Təsisçi: Akademik Ziyad SƏMƏdzadə Baş redaktor: Aytən SƏMƏdzadə elmi-redaksiya şurasi: Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Elşad Səmədzadə, Məhiş Əhmədov, Müşfiq Atakişiyev, Amil Məhərrəmov



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü0,54 Mb.
#76856


8

18-24 may 2017-ci il



Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ 

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, 

Elşad Səmədzadə, Məhiş Əhmədov, Müşfiq Atakişiyev, Amil Məhərrəmov

Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov, 

Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev

Redaksiyanın ünvanı:

Əliyar Əliyev küçəsi, 7 

Redaksiya: 566 09 60

Faks: 514 14 27

Mühasibatlıq: 566 63 08

Dərc olunan materiallardakı fikirlər 

Azərbaycan dövlətinin mənafeyinə 

uyğun gəlməlidir. “İQTİSADİYYAT” 

qəzetinin kompüter mərkəzində yığılmış 

və səhifələnmiş, “Azərmedia” MMC 

mətbəəsində çap edilmişdir. Lisenziya: 

022201; İndeks: 0355; Tiraj: 3150

(əvvəli ötən sayımızda)

Çox zaman əks-səda ifadə-

sinin  aşağıdakı  variantla-

rından istifadə olunur:

a) brendin adı;

b) brendin və sloqanın adı;

c)  brendin  adı  və  bu  rek-

lam üçün xüsusi olaraq ya-

radılmış ifadə.

Reklamın  istiqamətindən 

asılı  olaraq  bu  hərəkətlər 

həm  aktiv,  həm  də  passiv 

xarakter daşıya bilər. 

Bu bölgü kifayət qədər şər-

tidir. Ayrı-ayrı  reklam  mü-

raciətlərində  bu  və  ya  di-

gər  element  olmaya  bilər, 

adətən,  qabaqcadan  bil di ri-

lən  reklam  müraciəti  məq-

sədli  auditoriyanın  diq qət 

və  marağının  cəlb  edil mə-

sinin əsas vasitələrindən bi-

ridir. Onun rolu qeyri-iradi 

diqqəti, rəngi və s. cəlb edən 

digər  vasitə lərin  olmaması 

zamanı xüsusilə artır. 

Bir  tərəfdən  reklamın,  di-

gər tərəfdən reklam mətni-

nin məqsəd və vəzifələrini 

bir-birindən fərqləndirmək 

lazımdır. Bunların qarışdı-

rılması yolverilməzdir. 

Reklam  mətni  marketinq 

kanallarının yükü rolunda 

çıxış  edərək,  məhsul  gön-

dərənlə  müştəri  arasında 

ünsiyyətin 

informasiya 

funksiyasını yerinə yetirir. 

Mətn informasiyası şəklin-

də yaradı lan reklam müra-

ciə tinin  dörd  məqsədi 

mövcuddur:

1.Attraksiya, yəni diqqətin 

cəlb  edilməsi.  Mətn  özün-

də nəyisə ehtiva etməli və 

xüsusi  tərtibata  malik  ol-

malıdır  ki,  bu  da  “alıcını” 

gözləri ilə ona ötəri baxma-

ğa məcbur etməlidir. 

2. Marağın oyanması. Mət-

nin leksik və semantik  məz-

munu “alıcının” sor ğusuna 

cavab  verməli,  onun  ma-

rağını  stimullaşdırmalıdır, 

çünki  yalnız  bu  zaman  o, 

oxumaqda,  xəbərin  dərin-

liyinə  varmaqda  davam 

edəcək və alınmış informa-

siya ilə fikrən işləyəcəkdir.

3.  Emosional  təsir.  Mətn 

“alıcıya” məmnunluq bəxş 

etməli  və  bir  qədər  xeyir, 

fayda gətirməlidir.

