Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə13/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

47
nı da yoldan çıxara biləcək şirin dili. Tay buna kim vurulmaz 
deyə – öz daxili hisslərinin hansı məqsədə xidmət etdiyini heç 
özü də hiss etmədən büruzə verərək dilləndi. 
Müxtəlif  xarakterli  insanlarla  dəfələrlə  üzləşmiş  Klara 
onun fikrini o dəqiqə tutdu, lakin özü də o məqsədə xidmət 
etdiyi üçün heç bir şey hiss etdirmədən nəzakətlə gülümsədi 
və dedi: 
– Senti heç də pis oğlana oxşamır. Düzdür, onda yüksək 
dairəyə yaraşan o qədər layiqli hərəkət və əda olmasa da, za­
hiri görkəmi onu vüqarlı göstərir. Bəzən elə də ola bilir ki, in­
sanın zahiri əlamətləriylə onun daxilən necə adam olmasını 
aydınlaşdırmaq olar. Mən az da olsa, əldə etdiyim öz həyati 
təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Senti körpə uşaq kimi 
sadə və saf qəlbə malik olmaqla yanaşı, həm də çox möhkəm 
xarakterli  bir  insandır.  Searanın  ona  vurulmağına  gəlincə 
isə,  bu  bəlkə  də  təbii  bir  haldır.  Mən  az­çox  öz  bacımın  da 
xasiyyətinə  bələdəm.  İnsan  xarakterini  mürəkkəbləşdirən 
bəzi cəhətlər hələ onun qəlbində özünə yer tapmamışdır. O, 
bəlkə də sevə bilər. Özü də məhz Sentini. Bəli, Qrant bu, ola 
bilər. 
Qrant valsın oynaq sədaları altında, rəqs qaydalarına əməl 
edə­edə sadədilliklə dedi: 
– Klara, Sentinin hərəkətlərindən və danışığından asanlıqla 
hiss etmək olar ki, həyatda yalnız ölməmək üçün yaşayanlar­
dan fərqli olaraq o, o qədər də ağılsız və kütbeyin deyildir. 
Mən onunla bir neçə aylıq yaxınlıqdan əldə etdiyim təcrübəyə 
əsaslanaraq  deyə  bilərəm  ki,  Senti  lazım  gəlsə  həyatda  öz 
lazımi  yaşayış  tərzini  qura  bilər  və  o  buna  qadirdir.  Lakin 
məni  düşündürən  başqa  məsələdir.  Sentinin  Searaya  bağla­
yan  hansı  hisslərdir?  Məgər  o  görmür  ki,  Seara  ondan  yaş­
ca xeyli böyükdür və özü də artıq qız deyil, yalnız cəlbedici 


48
və cazibədar görünən bir qadındır. Mən anlaya bilmirəm, o 
öz­özlüyündə hansı onun üçün daha əlverişli şərtlərlə xeyir 
gətirə biləcək məqsədə istinad edib Searaya bu cür hisslərlə 
yanaşır? Mən onun xarakterində cəmiyyətimiz üçün tamamilə 
yad bir məxluq görürəm. Lakin unutmamalıyıq ki, bəlkə də öz 
safqəlbliliyi və səmimiliyilə çoxlarına nümunə ola bilər. An­
caq hər halda mən onun Searaya hansı məqsədlə vurulduğu­
nu izah etməkdə çətinlik çəkirəm. 
Klara bir qədər düşüncəli görünürdü. Görünür, bu fikirlər 
onu  da  maraqlandırırdı.  Görəsən,  Senti  Searaya  yaxınlaş­
maqda hansı məqsədi güdür? Ancaq onun da qarşısına məhz 
Senti  kimi  bir  kavaler  çıxsaydı,  o,  heç  də  heyfsilənməzdi. 
Əksinə, buna daha da şad olardı. 
Onu  bu  fikirlərdən  ayıran  artıq  Qrantın  onun  üçün  bir 
qədər şirinliyini itirən səsi oldu: 
– Hə, Klara, bu məsələyə sən necə baxırsan? İzah edə bilər­
sənmi, Sentinin Searaya vurulması hansı sərfəli bir məqsədə 
xidmət edir. Hə… izah edə bilərsənmi? Mən öz varlığım kimi 
inanıram ki, lap şeytanın özü də gəlsə, onun fikirlərindən baş 
çıxara bilməz. Bəlkə də o öz rolunu daha məharətlə oynadığı­
na görə bizim üçün belə sadə və safqəlbli görünür. 
Klara rəqs edə­edə fikirləşirdi. Xeyir Senti heç də mənim 
bu  kübar  aləmdə  rast  gəldiyim  tanışlardan  heç  birinə  oxşa­
mır.  Onda  nə  isə  cəmiyyətimizdən  yad  bir  havanın  nəfəsi 
duyulur,  hiss  olunur.  O  mənim  bütün  tanışlarımdan  öz 
səmimiliyiylə fərqlənir və mən onun səmimiliyinə inanıram. 
Seara xoşbəxtdir. O, Senti kimi bir şəxsiyyətə rast gəlmiş və 
onun etimadını qazana bilmişdir. Mən Searaya qibtə edirəm. 
Qrant da öz düşüncələrinə dalmışdı. Onu maraqlandıran 
isə tamamilə başqa fikirlər idi. O, aydınlaşdırmağa çalışırdı ki, 
Senti Searaya vurulmaqla onun müəyyən qədər sərvətə ma­


49
lik  olmasınamı  tamah  salır.  Yoxsa  Sentini  onun  gözəgəlimli 
bədən quruluşumu valeh edir, onu özünə cəlb edir? Yaxud da 
mənim  aydınlaşdıra  bilmədiyim  hansı  bir  məqsədsə  var  və 
Senti bir sözlə Searadan yəqin ki, öz məqsədləri üçün istifadə 
edəcəkdir.  Lakin  mən  bu  məqsədin  nədən  ibarət  olduğunu 
aydınlaşdırmaqda acizəm. 
Vals davam edirdi. Qrantla Klara isə hər ikisi ayrı­ayrılıqda 
öz  düşüncələrinə  dalmışdılar.  Onlar  yalnız  mexaniki  olaraq 
rəqs edirdilər. Elə bu zaman vals qurtarır və yeni bir fransız 
valsı səslənir. Hələ də tək qalmış Senti ilə Seara öz söhbətlərini 
davam etdirirlər. Onlar bir qədər həyəcanlı görünürlər. Öz za­
hiri  əlamətləri  və  danışıq  tərzi  ilə  heç  özü  də  hiss  etmədən 
Searanın qəlbinə hakim kəsilməyə başlayan Senti mülayim və 
xoşqılıq səslə sözə başladı: 
– Madam, musiqi sizin xoşunuza gəlirmi? Bu fransızların 
qədim valslarından biri olsa da insana mübarizlik, şən əhvali­
ruhiyyə və saflıq bəxş edə bilir. 
Onların  baxışları  toqquşdu.  Searanın  mavi  gözlərindən 
doğan  eşq  və  ehtiras  Sentinin  əlavə  düşüncələrini  məğlub 
etməyə bilməzdi. Onun daxili həyəcandan titrəyirdi. 
Seara da bir qədər pörtmüşdü. O, yalnız qarşısında əylə­
şənin  indi,  hələ  haqqında  məlumatı  olmadığı  bir  kişi  oldu­
ğunu duydu və birinci dəfə olaraq öz­özlüyündə yəqin etdi 
ki, indi Sentinin varlı və yoxsul olmasını bilmədən onu sevir. 
Demək yoxsulu da sevmək mümkün imiş, indiyə qədər onun 
çoxlarına  ehtirasdan  yana­yana  sevirəm  deməsi,  tamamilə 
onun indiki hisslərinə yad bir hiss imiş. Artıq Seara üçün ay­
dınlaşdı ki, insan heç bir təmənnası və məqsədi olmadan bir 
adamı sevə bilərmiş və onunla bir neçə saatlıq keçirdiyi bir 
vaxtı  sevmədiyi  bir  varlı  kəslə  keçirdiyi  bir  ömürdən  üstün 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə