12
– Bunun iki yolu var, Liza. Birinci yol bundan ibarətdir ki,
plantasiyada işləyən muzdurların muzdunu azaltmaq, onlara
indi verdiyimiz haqdan az əmək haqqı vermək: İkincisi isə…
Liza ehtiramla ərinin sözünü kəsdi. Onun al dodaqlarında
təbəssüm göründü. Bununla da o, ərinin bu fikrindən razı qal
dığını bildirərək dedi:
– Muzdurların pulunu azaltmaq sərfəlidir, kişi. Sən muz
durların muzdunu bir az azalt.
Onsuz da onlar pis yaşamağa öyrəniblər, yenə də dözərlər.
Pentan sanki öz daxilində baş verən iki müxtəlif fikirdən
hansının üstün olduğunu nəhayət ki, özü üçün aydınlaşdı
raraq dikəldi və söhbəti Liza üçün incə bir başlanğıcla ikinci
məsələnin üzərinə yönəltməyə çalışdı:
– Mənim sadədil xanımım bu barədə mən də çox fikirləş
mişəm. Doğru deyirsən, bu yol çox mənfəətli yoldur, lakin biz
bu yolla hərəkət edə bilmərik. Bu zaman biz özümüz özümü
zü məhv etmiş olarıq.
Pentanın bu cavabından Liza bir qədər həyəcanlandı. Onun
mavi gözlərində bir təlaş hiss olundu. Bu təbii idi.
İllərlə öz mərhəmi ilə başbaşa verib dolanışıqlarını yaxın
laşdırmağa çalışan hər bir insan üçün birdənbirə həyat
şəraitlərinin pisləşə biləcəyini eşitmək belə, həmən şəxs üçün
əzabdan başqa heç bir şey bəxş edə bilməz. Liza tutqun halda
ərindən soruşdu:
– Pentan, nə üçün bu yol ilə getsək, öz yaxşı güzəranımızı
itirmiş olarıq?
Pentan öz ömürgün yoldaşının sualına birdənbirə cavab
vermədi. Lizanın həyəcanlanması, tutulması, dəqiq desək,
hələ ona bir qədər də xoş gəldi. Əgər Liza bu məsələyə hiss
olunacaq qədər laqeyd münasibət bəsləsəydi, Pentan zahirən
13
bildirməsə də ürəyində ondan inciyərdi də. Axı ürək nə üçün
də belələrindən inciməsin. Lakin Liza, göründüyü kimi,
məsələyə öz münasibəti ilə ərini razı sala bilmişdi.
İnsanların birbirlərinin sevinclərinə kədərlərinə şərik olma
sının özü yalnız insana xas olan bir müsbət keyfiyyətdir. Bəli,
Pentan bu keyfiyyəti öz həyat yoldaşının timsalında bir daha
duydu və ona görə də arvadının verdiyi suala ciddiyyətlə ya
naşaraq, özünün də ona qəlbən həmrəy olduğunu bildirməyə
çalışdı. O, həzin bir səs ilə:
– Liza, əgər biz sən deyən kimi hərəkət edib muzdurların
əmək haqqını azaltsaq, o zaman muzdurların hamısı bizdən
üz döndərib gedərlər.
Liza bir qədər duruxdu, onun üçün aydın olmayan bəzi
işləri də aydınlaşdırmağa çalışaraq:
– Pentan, mənim əzizim, axı onlar hara gedə bilərlər?
Özün yaxşı bilirsən ki, indiki zamanda işlədiyin yeri tərk edib
getmək ağılsızlıq olardı. Onlar bunu nəzərə almazlarmı?
Pentan arvadının azçox siyasətlə maraqlandığını həssaslıq
la duydu və ona kapitalizm quruluşunda daimi bütün
müəssisə sahiblərini izləyən rəqabət haqqında sadə izahat
verdi:
– Bizdən az ödənc aldığına görə üz döndərib gedən muz
durlar onlar üçün daha çox ödənc verən, daha rəhmdil sahib
karın plantasiyasında işləyərlər. O zaman biz də rəqabətə da
vam gətirməyib məhv olarıq. Liza bütün bunları ciddiyyətiylə
duydu və nəhayət ki, söhbət əsnasında bayaq ərinin ikinci
məsələ barədə kəsdiyi sözün üzərinə qayıtdı:
– Yaxşı, Pentan, bayaq söylədiyin o ikinci məsələ hansı idi?
Bəlkə o bizə Sentinin məsələsini birtəhər yoluna qoymaq üçün
kömək etdi.
Pentanın üzündə qayğıkeş bir ailə başçısı ciddiliyi yaran
dı. Onun çal saçları, enli kürəkləri, əzələli qolları belə bir
14
vəziyyətinə daha çox uyğun idi. Üzündəki ifadədən belə başa
düşmək olardı ki, keçirdiyi həyatdan heç də narazı deyildir,
əksinə, ailə qayğısı onun üçün xoşbəxtliyin beşiyidir. Bəli
belə də olmalıdır. Ömrünün hər hansı bir çağında ailə qayğı
sı çəkmək ailədə hər hansı bir işə yaramaq belə bir qayğının
sahibi üçün daxili saflıq, daxili gümrahlıqdır. Belə bir hissi
keçirən Pentan heç özü də hiss etmədən Sentiyə şərait yarada
biləcək ikinci məsələnin izahına keçdi:
– Lizacan, nəhayət onu demək istəyirəm ki, biz o yolu
seçməliyik ki, bizim kapital ehtiyatımıza cüzi təsir edən bəzi
maddi ehtiyaclarımıza və əlavə xərclərimizə sərf olunan pulu
azaltmaqla Sentini də Parisdə pulla təmin edək.
Pentanın övladına qarşı bir ata qayğıkeşliyi ilə söylədiyi bu
sözləri Liza da bir ana qayğıkeşliyi ilə qəbul etdi. Onun sa
kit ürəyi bir qədər təlatümə gəldi və sakit baxışları bir qədər
həyəcanlı göründü. Övladına qarşı xoşbəxtlikdən başqa heç
bir şey arzulamayan bütün analar kimi o da öz övladının xoş
bəxt liyi yolunda canını belə verməyə hazır idi. Odur ki, da
xildən gələn sövqütəbii bir səslə ərinə müraciət etdi:
– Əzizim Pentan, gəlsənə Sentiyə tələbə xərcliyindən bir az
çox pul göndərək?
Bu sual Pentana sanki bir qədər gec çatdı. O, ağırağır ba
şını tərpətdi, sonra başını qaldırıb arvadına sınayıcı bir nəzər
saldı və nə hiss etdisə, hansı hissi keçirdisə dodaqları qaçdı.
Üzündəki ciddilik bir anlığa yox oldu. Ananın bu qədər ürəyi
yumşaqlığına, qayğıkeşliyinə məzəmmət və ehtiram ifadə
olunan sözlə:
– Necə bəyəm, yəni deyirsən ki, mənim göndərdiyim pul
larla Senti öz gündəlik güzəranını təmin edə bilməz.
Lizanı ərinin bir qədər məzəmmətlə, bir qədər qayğıkeşliklə
verilən bu sualı bir az kövrəltdi. O, uzaqlara bir xeyli nəzər
15
salıb dərindən ah çəkdi. Baxışlarını uzaqlardan çəkməyərək
kövrəkliklə dedi:
– Deyirəm, uşaqdır də, birdən pulunu düzgün xərcləyə
bilməz, özünə korluq verər. Əziz balam birdən Paris kimi
bir şəhərdə pulsuz qarnı ac qalar ey. Xeyr, mən onun belə bir
vəziyyətinə dözə bilmərəm. Ölərəm, vallahi özümü öldürrəm,
ancaq qoymaram ki, balam korluq çəksin. O, kasıbçılığın, pul
suzluğun nə olduğunu duysun.
Bu sözləri söyləyəsöyləyə daha da kövrəlmiş Liza birdən
hönkürüb ağladı. Pentan öz həyat yoldaşının belə bir vəziyyətə
düşməsindən xeyli pərişan oldu. O, mehribanlıqla arvadı
na yanaşdı. O qədər də zərif olmayan əllərinin dalı ilə onun
gözlərinin yaşını sildi. Könül ala biləcək bir hissiyyatla onun
alnından öpdü və ona təsəlli verməyə başladı:
– Sən də ki, Liza, lap Sentini uşaq hesab edirsən. O, artıq
uşaq deyildir. Yeniyetməlik çağını da keçməyə hazırlaşır. İyir
mi yaşlı bir gənc üçün bu qədər narahatlığa dəyməz. Biz hətta
onu teztez yoxlamalıyıq ki, yolunu azmasın.
Pentanın bir qədər eyhamla dediyi bu sözlər Lizanı bir ana
kimi düşündürməyə bilməzdi. Öz övladının gələcək həyatı
barədə biganə olmayan bütün analar kimi Liza da öz övla
dı barədə bu cür narahatlıqla düşünməliydi. Odur ki, güclə
seziləcək həyəcanlı səslə:
– Deyirsən, yəni bizim Sentimiz də öz gələcək həyatını
düzgün qura bilməyən, yüngül xasiyyət, həyata əyləncə kimi
baxan bir çox bəzi gənclər tək həqiqətən doğru yoldan ya
yınar? Öz gəncliyinin qədrini bilməyib bizim ümidlərimizi
doğrultmaz, arzularımızı puça çıxarar. Öz həyatını əyyaşlığın
qurbanı etmiş bir yelbeyin xanımla gün keçirər?
Dostları ilə paylaş: |