4.  Xatırlama.  Mətn  “alıcı-

nın”  yaddaşında  müəy-

yən iz qoymalı və bununla 

əmtəələr  aləmində  onun 

yolgöstərəni  olan  kifayət 

qədər stabil nəticələrə ma-

lik olmalıdır. 

Reklam mətninin tanınmış 

məqsədləri  əsasında  onun 

vəzifələrini  müəyyən  et-

mək lazımdır. 

Beləliklə,  reklam  müraciə-

tinin  yuxarıda  ifadə  edil-

miş vəzifələrinin həll edil-

diyi  üç  əsas  istiqaməti 

ayır maq olar:

a) məlumatlandırma - əm-

təəyə  olan  ilkin  tələb  for-

malaşan  zaman  bu  əmtəə 

haqqında istehlakçılara xə-

bər verilməsi;

b) əsaslandırma - əmtəənin 

yetkinlik  dövründə  irəli 

sürülən  markanın  üstün-

lüklərinin təsdiq olunması;

c) xatırlatma – edilən seçi min 

düzgünlüyünə  isteh lakçıları 

inandırmaq məq sədilə onla-

rın əlavə sti muliyasiyası. 

Reklam  mətnlərinin  yara-

dılması  zamanı  çoxsaylı 

müx təlif üslublara müraci-

ət etmək lazımdır. Mətnlə-

rin  yazılmasına  yanaşma 

orijinal,  reklamın  özü  isə 

həqiqi olmalıdır. Qeyri-sə-

mimi  və  şişirdilmiş,  eləcə 

də  stereotiplərə  əsaslanan 

reklam heç vaxt satışa kö-

mək etməyəcək və heç ki-

mi cəlb etməyəcəkdir. 

Reklamı  cəlbedici  və  eyni 

zamanda, zövqlü etməkdən 

ötrü  reklam  mətnləri  canlı 

və maraqlı yazılmalıdır. 

Hər  bir  reklam  materialı-

nın  başlıca  təyinatı  insan-

larda satılan əşyanı almaq 

arzusunu 

yaratmaqdan 

və  onu  satmaqdan  ibarət-

dir.  Reklam  son  nəticədə 

öz  məqsədinə  çatmalıdır. 

Reklam  mənbələrinin  ya-

zılması ilə məşğul olan in-

san məhsul və xidmətlərin 

doğru irəliləməsindən ötrü 

onlardan  istifadə  edilməsi 

sahəsində  şəxsi  təcrübəyə 

malik olmalıdır. O, məhsul 

və  ya  xidməti  öyrənməli 

və  elə  reklam  mətni  tərtib 

etməyə qadir olmalıdır ki, 

onun  fərqləndirici  xüsu-

siyyətlərini  inandırıcı  şə-

kildə çatdırsın. 

Reklam informasiya mətni 

deyil.  O,  ünsiyyətdir.  La-

kin bu ünsiyyət çox sürət-

lə  baş  verməlidir,  çünki 

insanlar  bu  elana  uzun 

müddət  baxmayacaqdır. 

Reklamda  qoyulan  xəbə-

rin çatdırılması üçün lazım 

olan  vaxt  saniyənin  dörd-

də  birinə  yaxın  olmalıdır. 

Əgər  ünsiyyət  saniyənin 

bu  sayılan  hissəsi  ərzində 

baş  verərsə,  insan  reklam 

vərəqini  və  ya  bukletini 

tullamayacaqdır. Bu həmin 

reklam  materialları  üçün 

yoxlama  olacaqdır.  Anla-

maq  lazımdır  ki,  insanda 

reklam  olunan  əmtəəyə 

sifarişçi  göndərmək  və  bu 

səbəbə görə ünsiyyətə gir-

mək imkanı olmalıdır, əks 

halda bu əmtəəni heç kim 

almayacaqdır. Reklam ma-

teriallarında  göstərilməli-

dir  ki,  hara  getməli  və  ya 

hara  yazmaq  və  zəng  et-

mək  olar,  yaxud  bu  və  ya 

digər  halda  kimlə  əlaqə 

saxlamaq olar. Əvvəlcə siz 

potensial  alıcıları  maraq-

landırırsınız.  Sonra  isə  elə 

edirsiniz ki, onlar asanlıqla 

reaksiya versinlər. 

