18
Allah onların hər birinə özünəməxsus şəriət qanunları təyin
etmişdir. Bu fikri təsdiqləmək üçün Uca Allahın bu kəlamı yetər:
«Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər
Allah istəsəydi, sizi [eyni şəriətə tabe]
vahid bir ümmət edərdi.
Lakin [bu müxtəliflik]
Allahın verdikləri ilə sizi imtahan
etməsi üçündür».
48
İslam kəlməsinin mənasına gəlincə, bu tövhidlə
49
Allaha təslim
olmaq, itaətlə Ona tabe olmaq, şirkdən və şirk əhlindən uzaq
olmaq deməkdir. Odur ki, Uca Allah buyurur: «Allah yanında
[haqq olan] din, əlbəttə, islamdır».
50
«Kim islamdan başqa bir
din ardınca gedərsə, [o din]
heç vaxt ondan qəbul olunmaz və
o şəxs axirətdə zərər çəkənlərdən olar!»
51
İslam dininin üç mərhələsi vardır: islam, iman və ehsan.
Bunlardan hər birinin özünəməxsus əsasları vardır. Belə ki, islam
beş əsasdan - şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək,
oruc tutmaq və həccə getməkdən ibarətdir. İbn Ömərin (r.a)
rəvayət etdiyi hədisdə Peyğəmbərimiz
- səllallahu aleyhi və səlləm -
belə
buyurur: «İslam beş (dayaq) üzərində qurulmuşdur: «Allahdan
başqa (ibadətə layiq olan) ilahın olmamasına və Məhəmmədin
Onun qulu və elçisi olduğuna şəhadət gətirmək, namazı yerinə
yetirmək, zəkat vermək, evi (Kəbəni) ziyarət etmək və Ramazan
orucunu tutmaq!»
52
Hədisdə sadalanan bu beş əsası aşağıdakı
ayələrlə də sübuta yetirmək olar. Uca Allah buyurur: «Allah
Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər
və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq O qüvvət
48
«əl-Maidə» surəsi, 48.
49
Tövhid yalnız Allaha ibadət etmək deməkdir.
50
«Ali-İmran» surəsi, 19.
51
«Ali-İmran» surəsi, 85.
52
«Səhihul-Buxari», 8; «Səhih-Muslim», 16.
19
və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq
olmadığına şəhadət verdilər»
53
«Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyil-
dir. Lakin o, Allahın Rəsulu [elçisi]
və peyğəmbərlərin
sonuncusudur. Allah hər şeyi biləndir»
54
«Halbuki onlara əmr edilmişdi ki, Allaha – dini yalnız Ona
məxsus edərək, digər bütün dinlərdən islama dönərək –
ibadət etsinlər, namaz qılıb, zəkat versinlər. Doğru-düzgün
din budur»
55
«Onun yoluna [ərzaq, minik, sağlamlıq və təhlükəsizlik
baxımından] gücü çatan hər bir kəsin həccə gedib o evi
[müqəddəs Kəbəni] ziyarət etməsi insanların Allah qarşısında
borcudur. Kim bunu inkar edərsə [özünə zülm etmiş olar]
.
Əlbəttə, Allah aləmlərə [heç kəsə]
möhtac deyildir!»
56
«Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə
vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, [bunun vasitəsilə]
siz pis əməllərdən çəkinəsiniz»
57
Yuxarıda qeyd olunanlardan aydın oldu ki, Allahın
buyruqlarının ən əsası beşdir. Biz bütün bunlara diqqətlə nəzər
salsaq görərik ki, Uca Allahın vacib buyurduğu bu beş əsası
yerinə yetirmək çətin deyildir. O ki qalsın Onun digər
buyruqlarına…
- hər bir insan «Əşhədu ən lə ilahə illəllah və əşhədu ənnə
Muhəmmədən rasulullah»
58
kəlməsini deməklə müsəlman olur.
53
«Ali-İmran» surəsi, 18.
54
«əl-Əhzab» surəsi, 40.
55
«əl-Bəyyinə» surəsi, 5.
56
«Ali-İmran» surəsi, 97.
57
«əl-Bəqərə» surəsi, 183.
58
Tərcüməsi: Mən şahidlik edirəm ki, Allahdan başqa (ibadətə layiq olan) məbud
(ilah) yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun elçisidir.
20
- hər bir müsəlman gün ərzində ixtiyarına verilmiş iyirmi dörd
saatın yalnız bircə saatını beş vaxt namaz qılmağa sərf edir.
Qalan iyirmi üç saatını isə yeyir, yatır, işləyir və s. işlərlə məşğul
olur.
- hər bir müsəlman il ərzində Allahın ona verdiyi bol ruzilərdən
istədiyi qədər istifadə edir və yalnız ilin tamamında mövcud olan
mal-dövlətinin, qızıl-gümüşünün qırxda bir hissəsini zəkat verir.
Bu da yalnız imkanlı olan şəxslərə vacibdir.
- hər bir imkanlı müsəlmana ömrü boyu yalnız bircə dəfə həcc
ziyarəti etmək vacibdir ki, bu da az bir vaxt aparır.
- hər bir müsəlman on iki ay yeyib-içir və yalnız bircə ay
Ramazan ayı oruc tutur. Bu ayda da o ancaq gündüzlər oruc
tutur. Gecələr isə yenə yeyib-içməyinə davam edir.
Gördüyünüz kimi bütün bu sadaladıqlarım çox asanlıqla yerinə
yetirilən əməllərdir. Bütün bunları bizim üçün asanlaşdıran Uca
Allah belə buyurur: «Allah sizin üçün ağırlıq deyil yüngüllük
istər…»
59
Elə isə qoy bu qədər asanlaşdırılan bir dinin vacibatlarını
yerinə yetirməyən insanlar Rəbbinin qarşısında nə cavab
verəcəkləri barədə düşünsünlər. Qiyamət günü «məni başa salan
olmayıb», «bunları etməyə mənim vaxtım olmayıb», «məni
aldadıblar» və s. bu kimi bəhanələr qəbul olunmayacaq.
İslamın ikinci mərhələsi Allahın və peyğəmbərinin dediklərinə
iman gətirməkdir. Ömərin (r.a) rəvayət etdiyi hədisdə
Peyğəmbərimiz
- səllallahu aleyhi və səlləm -
iman barəsində ondan soruşan
Cəbrailə (a.s)
60
belə demişdir: «Allaha, Onun mələklərinə,
kitablarına, elçilərinə, Axirət gününə iman gətirməlisən,
(həmçinin) xeyir və şərin qədərinin (Allah tərəfindən) təyin
59
«əl-Bəqərə» surəsi, 185.
60
Cəbrail (a.s) peyğəmbərlərə vəhy gətirən mələkdir.