30
Senti ona üzbəüz stulda əyləşməyi təklif etdi. Özünü topla
yıb heç bir şeyin fərqinə varmadan ona belə bir sualla müraciət
etdi:
– Qrant, səndəki varlanmaq ehtirası o qədər güclüdür ki,
mən bəlkə də sənin varlanacağına inanıram. Lakin sənin qar
şına belə bir vəziyyət çıxsa, sənin varlanmağın bir adamın
ölümü ilə nəticələnsin, sən bu yolla yenə də gedərsənmi? Bu
ölüm sənin qarşında bir maneə olmazmı? Sən insan səadətini
bəlkə də qismətin olmayacaq, sənə xoşbəxtlik gətirməyəcək
pulla dəyişərsənmi? Sən istəyirsənmi bir çoxları sənin bu var
lanmağının hesabına nəinki öz yaxşı güzəranlarını, gündəlik
bir parça çörəklərini də itirsin? Sən belə hərəkət edərsənmi,
Qrant? Sən heç olmasa bunları düşünürsənmi?
Qrant Sentinin düşündüklərinin əksinə olaraq çox sakit
və həyəcansız idi. O, birbiri ilə demək olar ki, birləşən çat
ma qara qaşlarını çatmışdı. Duruşunda, oturuşunda özündən
razı bir görkəmi var idi. Üzünə baxanda hiss etmək olardı ki,
Sentinin ona həyəcanla verdiyi suallar Qranta o qədər də təsir
etməmişdir.
Nəhayət, Qrant bayaqdan bəri onu gözləyən Sentinin sual
larına belə cavab verdi:
– Bəli, lap başqasının ölümünə, əzabına da bais olsam,
sərvət əldə etməliyəm.
Onun belə sakit və həyəcansız danışığı, dediyi sözlər Sen
tini təəccübləndirdi. Odur ki, o, başını buladı. Bunu nəzərdən
qaçırmayan Qrant sözünə davam etdi:
– Başını bulama, Senti. Varlanmaq ehtirası mənim yaşayı
şım, həyat idealımdır. Qoy sonralar məni nifrətlə damğala
sınlar, ən acı xatirələrlə yad etsinlər, fəqət mənə pul lazımdır,
pul. Başqalarının əzab çəkə biləcəyi, hansı çirkaba yuvarlana
cağı mənim üçün maraqlı deyil. Mənə pul lazımdır, pul.
31
Qrantın bu sözlərindən sonra Senti bir qədər fikrə getdi. O,
doğrudan da, Qrantın pul əsiri olduğunu başa düşdü. Anladı
ki, içərisində yaşadıqları kapitalizm cəmiyyəti insanlar arasın
da bir növ ölümdirim mübarizəsi – vəhşicəsinə bir mübarizə
yaradır.
Başqasının ölümü hesabına, başqasının səadəti üzərində
xoşbəxtlik qazana biləcəyindən narahat olmayan bir şəxs dən
nə gözləmək olar. Belə şəxslər deyilmi, kapitalizm cəmiy
yətinin yetişdirməsi? Biz belə şəxslərin hansı insana xas xü
susiyyətləriylə fəxr etməliyik? Biz ona hansı inamı, etiba
rı bəsləməliyik. Onun gələcəyinə hansı gözlə baxmalıyıq,
hərəkətlərinə nə ilə bəraət qazandırmalıyıq? Cəmiyyətin sü
kanı belələrinin əlindədirsə, onlara etibar etmək olarmı? O,
nəhayət öz fikirlərindən ayrıldı və dedi:
– Bir sahibkar oğlu kimi atan əgər səni Parisə – yəni burada
bol pulla təmin edərsə, sən yenədəmi öz fikirlərinin üstündə
dayanarsan? Sən yenədəmi varlanmağını başqalarının son
suz tükənməz əzabları ilə də olmuş olsa, bərqərar etməyə
çalışarsan? Sən öz varlanmaq ehtirasını heç də boğmaq
istəməzdin ki?
Qrant Sentinin son sözlərindən sonra düşüncələrə daldı. O
öz ürəyində nəyi isə araşdırmaq, nəyi isə izah etmək istəyirdi.
Görünür, nə barədə isə düşüncələri onu qane etmirdi. O öz
hisslərini nəhayət ki, boğdu, xəyaldan ayrıldı və dedi:
– Atam varlı bir sahibkar kimi o qədər də ağılsız deyildir
ki, məni burada, gözəl və geniş bir şəhərdə eninəuzununa
xərcləməyə, istədiyim hərəkətləri etməyə görə bol pulla təmin
etsin. Ona görə də varlanmaq üçün atam kimi, başqa sahib
karlar kimi, mən də milyonlara sahib olmaq üçün yalnız hər
şeyi özüm düşünməliyəm, şəraitdən hər nə cür olursaolsun,
özüm bir çıxış yolu tapmalıyam. Vicdanımı satası olsam da,
32
kimsənin namusunu tapdalasam da mən varlanmalıyam.
Cəmiyyətimizdə yaxşı əylənmək üçün, nəşəylə gün keçirmək
üçün, bu dünyanın bütün ləzzət və şirinliklərindən məhrum
olmamaq üçün varlanmalıyam. Mən yalnız belə yaşamalıyam.
Senti düşünürdü. O, ömrü boyu birinci dəfə idi ki, belə bir
pul əsirinə rast gəlirdi. Onun da atası sahibkar idi. O da ka
pitalist idi. Lakin Senti heç vaxt atasının pul qazanmaq üçün
kimsənin ölümünə bais olmasını, kimsəni acından öldürməsini
görməmişdi. Doğrusuna qalsa, belə bir şey olmuşdusa da,
Senti heç vaxt onu hiss etməmişdi. Senti hiss etməmişdi ki,
atası pul üçün, vardövlət üçün öz mənliyini kiminsə yanında
alçaltsın, öz şərəfini kiminsə yanında qorumasın. Yox, Senti
bunların heç birini görməmişdi. O, Qrant kimi şəxsə isə bi
rinci dəfə idi ki, rast gəlirdi. Senti hələ indiyə kimi belələri ilə
rastlaşmamışdı. Bununçun isə o, Qranta qibtə edə bilməzdi.
O şəxs bədbəxtdir ki, hər hansı bir dünya nemətinin əsiridir.
Qrant siqaretini alışdırıb bir qullab vurdu. Otağın pəncə
rəsinin bir tayını açdı. İçəri sərin təmiz hava doldu.
Senti də, Qrant da, hər ikisi düşüncələrə dalmışdılar. Za
man isə dayanmadan sürətlə irəliləyirdi. Qonşu evlərin pən
cərələrindən axşamın qaranlığına qızılı işıqlar süzülürdü. Hər
yanda həyat qaynayırdı. Dünya qoynunda yaşamaq istəyən
bütün canlılar üçün bir beşik, bir yuva idi. Bu yuvada hər bir
canlı öz yaşayışını bir cür quraraq yaşamaq uğrunda mübarizə
aparırdı. Həyat hamını, hər kəsi, bütün canlıları yaşamağa
səsləyirdi.
Qrantın da, Sentinin də, hər birinin mühitə öz münasibəti,
öz müxtəlif baxışları var idi. Qrant da Sentinin kapitalizm qu
ruluşuna qarşı, varlanmağa qarşı meyllərini bir qədər aydın
laşdırmaq üçün dedi:
33
– Senti, sən cəmiyyətimizdə müəyyən fəal mövqeyə malik
olan şəxslərdən biri olmaq istəməzdinmi? Sən istəməzdin ki,
varlı bir sahibkar, kapitalist olasan, cəmiyyətimizin inkişa
fında sənin də öz xüsusi payın ola. Varlı bir şəxsiyyət kimi
dünyada firavan bir həyat tərzi keçirmək sənin üçün yaxşı
olmazmı?
Sanki Senti bu sualların ona verilməsini çoxdan gözləyirdi.
O, sakit idi. Düşüncələri, verilən sual, onun mahiyyəti onu o
qədər də narahat etmirdi. Senti də kapitalist mühitinin təsiri
altında yaşa dolurdu. O da kapitalist sinfinin nümayəndəsi
idi. Lakin bu təsirin hər hansı bir şəxsiyyətin insanpərvər bir
insan kimi yetişməsinə mane ola biləcək dərəcədə təsiri var
idisə də, bu mühitdən baş çıxarmaq üçün insanın geniş dün
yagörüşü və diqqətli düşüncə tərzi də kifayət idi. Senti isə belə
bir dünyagörüşə və düşüncə tərzinə malik idi. Odur ki, bir ka
pitalist kimi varlanmağa, sərvət əldə etməyə öz münasibətini
belə bildirdi:
– Doğrudur, Qrant, məndə varlanmaq ehtirası vardır.
Mən də bir kapitalist kimi varlanmaq və təmtəraqlı yaşamaq
istəyirəm. Mən də istəyirəm ki, bir xeyli yararlı, müstəqil tor
paq sahəm olsun. Ehtiyaclarımı tamamilə ödəyə biləcək fabri
kim və zavodum gecəgündüz işləsin. Görənləri heyran qoyan
qəşəng malikanəm olsun. Ümumiyyətlə, mən də varlıhallı bir
kapitalist olum və bayaq söylədiyim kimi varlanmaq ehtirası
məndə də vardır.
Onun son sözləri Qranta bir qədər qəribə göründü. Bəli,
o da varlanmaq istəyir. Onda da varlanmağa doğru meyllər
var. Lakin onun varlanmağa doğru olan meylləri tamamilə
mənimkindən fərqlidir. Bəs bu necə ola bilər?
Qrant bir qədər düşündü. Sentinin son sözlərinin mənası
ona aydın olmamışdı. Odur ki, o bu məsələni bir qədər aydın
laşdırmaq üçün dedi:
Dostları ilə paylaş: |