Keyfiyyəti  ilə  fərqlənən 

jurnallarda  yerləşdirilən 

reklamın bir hissəsi, ümu-

miyyətlə, reklam deyil. Bu, 

sadəcə hər hansı bir əmtəə 

haqqında  bildirişdir.  Ora-

da  satışın  baş  verməsi 

üçün məlumat yoxdur. 

Reklam  mətninin  hər  bir 

hissəsinin  tərtib  edilməsi-

nə görə qayda və tövsi yə lər 

mövcuddur ki, bunla rın bir 

çoxu təcrübədə tət biq edil-

mir. 


1.  Beləliklə,  sloqan  aşağı-

dakıları etməlidir:

–  reklam  xəbərinin  əsas 

ideyasını əks etdirməli;

- yüksək oxunaqlığa və xa-

tırlatma  funksiyasına  ma-

lik olmalı;

- yığcam və qısa olmalı;

- dəqiq və ifadəli olmalı;

- nadir ticarət cümləsini eh-

tiva etməli; 

- brendin adını daxil etməli 

(yaxşı olardı).

2.  Sərlövhə:  şübhəsiz,  diq-

q əti  cəlb  etməkdən  ötrü 

ori jinal  olmalı  və  istehlakçı 

üçün aktual olan informasi-

yanı  əks  etdirməlidir.  Əgər 

reklam nadir ticarət cümlə-

sinə əsaslanarsa, onu sərlöv-

həyə  daxil  etmək  lazımdır 

və ya bu əsas reklam dəlili 

ola  bilər.  Baş lıcası  odur  ki, 

sərlövhə  məqsədli  audito-

riyanın  nü mayəndələrinin 

diqqəti ni  cəlb  edə  və  avto-

matik olaraq onu tamaşaçı-

dan oxu cuya çevirə bilsin. 



(davamı gələn sayımızda)

F.M.Qarayev,

BDU-nun dosenti 

Mayın  11-də  Azərbaycan  Res-

publikasının  Prezidenti  yanın-

da Kütləvi İnformasiya Vasitələ-

rinin  İnkişafına  Dövlət  Dəstəyi 

Fondu və Azərbaycan Respubli-

kasının  Standartlaşdırma,  Met-

rologiya  və  Patent  üzrə  Dövlət 

Komitəsinin  birgə  təşkil  etdik-

ləri  "Keyfiyyət  infrastrukturu-

nun  inkişafı  rəqabətədavamlı 

ixrac məhsulları istehsalının va-

cib amilidir" mövzusunda fərdi 

jurnalist yazıları müsabiqəsinin 

nəticələri  açıqlanıb,  qaliblər 

mükafatlandırılıblar.

Tədbirdə Standartlaşdırma, Met-

rologiya  və  Patent  üzrə  Dövlət 

Komitəsinin  sədri  Ramiz  Həsə-

nov,  Fondun  icraçı  direktoru 

Vüqar Səfərli, habelə ölkənin 20-

dək  aparıcı  kütləvi  informasiya 

vasitələrinin  rəhbərləri  və  qalib 

jurnalistlər iştirak ediblər.

Tədbiri  giriş  sözü  ilə  açan  Fon-

dun icraçı direktoru Vüqar Səfərli 

Azərbaycanın  bu  günlərdə  bö-

yük  bayram  sevinci  yaşadığını, 

ölkəmizin  IV  İslam  Həmrəyliyi 

Oyunlarının rəsmi açılış mərasimi 

ərəfəsində  olduğunu  xatırladıb. 

Bu əlamətdar hadisə münasibətilə 

qonaqları və media təmsilçilərini 

təbrik  edən  icraçı  direktor  mö-

təbər  idman  tədbirinin  yerli  və 

beynəlxalq  ictimaiyyətə  dolğun 

şəkildə  çatdırılması  baxımından 

medianın da üzərinə mühüm və-

zifələrin düşdüyünü vurğulayıb.

