Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə16/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

56
gəlməyi bacaran insanlardan idi. Əgər hər hansı bir təsadüfün 
baş  verə  biləcəyini  nəzərə  almasaq  o  öz  məqsədinə  doğru 
gedən yolu düzgün seçə bilərdi. 
Araya sükut çökmüşdü. Hər kəs öz xəyal aləmində dolanır­
dı. Artıq Seara da həyatında baş verən bu dəyişikliyi yüksək 
qiymətləndirirdi. O, hiss etməyə başlayırdı ki, onun ürəyində 
yurd  salmağa  başlayan  sevgi  onun  əvvəlki  hisslərindən 
tamamilə fərqli və çox­çox saf və müqəddəs bir hissdir. Onun 
belə bir sevgiyə mübtəla olması, Senti ilə qarşılaşması Seara 
üçün səadətdir, xoşbəxtlikdir. O, əvvəl artıq həyatda seçdiyi 
yolu  dəyişə  bilməyəcəyinə,  dəyişməyəcəyinə  inanırdı.  İndi 
isə, deyəsən, o, indiyə qədərki ömür yolunun düzgün yol ol­
madığını anlayırdı. Hiss edirdi ki, doğru yolun, əsil bir insan 
kimi  yaşamağın  ilk  cığırını  Sentiyə  olan  məhəbbətində  tap­
mışdır və olsa­olsa o, yalnız bu cığırla irəliləyərək öz parlaq 
gələcəyinə  ümid  bəsləyə  bilər.  Bəşəriyyətin  sərvət  cəhətdən 
varlı bir üzvü kimi, o, heç vaxt bu qədər xoşbəxt olduğunu 
indiyə qədər hiss etməmişdi. O, nə qədər brilliant, daş­qaş, qı­
zıl içərisində yaşasa da, nə qədər kübar məclislərdə gözəl bir 
qadın kimi diqqəti cəlb etsə də, ürəyi həmişə gələcək həyatının 
axır  ki,  onu  bezikdirə  biləcəyi  barədə  fikirləşdiyi  ağır  bir 
yükü gəzdirdiyini və bu yükün onun ürəyini həmişə ağır bir 
məngənə kimi sıxdığını anlayırdı. O anlayırdı ki, gec­tez bir 
qadın kimi öz təravətini itirəcək və artıq məclislərdə və başqa 
yerlərdə öz əvvəlki rolunu oynaya bilməyəcəkdir. Sərvətinə 
gəlincə  isə  ona  da  o  qədər  ümid  bəsləmək  olmazdı.  Sərvəti 
də bir təsadüf nəticəsində onun əlindən çıxa bilərdi. O zaman 
yoxsul bir Seara kimi həyatda yaşayan bir qadına indiki ta­
nışlarından hansı yaxınlıq edərdi? Əlbəttə ki, heç biri. Çünki 
onları Searaya bağlayan yeganə cəhət onun varlı və kübar bir 
qadın kimi gözəl olması idi. Seara bu əlamətləri də itirsəydi 


57
o zaman ona kim rəğbət göstərəcəkdi. Əlbəttə, heç kim. Əgər 
indi Senti onu həqiqətən sevirdisə, bu zaman yəqin ki, Seara­
nın var­dövləti onu bəlkə də maraqlandırmırdı. Çünki təmiz 
hisslərin nəticəsi olan sevginin bərqərar olduğu ürəkdə sev­
diyinin yoxsul, yaxud da varlı olması maraqlandırıcı deyildir. 
Ona görə də Seara Senti ilə bir otaqda nəfəs almağı arzulama­
ya bilməzdi. 
Gecədən xeyli keçirdi. Artıq son badələrini qaldırıb məclisə 
yekun vurduqdan sonra Sentigil qraf B… malikanəsindən çıx­
dılar. 
Hava bəyaz idi. Ulduzları xüsusi bir füsunkarlıqla sayrışan 
səma insana zövq verirdi. Sərin meh əsirdi. Gecənin təmiz ha­
vasından nəfəs aldıqca insan özündə bir yüngüllük, bir ürək 
saflığı hiss edirdi. Ağacları bir balaca titrədən külək, havaya 
bir  balaca  da  özüylə  gətirdiyi  ormanların  ətrini  də  qatmış­
dı. Arabir uzaq xutorlardan itlərin hürüşməsi və xoruzların 
banlaşması  eşidilirdi,  həyatın  davam  etməsinə  səbəb  olan 
amillərin hamısı öz işində idi. 
Bu bəyaz füsunkar gecə Sentigilə daha xoş təsir bağışlayır­
dı. Onlar qol­qola girib Parisin bir sıra mərkəzi küçələrində, 
parklarında  da  gəzindikdən  sonra  artıq  ayrılmaq  vaxtının 
gəlib çatdığını hiss etdilər. 
Bu ayrılığa öz təəssüfünü sözlə bildirən Qrant: – Heyf ki, 
vaxt tez ötüşdü, sizi evə ötürmək vaxtı tez gəlib çatdı – dedi. 
Onlar  bir  müddət  dinməz  söyləməz  irəlilədikdən  sonra 
Qrant  karetaların  daimi  dayanacaq  yerindən  qadınları  yola 
salmaq üçün bir kareta tutdu. 
Ayrılarkən Seara və Senti bir daha baxışdılar. Bu baxışlar 
onların  hər  ikisi  üçün  gələcəyə  ümidlə  və  inamla  baxmaq 
əqidəsi yaradırdı. Artıq onlar öz qəlblərində bir­birinə qarşı 
məhəbbət hissinin yaranmasını etiraf etməyə bilməzdilər. Bu 
hiss onları birləşməyə sövq edirdi. 


58
FƏSİL 4
Paris. Yenə də Senti ilə Qrantın otağı. Onlar, yəni Senti ilə 
Qrant oturub söhbət edirlər. Senti Qranta bir həmdəm kimi 
müraciətlə: 
– Ürəyin özünün özünə verdiyi hökm bütün hökmlərdən 
üstünmüş, Qrant. Mən hələ də bunu bilmirdim – deyə söhbəti 
davam etdirirdi. 
– Sən bununla nə demək istəyirsən? – deyə Qrant sualedici 
nəzərlərlə Sentiyə baxdı. Senti duruxdu. Onun fikirləri kələf 
kimi dolaşmışdı. O öz hissləri ilə daxilən mübarizə aparırdı. 
Buna görə də bir qədər həyəcanlı və dalğın görünürdü: 
– Searanın surəti hələ də gözlərimin önündən çəkilməmişdir. 
Bax indicə o, gözlərini süzərək sanki mənə baxıb gülümsədi 
də. Hiss edirəm ki, mən artıq onsuz yaşaya bilməyəcəyəm – 
deyə dilləndi. 
–  Klaranın  surəti  isə  mənim  nəinki  xəyalımda  canlanır, 
bəlkə  də  qəflətən  məndən  onun  surətini  xatırlamamı  tələb 
etsələr xatırlaya bilmərəm – deyə Qrant da öz fikrini bildirdi.  
– Sən bununla nə demək istəyirsən? – deyə Senti də suale­
dici nəzərlərlə ona baxdı. 
Qrant  bir  siqaret  çıxarıb alışdırdı. Ondan  sinə dolusu bir 
qullab alıb sakit səslə və nəzakətlə dedi: 
–  Mən  bununla  onu  demək  istəyirəm  ki,  mən  Klaranı 
sevmirəm və ona məşuqə kimi baxıram. Əgər səhər o mənim 
xoşuma gəlməsə, yaxud da ondan gözəl, qəşəng, ehtiraslı bir 
qadınla tanış olsam, o zaman mən onu asanlıqla ata bilərəm. O, 
sözlərinə bir qədər ara verdi və yenə də nəzakət çərçivəsindən 
kənara  çıxmadan:  –  Sən  isə  Senti,  hiss  edirəm  ki,  belə  edə 
bilməzsən. Bu sözləri sənə səmimi bir yoldaş kimi deyirəm. 
Məndən incimə, sən artıq Searanı sevirsən. Ondan ayrı yaşa­


59
ya bilməzsən. Ancaq bu sevginin hansı məqsədə xidmət etdi­
yi mənə aydın geyil. Senti, məndən incimə, sən doğurdanmı 
onu ürəyinə yatan, xoşuna gələn, könlün sevən bir qadın kimi 
sevirsən? 
Senti fikirlərini bir yerə cəmləşdirərək, ciddi bir görkəmlə: 
– Bu nə sualdır, Qrant, yoxsa sən mənə inanmırsan? Sən elə 
düşünmə ki, mən bütün bunları özüm üçün bir əyləncə, zövq 
mənbəyi  xatirinə  edirəm.  Xeyr.  Mən  Searaya  vurulduğumu 
etiraf etməyə bilmərəm. Onun baxışları, hərəkəti, duruşu, ye­
rişi artıq mənim hisslərimi onu sevməyə məcbur edə bilmiş­
dir.  O  özünə  məxsus  hərəkətləriylə  mənim  hisslərimi  idarə 
etməyi  bacardı.  Ürəyim  də  onu  sevmək  üçün  özünə  hökm 
vermişdir.  Ürəyin  öz­özünə  verdiyi  qəti  hökmü  dəyişməyə 
isə heç bir hakimin verdiyi qanunun gücü çatmaz. Nə də ki, 
ürəyin hökmünə qarşı heç kim başqa qərar verməyə cəsarət 
etməz. Mən bütün gənclik ehtirasımla onu sevirəm. Dünya­
nın  gözəlliyini,  çiçəklərin  açılmasını,  quşların  oxunmasını, 
bulaqların,  çayların  şırıltısını,  hər  şeyi,  hətta  yaşamağımın 
da  mənasını  artıq  onda  görürəm,  Qrant.  Sən  məni  qınaya 
bilərsən,  ilk  baxışda  ona  vurulmaqda  təqsirləndirə  bilərsən, 
lakin əfsuslar olsun ki, bu belədir. Mən elə ilk tanışlığımızdan 
onda bir kişi kimi sevilməyə layiq bir qadın baxışı, incəliyi, şi­
rinliyi, gözəlliyi, hər şeyi, hətta mənə qarşı həlimliklə süzülən 
baxışlarda  eşq  və  ehtirası  da  duydum.  Belədir,  Qrant  sən 
mənə  inana  bilərsən.  Mən  onu  yalnız  ruhumu  oxşayan  bir 
qadın kimi sevirəm. Bu sevgi artıq mənim rahatlığıma təsir 
göstərməyə başlayır. Qrant nəzakətlə onun sözünü kəsdi: 
– Sən məgər ürəyində özünə yer tapmış sevgi hissinin səni 
narahat  etməsindən,  sənin  hisslərində  bir  coşqunluq  yarat­
masından narazısanmı? Bəlkə də sən xoşbəxtsən ki, özünün 
dediyin  kimi  «süzülən  baxışlara»,  «eşq  və  ehtirasdan  alışıb 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə