Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə14/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

50
tuta bilər. Odur ki, o da Sentinin ona verdiyi suala həyəcanla 
cavab verdi: 
– Bu gün mən nə isə özümü qeyri­adi dərəcədə xoşbəxt və 
şən hiss edirəm. Tamamilə təbiidir ki, musiqi də xoşuma gəlir. 
Searanın son sözlərindən bir qədər sakitləşmiş Senti bir az 
ürəklənib ona müraciətlə dedi: 
– Elə isə mənimlə rəqs etmək istərdinizmi, madam? 
Seara nəzakət çərçivəsində onun xahişini qəbul etdi. O, bir 
qədər nazlanaraq onu sevəni valeh edən bir səslə dedi: 
– Sizin kimi sadədil və qəşəng bir cənabın da sözünü yerə 
salmaq olarmı? 
Hər  ikisi  son  dərəcə  xoş  bir  hisslə  rəqs  edənlərə  qoşul­
dular.  Musiqi  yenidən  təzələnəndə  artıq  onlar  ikinci  otağa 
keçmişdilər.  Əyləşib  içki  və  siqar  sifariş  etdikdən  sonra  şi­
rin­şirin  söhbətə  başladıqları  bu  otaqda  müxtəlif  xarakterli, 
müxtəlif  xasiyyətli  insanlar  cəmləşmişdilər.  Bəziləri  sanki 
öz əyyaşlıqlarını sübuta yetirmək üçün içkidən dalbadal içir, 
nəza kətsizlik edir, özləri də hiss etmədən özlərini hörmətdən 
salır. İkincisi, etdiyi hərəkətlərdən təngə gəlmiş gah bu, gah 
da  başqa  bir  xanımın  başına  pərvanə  kimi  fırlanır,  onların 
hər  birindən  öz  məqsədi  üçün  rədd  cavabı  aldıqdan  sonra 
yenilərinin  oturduğu  stula  yaxınlaşır.  Başqa  birisi,  bəlkə  də 
burada gününü keçirmək üçün əyləşib, baş verən hadisələri 
seyr edir, hansı bir sərxoşunsa ya yersiz hərəkətlərindən, ya da 
hərzə danışığından ləzzət alıb doyunca gülür. Ümumiyyətlə, 
içəridə  toplaşanlardan  hər  biri  bura  öz  məqsədləri  üçün 
cəmləşmişdilər. 
Otağın havasını tünd şərab qoxusu və siqaret tüstüsü bir 
qədər  ağırlaşdırmışdı.  Bu  otaqda  hər  kəs  öz  hərəkətləriylə, 
danışıqlarıyla nisbətən özünə yaxın idi. Çünki içkinin təsirin­
dən  az  qala  xumarlanmaq  dərəcəsinə  çatan  hər  bir  kəs  öz 


51
məqsədindən  ötrü  aparacağı  süni  rolu  daha  məharətlə  oy­
naya bilmir və öz­özünə daha çox bənzəyir. Bu isə insanları 
burada bir­birinə daha çox yaxınlaşdırır və xoşqılıq edir. Öz 
dostu, yoldaşı, həmdəmi arasında həqiqətə daha çox yaxınlıq 
olduğunu hiss edən kəslər bir­birinə daha çox mehriban olur, 
onlarda inam, əqidə getdikcə möhkəmlənir, insana münasibət 
getdikcə daha da müsbət dərəcədə dəyişir. Belə bir atmosferi 
olan otaqda Sentigil də öz söhbətlərini davam etdirirlər. 
Qıçını qıçının üstünə aşırıb stolda yanakı əyləşən Qrant öz 
siqarını tüstülədirdi. Burula­burula yuxarı qalxan tüstü layları 
bir qədər də yuxarı qalxdıqdan sonra dağılır və otağa bərabər 
səviyyədə yayılaraq demək olar ki, gözdən itirdi. Siqarını bir 
daha sinə dolusu sümürən Qrant müsahiblərinə müraciətlə: 
– Həyata daha şən və gülərüz baxmaq üçün içmək istəyirəm. 
Bəzən elə ola bilir ki, içki mənim ən yaxın həmdəmimə çevrilə 
bilir. Elə düşünməyin ki, mən içki aludəsiyəm. Xeyr. Bu, belə 
deyildir. Lakin bəzən elə bir vəziyyət yaranır ki, nə bir nəfər 
yaxın dostun, nə də bir nəfər yoldaşın səninlə görüşə bilmir, 
yəni sadəcə olaraq belə bir vəziyyət yaranmır. Bax o zaman 
mən məmnuniyyətlə içirəm və içki məni hallandırdıqca mən 
daha da içmək istəyirəm – dedi. 
Senti də öz siqaretini tüstülədirdi. O, bir qədər həyəcanlı 
və fikrən nə iləsə məşğul kimi görünürdü. Senti də öz həm­
söhbətlərinə müraciətlə: 
– Bu gün nə isə özümü məst kimi hiss edirəm. Hiss edirəm 
ki, ruhən və qəlbən məni əhatə edən hisslərimdə bir dəyişiklik 
yaranmışdır.  Sanki  məni  əhatə  edən  varlıq  mənim  üçün 
tamamilə  müsbət  mənada  dəyişilmişdir.  Mən  özümü  artıq 
əvvəlki  Senti  yox,  öz  hisslərini  cilovlaya  bilməyən,  yenicə 
qəlbində  yurd  salmağa  başlayan  hansı  bir  hissinsə  əsiri  bir 
Senti kimi hiss edirəm. Öz hisslərimi, duyğularımı bir qədər 


