Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə21/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

73
lib yaşamaq üçün. Hər kəs həyatda öz ömür payını bir cürə 
yaşayır. Kimi öz həyatından razı qalır, kimi də narazı. Axır 
ki, bu dünyada yaşayan hər bir canlı bir gün də bu dünyadan 
köçəcəkdir.  Onun  üçün  də  həyatda  necə  yaşamaq  lazımdır, 
Klaracan? 
Özünü  məşuqəsinə  hazırcavab  kimi  göstərməyə  çalışan 
Klara tez dilləndi: 
– Ürəyin istəyən kimi, mənim əzizim. Bu gün xoşuna gələn 
sabah xoşuna gəlmirsə, üz çevir. Bir kəsin əksinə getmək istə­
yirsənsə pul xərcləməyi bacar. Ümumiyyətlə, hər bir ürəyinə 
yatan əyləncəni özün üçün bir zövq mənbəyi hesab et. Belə 
olan təqdirdə həyatını özün ürəyin istəyən kimi sona yetirə 
bilərsən. 
Hər  bir  insan  həyata  öz  düşüncə  tərzi  daxilində  nəzər 
saldığı  kimi,  Klara  ilə  Qrant  da  həyata  öz  düşüncə  tərzləri 
daxilində, düşüncə dairələri əhatəsində nəzər salırdılar. 
Ümumiyyətlə, Senti ilə Searanın aralarındakı münasibətlə 
yaxından tanış olan hər bir kəs bu münasibətlərin saf, təmiz 
hisslərə istinad etdiyini inkar etməyə bilməzdilər. Həqiqətən 
də onların arasında olan münasibət insan daxilində baş qaldı­
ran təmiz hisslərin zahiri təcəssümü idi. Pulun istənilən kimi 
rol oynadığı bir cəmiyyətdə isə belə təmiz hisslər az­az rast­
laşılır. Lakin bir təsadüf də olsa bu belə idi. Senti ilə Searanı 
birləşdirə biləcək bir qüvvə vardısa, o da onların biri­birinə 
qarşı heç bir məqsədsiz, təmənnasız bəslədikləri saf münasibət 
idi, məhəbbət idi. Yalnız onlar məhəbbətin ecazkar qüvvəsinin 
təsiri altında birləşə bilərdilər. Ayrı­ayrılıqda onların hər biri­
nin hisslərinin göstəricisi də bu nəticəyə gəlməyə sövq edir­
di. Senti bu məhəbbətə biganə deyildir demək düz olmazdı. 
Çünki Searanın qəlbi Senti tərəfindən fəth edildiyi kimi, Sen­
tinin də qəlbi Seara tərəfindən fəth edilmişdir. Belə bir qarşı­


74
lıqlı münasibətdə olan sevgi isə əsl sevgidir. Yalnız ölüm belə 
sevgililəri biri­birindən ayıra bilər. Senti də, Seara da xoşbəxt 
idilər. Çünki öz qarşılıqlı münasibətlərini məhəbbət əsasında 
qurmuşdular. 
Pul, mal­dövlət, kef, əyləncə hərisləri olan Qrantla Klara­
ya  isə  bütün  bu  təmiz  hisslər  demək  olar  ki,  yad  idi.  Onlar 
məhəbbətin yüksək qiymətə malik olduğu həyatda bu qədər 
rol  oynaya  bildiyini  anlaya  bilməzdilər.  Hər  hansı  bir  hissi 
keçirdikdən sonra onun mahiyyəti sənə aydın olduğu kimi, 
məhəbbətin  də  saflıq,  təmizlik  təcəssümü  kimi  həyatda  oy­
nadığı  rola,  onun  gücünə  belə  bir  hissi  yaşamadan  inana 
bilməzsən.  Odur  ki,  Qrantın  Klaraya  müraciətlə  dediyi:  – 
Məhəbbət Senti ilə Searanı birləşdirə bilərmi? Sən məhəbbətin 
gücünə, onun həyatda oynadığı rola inanırsanmı? – sualına 
Klara cavab verməkdə çətinlik çəkdi. Odur ki, bir qədər yor­
ğun səslə dilləndi: 
– Əzizim Qrant, mən həyatda məhəbbətin oynadığı rolu eti­
raf etdiyim kimi, inkar da edə bilərəm. Ona görə inkar etmirəm 
ki, mənimlə lap gənclik çağlarımda rastlaşan və bir neçə ay­
lıq xoş əyləncəmiz olan bir kişinin surəti, hərəkəti, davranışı 
xəyalımda silinməz izlər buraxıb. İstədiyim vaxt mən bu surəti 
xatırlaya  bilirəm  və  bu  mənim  üçün  bir  növ  zövq  mənbəyi 
olur. Mən bu hadisəni özüm üçün xoş bir hadisə hesab edirəm 
və bəlkə də həmən o kişini vaxtiylə sevdiyimi deyə bilərəm. 
Lakin bunu tam dürüstlüyü ilə müəyyənləşdirmək çətindir. 
Məgər mən onunla indiyə qədər yaşasaydım və hal­hazırda da 
sevsəydim, bu məhəbbət deyildimi? Məsələnin ikinci tərəfinə 
gəlincə isə kəmsəni ürəkdən sevməmək üstündə özünü qına­
maqda heç kəs haqlı deyildir. Mən bəlkə də sevə biləcəyim bir 
insanla  qarşılaşmadığım  halda  necə  sevə  bilərəm?  Həyatda 
heç  kəsi  sevmədiyim  halda  isə  məhəbbətin  olduğunu  bəlkə 


75
də  inkar  edərsən.  Lakin  bu  illüziya  olar.  Mənim  həyatda 
məhəbbətin oynadığı rolu inkar etməyimsə, bu illüziyadan – 
aldadıcılıqdan ibarətdir. Bunu özüm də başa düşürəm. Lakin 
hansı hissin nəticəsindəsə əyləncə mənə sevgidən daha yaxın­
dır. Senti ilə Seara arasında məhəbbətin oynadığı rola gəlincə 
isə bu tamamilə müsbət nəticəylə qurtara bilər. O zaman isə 
mən və mənim kimilərin qəlbən yaşamadığı məhəbbət hissi 
öz işini görmüş olar. Qrant xəyala dalmışdı. 
Onun gözləri qarşısında keçirdiyi dörddə bir əsrin ona la­
zım  olan  hissəsinin  xəyalında  canlandıra  biləcəyi  hadisələri 
canlanırdı. Bu müddət ərzində Qrant da çox qızlarla, qadın­
larla  tanış  olmuşdu.  Lakin  onun  xatirində  yaddaqalımlılığı 
ilə biri­biri ilə rəqabət aparan düşkün xatirələrdən başqa bir 
şey yox idi. Bütün bu düşüncələrdən sonra: – Görəsən, mənə 
belə  bir  hissi  keçirməyə  mane  olan  nədir?  Kaş  mən  də  əsl 
məhəbbətlə sevməyi bacaraydım – deyə o, ürəyindən keçirdi. 
Onlar bir az əyləşdikdən sonra kafeni tərk etdilər. Sərin pa­
yız havası insana xüsusi bir zövq verirdi. Qüruba enmiş günəş 
yanakı şölə saçaraq şəhəri daha da gözəl göstərirdi. Hər bir 
parisli  öz  şəhərlərinin  bu  cürə  gözəlliyi  ilə  fəxr  edə  bilərdi. 
Bu axşamçağının qəribə gözəlliyində şəhəri piyada gəzə­gəzə 
seyr edən Qrantla Klara nəhayət ki, öz yorğunluqlarını axşam 
düşəndə hiss etdilər. Artıq evə dönmək vaxtı idi. 
Bunu  nəzərə  alan  Qrant  bir  kareta  saxlatdırdı.  Onlar 
ayrılarkən, yeni görüşə qədər – deyib xudahafizləşdilər. Hər 
birisi müxtəlif istiqamətdə irəliləyən bu iki şəxs demək olar ki, 
bir məzmunda fikirləşirdilər: – Doğurdan da, Senti də, Seara 
da xoşbəxtdilər. Xoşbəxtliyi isə deyəsən pula almaq mümkün 
deyildir. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə