34
– Mən sənin sözlərini bir qədər yaxşı başa düşə bilmədim
Senti. Özün qeyd edərək deyirsən ki, sən də varlanmaq
istəyirsən, səndə də bir meyllər var. Ancaq nə cür? Sənin seç
diyin yol mənimkindən tamamilə fərqlidir. O, varlanmağa
doğru gedən hansı bir qəliz yoldur ki, mənim nəzərimdən
qaçmışdır. Mən belə belə bir yolun olduğunu indiyə qədər
hiss etməmişəm.
Senti onun bu sözlərinə nəzakət çərçivəsindən kənara
çıxmadan bir qədər gülümsədi. Belə vəziyyətdə onun mavi
gözləri əvvəlkindən daha qəşəng və cəlbedici görünürdü.
Senti öz vəziyyətində bir dəyişiklik etmədən Qranta bax
dı və onun mavi gözləri Qrantın qonur gözləri ilə rastlaşdı.
Qrantın baxışlarından hiss etmək olardı ki, o nə isə maraq do
ğuran, onun üçün lazımlı bir hadisəni səbirsizliklə gözləyir.
Senti bunu, onu heç vaxt aldatmayan duyğuları vasitəsi ilə an
ladı, Qrantı bir daha intizarda qoymamaq üçün sözə başladı:
– Qrant, mən varlanmaq istərkən istəməzdim ki, səadətim
başqalarının əzabları üzərində qurulsun. İstəməzdim ki, ali
canlı bir xilqətin məhvi mənə səadət gətirsin. Əks təqdirdə, sür
düyüm həyat, keçirdiyim firavanlıq mənim üçün həddindən
artıq darıxdırıcı görünər və mənim xoşbəxtliyimi təmin edə
bilməz. Mən öz halal zəhmətim və qazancım müqabilində
mənsəb və mərtəbəyə çatmaq istərəm. Öz halal zəhmətin və
əməyin nəticəsində yarada bildiyin güzərandan xoş güzəran
yoxdur. Mənə də belə bir güzəran lazımdır ki, həyatın mənə
bəxş etdiyi öz bir parça ömür payımı xoşbəxt və şən keçirə bi
lim. Hər kəsin səadəti öz əlindədir. Mən də öz səadətimə çat
maq üçün axtardığım xoşbəxtliyi öz əməyimin və əməllərimin
bəhrində görürəm. İnsanın hətta ölərkən rahat can verməsi və
bu dünyadan rahat köçməsi üçün ona öz əməllərinin saf bəhri
35
lazımdır. Belə bir xoşbəxtliyə nail olmaq üçün isə həmişə öz
vicdanının səsinə qulaq asmaq lazımdır.
Qrant onun sözlərini nə qədər həssaslıqla dinlədisə də, bir
o qədər də laqeydliklə qarşıladı. O öz hisslərini son dərəcə
gərginliklə nəzakət xatirinə cilovlamağa çalışdısa da, bu la
qeyd lik deyəsən, Sentinin nəzərindən yayınmadı. Lakin
Senti bunu hiss etdisə də, öz hissləri ilə buna münasibətini
bildirmədi. Ona görə də Qrant Sentinin sözlərinə laqeyd
münasibət bəslədiyini Sentinin duyubduymadığını hiss et
mədi. Nəhayət, Qrant Sentinin sözlərində öz fikirlərinin
həllini tapmadığı üçün bir qədər heyfsiləndisə də, Sentiyə
münasib bir cavab verməyin lazım olduğunu duyub bir qədər
fikrə getdi.
O düşünürdü, kapitalizm cəmiyyətində Sentinin söylədikləri
kimi öz halal zəhmətinlə mənsəb və mərtəbəyə çatmaq üçün
həyatın bizə bəxş etdiyi bir parça ömür payı kifayət deyildir.
Hiyləgərliyin, riyakarlığın hökm sürdüyü bir şəraitdə doğru
luqla irəliləmək mümkündürmü? Düzdür, əgər doğruluqla,
düzlüklə irəliləmək mümkün olardısa, bu yaxşı bir yol olar
dı. Lakin dərin ziddiyyətlərin hökm sürdüyü bir cəmiyyətdə
belə bir vasitədən istifadə etmək mümkünmüdür? Yox, müm
kün deyildir. Göründüyü kimi, Sentinin bu sözləri bizim
cəmiyyətimiz üçün yararlı deyildir. Bizim cəmiyyətimizdə
baş çıxarmaq üçün müəyyən mənsəb və mərtəbəyə çatmaq
üçün gərək kapitalizm mühitinin tələblərinə uyğun hərəkət
edəsən. Bu tələblər isə insanpərvərlikdən, humanistlikdən
uzaq bir sözlə, doğruçuluqdan və düzlükdən tamamilə fərqli
tələblər idi. Kapitalizm cəmiyyətində azçox varlanmaq, irəli
getmək fikri olan hər bir kəs hiyləgərlikdən, tamahkarlıqdan,
riyakarlıqdan və bu kimi bir sıra insan təbiətindən lazım gəlsə
36
yarana bilən vasitələrdən bir məqsəd kimi istifadə etməyi
bacarmayan hər bir kəs özünün gücbəla ilə qazana biləcəyi
yalnız bir parça çörəyə göz tikə bilər. Bütün bunları düşünən
Qrant Sentiyə belə bir cavab verdi:
– Sənin fəlsəfən bizim cəmiyyət üçün yararlı deyildir, Senti.
Gectez sən öz fəlsəfənin bizim cəmiyyət üçün yaramadığını,
ona yad bir fəlsəfə olduğunu özün də əyani surətdə görəcək
və hiss edəcəksən. Hiss edəcəksən ki, sənin fəlsəfəni əsas tu
tub kapitalizm cəmiyyətində həyat sürmək, bu mühitdə bir
insan kimi yaşamaq nə qədər çətin olarmış. Sən özün də öz
fikirlərində dönüş yaratmalısan. Belə bir fəlsəfə ilə sənin üçün
bizim cəmiyyətimizdə yaşamaq mümkün deyildir. Öz fəlsə
fənin cəmiyyətimiz üçün yaramadığını hiss edəcəyin vaxt isə
sənin üçün yeni bir yol seçmək gec olacaqdır. Bu barədə sən
də oturub dərindən düşünməlisən.
Senti düşünürdü. Qrantın söylədikləri onu qane etməmişdi.
O öz tutduğu yolun doğruluğuna inanırdı. İnanırdı ki,
hiyləgərlik, ikiüzlülük, riyakarlıq, tamahkarlıq və başqa bu
kimi cəhətlər insanı xoşbəxtliyə çatdıra bilməz. O isə xoşbəxt
yaşamaq istəyirdi. Onun üçün həddindən artıq varlı olubol
mayacağının elə bir əhəmiyyəti yox idi. Təki gündəlik öz sadə
güzəranı ilə daxilən sakit, qəlbən saf, mənəvi cəhətdən sağlam
bir həyat keçirə bilsin. Elə bir həyat ki, onu sağlam düşüncəli
bir insan kimi hərtərəfli təmin edə bilsin. Elə bir həyat ki, bir
ailənin xoşbəxtliyini, səadətini orada tapmaq mümkün olsun.
Bəli, Senti belə bir həyat arzulayırdı. Odur ki, Senti Qrantın
fikirləri ilə razılaşmadığını dostcasına bildirərək dedi:
– Yox… mən sənin söylədiyin fikirləri, seçdiyin yolu doğru
saya bilmərəm, Qrant. Bizim həyata baxışlarımız arasındakı
fərq olduqca böyük və ziddiyyətlidir. Həqiqəti öz fəaliyyət
sahəsində istinad nöqtəsi hesab edən hər bir kəs gectez
Dostları ilə paylaş: |