52
də xumarlandırmaq üçün, məstliyimi bir az da artırmaq üçün 
mən də içmək istəyirəm, Qrant. 
Onlar  hamısı  bir­birlərini  süzürlər,  sonra  baxışlarını  biri­
birinə hiss etdirmədən Searanın üzərində bir qədər saxlayıb, 
yenə də istiqamət nöqtəsini dəyişirlər. 
Seara həyatda çox insanlarla rastlaşmışdı, çox şəxslərlə gö­
rüşmüşdü, lakin hələ Senti kimisinə rast gəlməmişdi. O, Senti­
nin şəxsində bəlkə də öz qızlıq çağlarından bəri arzuladığı bir 
kişi surəti, özü üçün ideal bir kişi surəti görürdü. O, əvvəllər 
bütün kişilərlə münasibətdə yalnız bircə məqsəd güdürdü. Bi­
rincisi, ona xoş münasibət göstərən kişi boylu­buxunlu, gözəl 
olsun, varlı olsun və mümkün qədər onun buyruğu ilə hərəkət 
etsin.  Bəli,  o,  yalnız  belə  kişilər  arzulayırdı  və  belə  kişilərlə 
xoş münasibətlə əlaqəyə girib bir yastığa baş qoyardı. Lakin 
indi onun qarşısında bu şüvərək bənizli oğlan onun az qala 
ağlını əlindən almışdı. Onu yavaş­yavaş öz məhəbbət əsirinə 
çevirməyə başlamışdı. Əgər o, bu dəqiqə Sentidən üz çevirib 
getsə idi, artıq həyat onun üçün əvvəlki günlərindən belə min 
dəfələrlə  bezikdirici  şəklə  düşər  və  gec­tez  onun  məhvi  ilə 
nəticələnərdi. Bəli, Seara artıq onsuz yaşaya bilməzdi və bunu 
da heç özü də hiss etdirmədən yavaş­yavaş bəyan etdirirdi. 
Odur ki, o da bir qədər fikri dağınıq və həyəcanlı görünürdü. 
Onun pərişanlığının və həyəcanlı olmasının səbəbi isə bizə ar­
tıq məlum idi. Araya bir qədər sükut çökmüşdü. Bu, heç də 
darıxdırıcı  bir  sükut  deyildi.  Lakin  yenə  də  sükutu  Qrantın 
cingiltili və bir qədər də gur səsi pozdu: 
– Doğurdan da, deyəsən, bu, əla şərabdır,  – deyə o, badələrə 
şərab süzə­süzə dilləndi. Sonra öz badəsini qaldırıb əlavə etdi: 
–  Qaldırın  badələri,  içək  qadınların  sağlığına,  o  cümlədən 
bizim bu kiçik, lakin gözəl məclisimizin bəzəyi Klara ilə Se­
aranın  sağlığına.  O  öz  məşuqəsini  altdan­altdan  ehtirasla 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə