hər bir müsəlman, bütün peyğəmbərlərin məramı olan: «Allaha
ibadət edin, Tağutdan çəkinin!» ifadəsinin mənasını dərk
etməlidir. Belə ki, «Allahın sevdiyi və razı qaldığı, gizlində və
22
«ən-Nisa» surəsi, 116.
23
«əl-Maidə» surəsi, 72.
24
«Səhihul-Buxari», 128; «Səhih Muslim», 30.