V.Səfərli bildirib ki, Fond fəaliy-

yət  göstərdiyi  8  il  müddətində 

fikir,  söz  və  məlumat  azadlıq-

larının  genişləndirilməsi,  küt-

ləvi  informasiya  vasitələrinin 

maddi-texniki  bazasının  möh-

kəmləndirilməsi,  jurnalistlərin 

peşəkarlığının artırılması, yara-

dıcı əməyinin stimullaşdırılma-

sı  və  sosial  müdafiəsinin  güc-

ləndirilməsi  məqsədinə  xidmət 

edən  çoxsaylı  layihələr  həyata 

keçirib.  İcraçı  direktor,  həmçi-

nin  mərkəzi  və  yerli  icra  haki-

miyyəti  orqanları  ilə  qarşılıqlı 

faydalı  əməkdaşlığın  genişlən-

dirilməsinin  Fondun  fəaliyyə-

tində  başlıca  istiqamətlərdən 

biri olduğunu qeyd edib. Vüqar 

Səfərli  bu  məqsədlə  mütəmadi 

olaraq dövlət qurumları ilə bir-

gə  konfrans  və  müsabiqələrin 

təşkil olunduğunu vurğulayıb.

Son illər ölkədə qeyri-neft sek-

torunun  və  sahibkarlığın  inki-

şafı  məqsədilə  ardıcıl  islahat-

lar  həyata  keçirildiyini  diqqətə 

çatdıran  Vüqar  Səfərli  biznes 

mühitinin  daha  da  yaxşılaşdı-

rılması,  rəqabətədavamlı  məh-

sulların istehsalının və ixracının 

genişləndirilməsində  Standart-

laşdırma, Metrologiya və Patent 

üzrə  Dövlət  Komitəsinin  də 

mühüm  xidmətlərinin  olduğu-

nu vurğulayıb. 

Vüqar Səfərli 2017-ci il yanvarın 

26-dan  aprelin  14-dək  davam 

edən müsabiqəyə 31 kütləvi in-

formasiya vasitəsindən 48 yazı-

nın təqdim edildiyini, yazıların 

4 ekspert tərəfindən qiymətlən-

dirildiyini diqqətə çatdırıb.

Standartlaşdırma,  Metrologi-

ya  və  Patent  üzrə  Dövlət  Ko-

mitəsinin sədri Ramiz Həsənov 

komitənin  fəaliyyəti  haqqında 

geniş  məlumat  verərək  Azər-

baycanda  keyfiyyət  infrastruk-

turunun formalaşması və in ki şafı 

istiqamətində  ardıcıl  isla hatların 

aparıldığını  bildirib.  Azərbay-

can  Respublikası  Pre zidentinin 

10  fevral  2017-ci  il  tarix li  Fər-

manını  xatırladan  komitə  sədri 

qeyd  edib  ki,  həmin  Fərmana 

əsasən  keyfiyyət  infrastruktu-

runun  əsas  istiqamətləri  olan 

standartlaşdırma,  metrologiya 

və  akkreditasiya,  o  cümlədən 

patent  hüququ  obyektlərinin 

mühafizəsi  sahələrində  idarəet-

mə  təkmilləşdirilib,  beynəlxalq 

tələblərə  uyğun  olaraq  yeni 

publik hüquqi şəxslər təsis edi-

lib.  Avropalı  ekspertlərlə  birgə 

hazırlanmış  "Texniki  tənzim-

ləmə haqqında" Qanun layihəsi 

üzərində işin yekunlaşdığını və 

aidiyyəti  üzrə  təqdim  olundu-

ğunu deyən Ramiz Həsənov qa-

nunun  qəbulundan  sonra  ölkə-

də  istehsal  olunan  məhsulların 

təhlükəsizlik tələblərinin texniki 

reqlamentlərlə,  keyfiyyət  para-

metrlərinin isə standartlarla tən-

zimlənəcəyini deyib. 

