Əlixan Musayev



Yüklə 374,46 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix30.10.2018
ölçüsü374,46 Kb.
#75879
1   2   3   4   5   6   7   8

 



 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rəhmli, Mərhəmətli Allahın adı ilə! 

 

   Bu  kiçik  risalədə  toxunacağım  mövzu  hər  bir  bəndə  üçün 



maraqlı və vacib olan mühüm bir məsələni əhatə edir. Belə ki, bu 

haqda  kifayət  qədər  məlumatı  olmayan  hər  bir  şəxs  özünün 

dünya və axirət həyatını puç edə bilər. Odur ki, risalənin adına 

diqqət yetirin! Burada üç sual dedikdə bərzəxdə

6

  soruşulacaq 



suallar nəzərdə tutulur. Yəni «Rəbbin kimdir?», «Dinin nədir?» 

və  «Peyğəmbərin  kimdir?»  -  deyə  sorğu-sual  olunacaqdır. 

                                                      

     


6

  Bəndənin  öldükdən  sonra  qiyamətədək  qalacağı  aləm  bərzəx  adlanır.  «Lisanul-

Ərəb», 3/8. 



 

Şübhəsiz  ki,  hər  kəs  bu  sualların  bərzəxdə  soruşulacağının 



həqiqət  olduğunu  görəcəkdir.  Odur  ki,  bu  haqda  düşünməyə 

dəyər. Öz Rəbbini, dinini və peyğəmbərini tanıyan şəxs necə də 

xoşbəxtdir! Belə ki, Allah onu bu dünyada saleh əməllər etməyə 

və bərzəxdə həmin üç suala cavab verməyə müvəffəq edəcəkdir.  

   «Allah  iman  gətirənləri  dünyada  da,  axirətdə  də  [bərzəx 

aləmində  də]  möhkəm  bir  sözlə  [kəlmeyi-şəhadətlə]  sabit-



qədəm edər».

7

 

   Axirətdə isə o əbədi qalacağı Cənnət və tükənməz  nemətlər 

içində olacaqdır. 

   «Həqiqətən, o kimsələr ki, iman gətirib saleh əməllər et-

mişlər, onlar üçün altından [ağacları dibindən] çaylar axan 

Cənnətlər vardır. Böyük uğur budur!»

8

 

   Qaldı ki Rəbbini, dinini və peyğəmbərini tanımayan və ya bu 

üç  əsası  dili  ilə  ifadə  edib  əməli  ilə  təsdiq  etməyən  şəxsə, 

doğrudan da o ziyana uğramışdır! Belə ki, o həm bu dünyada, 

həm də bərzəxdə azğınlıqda olar. 

   «Allah zalimləri sapdırar. Allah istədiyini edər!»



9

 

   Qiyamət  günü  isə  o  əbədi  qalacağı  Cəhənnəmdə  və  sürəkli 

əzab içində olacaqdır. 

   «Həqiqətən,  kitab  əhlindən  və  müşriklərdən  küfr  etmiş 



kimsələr Cəhənnəm odunda əbədi qalacaqlar. Onlar məx-

luqların ən pisidirlər».

10

 

   Bütün bunları deməkdə məqsədim oxucunu məyus etmək yox, 

əksinə bu həqiqətlər barəsində onu xəbərdar etməkdir. Belə ki, 

bütün bunlar Allahın dedikləridir və Onun kəlamı dəyişilməzdir. 

                                                      

     


7

 «İbrahim» surəsi, 27.  

     

8

 «əl-Buruc» surəsi, 11. 



     

9

 «İbrahim» surəsi, 27.  



     

10

 «əl-Bəyyinə» surəsi, 6.  




 

   «Sənin Rəbbinin kəlamı doğru və ədalətli şəkildə tamam 



oldu. Onun kəlamlarını dəyişdirə biləcək bir kimsə yoxdur. 

O, [hər şeyi] Eşidəndir, Biləndir!»

11

 

   Odur  ki,  bu  dünyadakı  imtahanların  suallarına  hazırlaş-

dığınızdan daha da artıq əzmkarlıqla bərzəxdə, daha sonra isə 

haqq-hesab günündə soruşulacaq suallara hazırlaşın! Dünyada 

ikən bu suallara cavab vermək, hamı kimi «Rəbbim Allahdır!» 

demək çox asandır. Lakin diqqətlə nəzər salsaq görərik ki, ömrü 

boyu  sözdə  Allahı  təsdiq  edib  əməldə  ona  asi  olan  kəs 

ölümqabağı hətta quruluşca sadə bir kəlməni - şəhadət kəlməsini 

deməyə çətinlik çəkir, onu demək ona müyəssər olmur. Görəsən 

ölümqabağı bu kəlməni deyə bilməyən kəsin bərzəx aləmində 

halı necə olacaq? Allah hamımızı bu kəlməni deməyə müvəffəq 

etsin! Odur ki, insan onu mərhələlərlə xəlq edən, ona ana bət-

nində ruh verən Rəbbini tanımalı və Onun buyruqlarını yerinə 

yetirməlidir. 

   «Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. [Ondan] həm 

öz  günahlarının,  həm  də  mömin  kişilərin  və  qadınların 

[günahlarının] bağışlamasını dilə».



12

     

   Keçmişə nəzər salsaq görərik ki, insanların böyük əksəriyyəti 

həmişə  Allahdan  qeyri  kiməsə,  yaxud  nəyəsə  iman  gətirib 

ümidlərini  yalnız  ona  bağlayıblar.  Bu  həmişə  belə  olub  və 

qiyamətə qədər də belə günahlar davam edəcəkdir. O insanların 

bəziləri bilərəkdən, bəziləri də elmsizliyi ucbatından Allahdan üz 

döndərir. Onlar bu məsələyə ciddi yanaşaraq onu araşdırsalar, 

yəni  ayə  və  mötəbər  hədislərdən  başqa  heç  kimə  təqlid

13

 

etməsələr,  şübhəsiz  ki,  haqqı  tapmağa  nail  olarlar  və  başa 



                                                      

     


11

 «əl-Ənam» surəsi, 115. 

     

12

 «Məhəmməd» surəsi, 19.  



     

13

 Nümunə götürmək. 




 

düşərlər ki, ibadət etdikləri «məbudların»



14

 özləri də Yaradanın 

buyruqlarını yerinə yetirir və Onun iradəsi altındadırlar. Həqiqə-

tən, hər bir şeyi yaradan Odur! Biz insanlar yalnız Onun izni ilə 

nəyi isə bir şəkildən başqa bir şəklə salırıq. Məsələn, dəmirdən 

maşın,  ağacdan  ev  avadanlığı,  pambıqdan  parça,  taxıldan  un 

məmulatı və s. istehsal edirik. Yaxşı, bəs onda dəmiri, ağacı, 

taxılı,  pambığı  və  s.  yaradan  kimdir?  Hətta  «məni  ata-anam 

yaradıb» ifadəsi belə yanlışdır. Baxmayaraq ki, ata-ana övladın 

yaranmasında  müəyyən  rol  oynayan  vasitədir,  lakin  etiraf 

etməliyik ki, onu ana bətnində mərhələlərlə xəlq edən də, ona ruh 

verən  də  yalnız  buna  qadir  olan  Allahdır.  «O  sizi  müxtəlif 



mərhələlərdən  [keçirərək]  yaratmışdır».

15

  Nə  qədər  övlad 

arzusunda olan ailələr vardır ki, buna nail olmamışlar! Əlbəttə, 

«O, istədiyini xəlq edir. İstədiyinə [ancaq] qızlar, istədiyinə də 

[ancaq]  oğlanlar  verir.  Yaxud  onlara  hər  ikisindən  -  həm 



oğlan, həm də qız verir, istədiyini də sonsuz [övladsız] edir. 

O,  [hər  şeyi]  bilən,  [hər  şeyə]  qadirdir!»

16

  Həm  də 

yaradılanların  hamısının  yemək-içməyə  möhtac  və  ölümə 

məhkum olması, baş verən hər hansı bir müsibəti dəf etməyə 

qadir olmamaları onların özlərinin də kiməsə möhtac olduğunu 

göstərir. Bütlərin üzərinə murdar bir şeyin [quş nəcisinin və s.] 

düşməsi  və  bu  bütlərin  həmin  murdar  şeydən  özlərini  sadəcə 

olaraq  qoruya  bilməməyi  onların  ilahi  sifətlərdən  uzaq 

olduqlarını göstərir. Allah isə pak və müqəddəsdir, qüvvət və 

qüdrət sahibidir və heç nəyə möhtac deyildir. Elə isə gəlin elə bir 

məbuda iman gətirək ki, O yaratsın və məhv etsin Özü isə ölməz, 

əbədi və əzəli olsun, O əmr versin, Özünə isə əmr olunmasın, hər 

kəs Ona möhtac olsun, Özü isə heç nəyə möhtac olmasın. Odur 

                                                      

     

14

 Bütlər, fal oxları, ağaclar və s.   



     

15

 «Nuh» surəsi, 14.   



     

16

 «əş-Şura» surəsi, 49,50. 




Yüklə 374,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə