8
qadın danışmışdır. Mən iyirmi ildən çoxdur ki, müxtəlif dus
taq koloniyalarında xidmətçi işləyirəm, lakin hələ onun kimi
namuslu, tərbiyəli və qanacaqlı bir qadına rast gəlməmişəm.
Parisdən xeyli kənarda yerləşən P… xutoru. Səhərdir. Nurlu
bir səhər. Günəş öz şəfəqlərini hər yana bərabər səpələmişdir.
Lakin cəmiyyətdə bərabərlik hiss olunmur. Cəmiyyətdə iki
sinif – varlılar və yoxsullar sinfi vardır. Varlılar sinfinin orta
təbəqəsinə məxsus qoca Pentanın evi. Pentan arvadı Lizayla
söhbət edir. Onun çatma qalın çal qaşlarının altında hələ də
cavanlıq ehtirası varmış kimi alışan gözlərinə baxanda hiss
etmək olar ki, qocalıq yaşına yenicə qədəm qoymuş bu hün
dürboylu kişinin həyatında nə isə xoşbəxt bir hadisə üz ve
rib. Elə bil ki, qoca Pentan nə vaxtdansa həsrətini çəkdiyi bir
səadətlə qovuşmuşdur. Odur ki, o həmişəkindən də şirin dil
ilə həyat yoldaşı Lizanı səslədi.
– Arvad, mənim şadlığıma şərik olmaq istəyirsənmi?
Liza ərinə təəccüb dolu nəzərlə baxdı. Sanki o özünə
məh rəm olan bu sifətdən nə hadisə baş verdiyini öyrənmək
istəyirdi. O, birdən nə anladı, nə fikirləşdisə sevincək soruşdu:
– Nə kimi şadlıq baş verib, kişi? Yoxsa Sentidən bir xəbər
var? Ax, əziz balam, əzizim, axı sənə nə üçün icazə verdim ki,
Parisə gedəsən. Axı, sənin nəyinə lazım idi oxumaq.
Atan oxumuşdu bəyəm, bu qədər dövlətə sahib olub. Sa
vadlı olub çoxları kimi pulsuz dolanmaqdansa, kaş atan kimi
savadsız olub, sən də sərvət sahibi olaydın bala. Əşi tez de gö
rüm balam Sentidən nə bilirsən? Yoxsa əziz balam, o gimna
ziyadır nədir, ora daxil olub? Bir dayan görüm, yoxsa, ay kişi,
sən də onun üçün belə sevinirsən? O, bu sözləri elə kövrəkliklə,
elə sevinc qarışıq ana qüruru ilə dedi ki, bu hissləri yalnız öv
ladını dərin ana məhəbbəti ilə sevən ana keçirə bilər.
9
Pentan arvadının bu cavabından bir az darıxan kimi oldu.
Odur ki, bu darıxmağını yalnız arvadının duya biləcəyi bir
həssaslıqla sözə başladı:
– Ay arvad, qoy danışım də, dil otu yemisən, nədir? Sevin
məyim, bəs neyləyim? İndi zamana başqadır, arvad. Savad
lazımdır, bilik lazımdır. Sənə nə var ey, mən qazanıram, sən
yeyirsən. Sənin üçün savadın olubolmamağının bir xeyri
yoxdur. Amma mən savadsız olsam da artıq başa düşürəm
ki, savad hər bir insana su kimi, çörək kimi lazımdır. Yaxşı ki,
atamdan qalmış bu plantasiyaya sahiblik hüququm var. Yoxsa
məni də bir lazımsız əşya kimi, bəli, əşya kimi heç itiribaxta
ran da olmazdı. Elə danışma, arvad, Sentiyə də, bizə də çox
böyük xoşbəxtlik üz verib. Senti Paris gimnaziyasının hüquq
fakültəsinə qəbul olub. Əlbəttə ki, taleyi yar olsa, Senti XVIII
əsr Fransasının məhkəməsində ola bilər.
Təxminən altmış yaşına qədəm qoymuş bu ağsaçlı, gümrah
bədənli enlikürək kişinin danışığında o qədər inam var idi ki,
dediklərinin hökmən olacağına şübhə yeri qalmırdı.
Liza ərinin sözlərindəki inamın təsirindən oğlunu gözlərinin
qarşısında gimnaziyanın hüquq fakültəsini qurtarmış bir gənc
kimi canlandırdı və ucadan bir ana qüruru ilə:
– Ah Allah, nə böyük xoşbəxtlik olardı. Mən Sentini bir
məhkəmə kimi görsəydim. Amma yox, mənim Sentim keşiş
liyə layiq oğuldur. Kaş, o keşiş olaydı, özü də burada göz
lərimin qarşısında. Oxuyaydı da, yazaydı da, keşiş də olaydı.
Mən Sentimi belə görmək istəyirəm, Pentan.
Pentan arvadının oğluna qarşı nəvaziş və qayğısından razı
qaldığını və ona qarşı minnətdarlığını mehriban bir gülüşlə
arvadına çatdırdı. O, həm də yaxşı oğul böyüdüb ərsəyə çat
dırmış bir ata qüruru ilə dedi:
10
– Liza, mənim xanımım, Senti hansı sənətin sahibi olursa
olsun, təki savadlı olsun. Savadsız adamı tez aldadırlar, tez
yoldan çıxarırlar. Senti savadlı olsa, öz plantasiyama vərəsəlik
hüququnu ona etibar edə bilərəm. Ölsəm də, rahat ölərəm ki,
sərvətim etibarlı və doğma əllərdədir.
Lizanın öz qadın qəlbinin dərinliklərində baş qaldıran han
sısa bir hissin təsirindən doğan həyəcandan gözləri yaşardı və
o, ərinə sədaqətli, ona həmdəm, hər cür istəyini, arzusunu öz
ərində tapan bir qadın kimi dilləndi:
– Arvad ərinin sadiq məsləhətçisi olmalıdır. Mən bütün
qadınlıq qürurumla həmişə bu vəzifəni sədaqətlə gözləməyə
çalışmışam. İndi də Sentinin Parisdə oxumasına etiraz edə
bilmərəm. Bir halda ki, sən gözümün işığını savadlı görmək
istəyirsən, mən də öz Sentimə xoşbəxtlik arzulayıram, ilahi!
Pentan gözləri yaşarmış arvadının başını sığalladı, ona ta
nış təmaslarla yanaqlarından öpdü və öz ömürgün yoldaşına
açıq bir ürəklə baxıb dedi:
– Bilirəm, bu vaxta qədər sən mənim əksimə getməmisən,
Liza. Əminəm ki, Sentinin oxumasına da mənim kimi şadla
nacaq və sevinəcəksən.
Liza ərkyanalıqla: – Mənim yaxşı oğul böyüdən bir ana
kimi də sevinməyə haqqım vardır.
Pentan dərindən ah çəkərək, bir az təəssüf doğuran sözlərlə
arvadına bildirdi:
– Amma ki, bu işlə əlaqədar biz bəzi məsələləri də unutma
malıyıq.
Liza düzü bir az təəccübləndi və heç də öz təəccübünü
gizlətmədən sual dolu nəzərlərlə ərinə baxdı və soruşdu: – O
hansı məsələdir, kişi?
Pentan astaasta başını yırğaladı və qismən hiss olunacaq
kədərlə: – Sentinin Parisdə yaşaması üçün pul lazımdır axı?
Biz onun adi bir tələbə həyatını pulla təmin etməliyik.
11
Pentan gözlərini pəncərədən çölə, naməlum bir istiqamətə
zilləyərək qıydı. Liza onun bu görünüşündən belə başa düşdü
ki, o, nəyisə hesablayır. Bəli, o yanılmamışdı. Pentan Sentiyə
göndəriləcək pulların onun kapitalına dəyəcək təsirini təqribi
hesablayırdı.
Birbirinə məhrəm olan kəslər bəzən özləri də hiss etmədən
belə, biribirilərinin nə düşündüklərini duyurlar. İndi Liza da
belə bir vəziyyətdə idi. Odur ki, sükutu pozmaq və ərinin bu
işə münasibətini bilmək üçün yalnız qadınlara məxsus bir qı
lıqla dedi:
– Biz Sentiyə göndəriləcək pulu plantasiyamızın illik
gəlirindən verə bilmərik ki?
Bu sual Pentanı, qocaplantasiya sahibini öz fikirlərindən
ayırsa da onun görünüşü demək olar ki, dəyişmədi. O, yenə
də əvvəlki kimi naməlum nöqtəyə baxabaxa arvadının sualı
na cavab verdi:
– Verə bilərik, lakin biz pulları ona göndərərkən elə etmə
liyik ki, aybaay yığdığımız kapitalın üzərinə yenə əvvəlki
qədər gəlir gəlsin.
Liza bu cavabı bir qədər ləng başa düşdü. Ona görə də bü
tün hisslərini oğlu barədə gedən söhbətə doğru sahmanlayıb
ərinə müraciətlə dedi:
– Savadsız olsam da anlayıram ki, işlər dediyin kimi olsa
yaxşı olar. Amma belə bir vəziyyət üçün çıxış yolu varmı?
Pentan çal qaşlarını çatdı. Onun alnında zamanın getdikcə
iz saldığı qırışlardan yaranan şırımlar daha aydın nəzərə
çarpdı. O öz uzun illik təcrübəsindən bilirdi ki, kapitalizm
mühitində əlavə, artıq xərclərə pul sərf etmək nə deməkdir
və bu, nə ilə nəticələnə bilər. Odur ki, o, bir işbaz – plantasiya
sahibi kimi arvadına belə cavab verdi:
Dostları ilə paylaş: |