Müzakirələr  zamanı  çıxış  edən 

Milli  Məclisin  deputatı,  "Yeni 

Azərbaycan"  qəzetinin  baş  re-

daktoru  Hikmət  Məmmədov, 

"Bakı-Xəbər"  qəzetinin  baş  re-

daktoru  Aydın  Quliyev,  "Xalq 

Cəbhəsi" qəzetinin baş redaktoru 

Elçin  Mirzəbəyli  qlobal  maliyyə 

böhranı  şəraitində  Azərbaycan-

da qeyri-neft sektorunun inkişaf 

etdirilməsi  və  rəqabətədavamlı 

ixrac  məhsulları  istehsalı  baxı-

mından  keyfiyyət  infrastruktu-

ru  sahələrinin  müstəsna  rolunu 

qeyd ediblər. Sonra müsabiqənin 

qaliblərinə diplom və mükafatlar 

təqdim edilib.

Fərdi jurnalist yazıları 

müsabiqəsinin nəticələri açıqlanıb 

Azərbaycan  Respublikası  Preziden-

ti  Administrasiyasının  tövsiyəsinə 

uyğun  olaraq,  "Kütləvi  informasiya 

vasitələrinin  əməkdaşlarına  mənzil-

lərin  verilməsi  qaydaları  və  şərtlə-

ri"nin müəyyənləşdirilməsi, eləcə də 

həmin  qaydalar  və  şərtlər  əsasında 

sənədlərin qəbulu prosesinin ədalətli 

və  şəffaf  şəkildə  həyata  keçirilməsi 

məqsədilə 9 nəfərdən ibarət komissi-

ya yaradılıb.

Komissiyanın  tərkibinə  Azərbaycan 

Respublikasının  Prezidenti  yanında 

Kütləvi İnformasiya Vasitələrinin İn-

kişafına  Dövlət  Dəstəyi  Fondundan 

3  nəfər  –  Fondun  icraçı  direktoru 

Səfərli Vüqar Müzəffər oğlu (komis-

siyanın sədri), Fondun Müşahidə Şu-

rasının  üzvü  Ələsgərli  Müşfiq  Məşi 

oğlu,  Fondun  aparıcı  məsləhətçisi 

Mustafayev Samir Elman oğlu; Azər-

baycan  Respublikasının  Milli  Tele-

viziya  və  Radio  Şurasından  3  nəfər 

–  şuranın  sədri  Məhərrəmli  Nuşirə-

van Umud oğlu, Şuranın Hüquq və 

beynəlxalq əlaqələr şöbəsinin müdiri 

Cavadov Nemət Rövşən oğlu, Şura-

nın  Hüquq  və  beynəlxalq  əlaqələr 

şöbəsinin  məsləhətçisi  Mehdiyeva 

Aygün  Ərəstun  qızı;  Azərbaycan 

Mətbuat  Şurasından  3  nəfər  –  şura-

nın  sədri  Amaşov  Əflatun  Əhməd 

oğlu, Şuranın İdarə Heyətinin üzvü 

və Fondun Müşahidə Şurasının sədr 

müavini  Rəhimzadə  Vüqar  Gəncəli 

oğlu, Azərbaycan Mətbuat Şurasının 

İdarə Heyətinin üzvü Quliyev Aydın 

Alqulu oğlu daxildirlər.

Komissiyanın 2017-ci il mayın 16-da 

keçirilmiş  ilk  iclasında  "Kütləvi  in-

formasiya  vasitələrinin  əməkdaşla-

rına mənzillərin verilməsi qaydaları 

və şərtləri", eləcə də həmin qaydalar 

və  şərtlər  əsasında  sənədlərin  şəffaf 

şəkildə  qəbulu  qaydaları  müəyyən-

ləşdirilib.  İclasdan  sonra  komissi-

ya  üzvlərinin  iştirakı  ilə  Beynəlxalq 

Mətbuat  Mərkəzində  mətbuat  konf-

ransı keçirilib. 

Tədbir  iştirakçılarını  salamlayan 

Fondun  icraçı  direktoru,  komissiya-

nın  sədri  Vüqar  Səfərli  jurnalistlərin 

mənzil-məişət şəraitinin yaxşılaşdırıl-

ması məqsədilə son illərdə 2 yaşayış 

binasının tikilib istifadəyə verilməsini 

dünyada analoqu olmayan mütərəqqi 

təcrübə kimi dəyərləndirib. V.Səfərli 

qeyd edib ki, dövlətimizin başçısının 

2013-cü il 22 iyul tarixli "Azərbaycan 

mətbuat işçilərinin sosial müdafiəsi-

nin gücləndirilməsinə dair əlavə təd-

birlər haqqında" Sərəncamına əsasən, 

Səbail rayonu ərazisində 17 mərtəbə-

li,  3  girişli,  255  mənzilli  sayca  ikinci 

yaşayış binasının tikintisi başa çatdı-

rılıb. V.Səfərli daha sonra "Kütləvi in-

formasiya  vasitələrinin  əməkdaşları-

na mənzillərin verilməsi qaydaları və 

şərtləri" barədə  ətraflı məlumat verib. 

Komissiyanın üzvü, Milli Televiziya 

və Radio Şurasının sədri Nuşirəvan 

Məhərrəmli jurnalistlərə mənzillərin 

verilməsi  şərtlərinin  müəyyənləşdi-

rilməsi  və  sənəd  qəbulu  prosesinə 

başlanılması münasibətilə media nü-

mayəndələrini təbrik edib. 

Komissiyanın  üzvü,  Azərbaycan 

Mətbuat Şurasının sədri, Milli Məc-

lisin  deputatı  Əflatun  Amaşov  jur-

nalistlər  üçün  mənzillərin  tikilib  is-

tifadəyə  verilməsini  Azərbaycanda 

mediaya  göstərilən  yüksək  diqqət 

və  qayğının  bariz  göstəricisi  kimi 

dəyərləndirib. 

Ümumi  sahəsi  604  hektar  olan 

“Şəmkir  Aqropark”ın  qısa  za-

manda istifadəyə veriləcəyi göz-

lənilir.

Açılışına  qısa  müddət  qalmış 

“Şəmkir  Aqropark”da  yaradıl-

mış  imkanlardan  istifadə  edil-

məsi  ilə  əlaqədar  olaraq  tədbir 

keçirilib.  Tədbirdə  Şəmkir  Ra-

yon  İcra  Hakimiyyəti  başçısı 

aparatının əməkdaşları, “Şəmkir 

Aqropark”ın rəhbərliyi, aidiyyə-

ti idarə, müəssisə və təşkilat rəh-

bərləri,  icra  nümayəndələri  və 

bələdiyyə sədrləri iştirak edib.

Çıxış  edənlər  “Şəmkir  Aqro-

park”ın  yaradılmasının  ixrac 

coğ ra  fiyasının daha da genişlən-

di rilməsinə  və  həcminin  ar  -

tırılmasına,  milli  brendlərin 

for   malaşdırılmasına, intensiv me  -

todların tətbiqinə, isteh salçı, emal-

çı  və  istehlakçı  arasında  müna-

sibətlərinin  geniş ləndirilmə si nə, 

yüksək məh suldarlığa nail olun-

masına və ye ni iş yerlərinin açıla-

cağına sə bəb olacağını bildiriblər.

Bu  yeni  xidmət  müəssisəsi  re-

gionda  fermerlərin  sahibkarlıq 

fəaliyyətini  gücləndirməklə  on-

lara  məsləhət,  texniki,  aqroservis 

və  logistika  xidmətlərinin  göstə-

rilməsinə, dərman və gübrə ilə tə-



min olunmasına şərait yaradacaq. 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə