ƏLƏVİYYƏ babayeva süSƏN, SÜNBÜL



Yüklə 445,63 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix11.01.2018
ölçüsü445,63 Kb.
#20313
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 



 

Bu  pillәkәnlәrә  eskalator  deyirlәr.  Sәrnişinlәri  һәm  aşağıya  düşürür, 



һәm  dә  yuxarı  qaldırır.  Birdәn  kimsә:—«Mәrcan!  Ora  bax,  Mәrcan  da 

buradadır»,—deyә çığırdı. 

Mәrcan başını döndәrdi. Dostu Leylanı tanıdı. Әlini uzatdı. Ancaq Leyla 

böyründәn çox tez ötüb keçdi. 

Eskalatordan  düşәndә  Mәrcan  daһa  özünü  itirmәdi.  Cәld  һoppandı. 

Babadan qabaq stansi yaya çıxdı. Aslan baba isә Mәrcana sarı әyilib dedi: 

 

Qızım, bura tünlükdür, Gülәri ver mәn aparım, düşüb sınar, güllәri isә 



sәn. 

Mәrcan Humay nәnәnin güllәrini sinәsinә sıxaraq babasının yanınca getdi. 

 

              SƏN  LALƏYƏ  OXŞAMA 

Gülzar uzaqda, dәnizkәnarı parkda sayrışan işıqları göstәrib dedi: 

—Nәdәn  qorxursan,  ay  qız?  Gecәdәn  qorxursan  Pәncәrәyә  baxma. 

Görürsәn  ki,  Qaranlıq  bizdәn  qorxub  eşiyә  qaçıb.  Bir  bax,  evi miz  işıq, 

eyvanımız  işıq...  Hamamxanada  da  işığı  yandırmışam.  Kiri,  indicә  Ceyran 

nәnәm  gәlib  çıxar.  Eşitmәdin  anam  gedәndә  nә  tapşırdı?  Dedi  ki,  «Gülzar, 

Lalәdәn  muğayat  ol,  qoyma  darıxsın.  Cırtdan  nağılını  danış,  başı  qarışsın. 

Qapının  zәngi  çalınanda  da  xәbәr  almamış  cәftәni  qaldırma!».  Elә  bil 

uşağam, nәnәmin zәngini tanımıram. Di yaxşı, indi qulaq as Lalә, danışım. 

Lalә  muncuq  gözlәrini  Gülzara  zillәdi.  Belindәki  düymәni  basanda 

«ana-ana» çağıran gәlincik dinmәz-söylәmәz baxırdı. 

— Biri varmış, biri yoxmuş, bir balaca Cırtdan varmış. Elә bilirsәn yalançı 

Cırtdanı  deyir әm?  Yox...  Lap  doğruçu  Cırtdandan  danışıram.  Sәn  onu 

tanıyırsan.  Kitabımın  cildindәki  çatmaqaş  oğlanı  görmәmişsәn?  Bir  gün 

Cırtdan... 



 

 



Nağıl һey uzanırdı. Gülzar bildiyi, eşitdiyi bütün әһvalatlara Cırtdanı da 

qoşur,  macaranı -macaraya  calaşdırırdı.  Ceyran  nәnә  isә  gәlib  çıxmırdı  ki, 

çıxmırdı. 

Gülzar bir gözü pәncәrә arxasından içәri boylanan qaranlıqda, bir gözü dә 

qapıda  nağılı davam etdirirdi. 

—...Gecәdәn  xeyli  keçmiş  uşaqlar  uzaqda  işıq  gördülәr.—  Gülzar  gözuçu 

pәncәrәdәn  görünәn  işıqlara  baxdı.—İzi  tutub  işıq  gәlәn  sәmtә  getdilәr. 

Qorxma һa! Burada Div yoxdur. Div ancaq nağıllarda olur. Görürsәn ki, һәr 

yer 

işıqdır. 



Otağımız 

işıqlı... 

Eyvanımızda, 

mәtbәximizdә 

işıq 

yanır...—Gülzar Lalәni alıb başının üstündә һәrlәdi: —Hәr yer işıqlıdır. Div 



indi һeç uzaq meşәlәrdә, cәngәlliklәrdә dә yoxdur. Axı, niyә olsun? Oralarda 

da  sәnin  kimi  qızlar  var.  Onları  tutub  yey ә  bilәr.  Qoy  һeç  oralarda  da 

olmasın. Lalә, düz deyirәm? 

Lalә başını tәrpәtdi. 

 

Ağıllı Lalә, görürsәn ki, mәn һeç nәdәn qorxmuram, sәn dә mәnim kimi 



ol...—gözü  yenә  pәncәrәdәn  boylanan  qaranlığa  sataşdı.—Mәnim  qәşәng 

Lalәm gәl, gәl qucağımda otur. 

Bu  vaxt  qapının  zәngi  üç  dәfә  basıldı.  Lalә  qorxdu.  Gülzar  gәlinciyi 

sinәsinә qısıb, mәzәmmәtlә dedi: 

 

Yaman qorxaq qızmışsan, gәlәn Ceyran nәnәdir dә! 



Gülzar  dәһlizdә  dodaqlarını  açar  yerin ә  sarı  uzadıb  ucadan  «Kimdir?» 

soruşdu. . 

Nazik bir sәs eşidildi: 

 



 

Şәngülüm, Şüngülüm, Mәngülüm, aç qapını mәn gәlim.   

 

Nә gәtirmisәn? 



 

Buynuzumda  ot  gәtirmişәm,  çantamda  süd  gәtirmişәm.  Çibimdә  dә 



Gülzar balama noğul gәtirmişәm.  

Gülzar  qapını  açıb  Ceyran  nәnәsinin  boynuna  sarıldı.  Lalә  sevincindәn: 

«ana-ana» deyib çığırdı. Axı, o başqa cür danışa bilmirdi.  

Nәnә soruşdu: 




 

10 


 

 



Qızım, anan çoxdanmı gedib? Yәqin evdә tәk qorxmusunuz? 

 



Mәn yox. Lalә  yaman qorxurdu... Mәn ona Cırtdan nağılını danışmağa 

başladım. O, divdәn qorxub ağladı. 

 

Hansı divdәn? 



 

Cırtdanın çayda batırdığı divdәn... 



Ceyran  nәnә  nәvәsini  Lalә  ilә  birlikdә   qucağına  alıb  öpdü,  sonra  da 

önlüyünün cibini noğulla doldurdu. 

 

Sәn  gәrәk  Lalәin  başa  salaydın  ki,  elә  balaca  Cırtdan  divi  çayda 



batıranda, bu böyüklükdә Gülzar onun öһdәsindәn gәlә bilmәz? 

Gülzar dinmәdi. Üzünü nәnәsinin çiyninә qısdı. 

 

Mәn  ona  dedim  ki,  qorxma.  Di v  ancaq  nağıllarda  olur.  Qulaq  asmadı, 



һey ağladı.  

Ceyran nәnә Gülzarı oxşaya-oxşaya dedi: 

-  Bilirәm,  sәn  mәnim  ağıllı  balamsan.  Lal ә  dә  ağıllıdır,  ancaq  o, 

qorxaqdır, sәn Lalәyә oxşama. Cәsarәtli ol! 



 

 

                    GÜNAH MƏSTANDA İMİŞ 

İstiraһәt  günü  idi.  Hәyәt-bacanı  pambıq  kimi  ağ  qar  basmışdı.  Günün 

işığında qar ulduz kimi parıldayırdı.  

Şamil  burnunu  pәncәrәnin  şüşәsinә  dayayıb  һәyәtdә  top-top  oynayan 

uşaqlara tamaşa edirdi. Odur uşaqlardan biri böyrü üstә yumşaq qarın içinә 

yıxıldı. Qalanları da bunu dövrәyә alıb gülüşdülәr. Şamil nә qәdәr yalvardısa 

onu һәyәtә buraxmadılar. O, dodaqaltı mızıldandı: 

 



Axı  bu  qaloşu  kim  çıxardıb?  Bәyәm  qaloşsuz  qarın  üstündә  oynamaq 

olmaz!..  




 

11 


 

...Sәһәr ertә, o, uşaqlarla birlikd ә һәyәtә çıxmaq istәyәndә bir dә gördü ki, 

qaloşunun  bir  tayı  yoxdur.  Nә  qәdәr  axtardısa,  tapa  bilmәdi.  Paltosunu, 

papağını geyindi, qapıdan çıxanda, anası mәtbәxdәn çığırdı: 

 

Şamil, bir bәri gәl, һara qaçırsan? 



Hәyәtә. Hamı һәyәtdәdir. Uşaqlar mәni gözlәyirlәr. 

 

Oğul, möһkәm geyin, şarfını da boğazına sarı, soyuq dәyәr. 



Şamil  qayıdıb  şarfını  boynuna  sarıdı.  Elә  qapıdan  çıxmaq  istәyirdi  ki, 

Firәngiz çığırdı: 

 

Şamil, qaloşlarını da gey! 



Şamil onun sözünә fikir vermәdi. Bunu görәn Firәngiz ucadan dedi: 

 



Ana, ay ana, Şamil qaloşlarını geymәyib. 

Ana әllәrini çiynindәki dәsmalla silә- silә mәtbәxdәn çıxdı. 

 

Ay bala, axı mәn sәnә dedim ki, möһkәm geyin, yoxsa buraxmaram.  



Bu vaxt Şamilin atası da dәһlizә çıxdıŞamil qaloşunun tayını axtarmağa 

başladı.  Paltarasanın  altına,  şkafın  altına,  stolun  altına  baxdı.  Evә  keçdi, 

bütün çarpayıların altını axtardı. Qaloşu elә bil yer udmuşdu. Bir azdan gün 

batdı, sulu qar yağmağa başladı. Uşaqlar da dağılışıb evlәrinә getdilәr. 

Günorta  Şamilin  anası  xörәk  çәkirdi  һamı  stolun  әtrafına  yığışmışdı. 

Mәstan  әt  iyi  eşidib,  taxtın  altından  çıxdı.  O,  mi yoldaya-miyoldaya 

Firәngizә  tәrәf  gәldi  Şamil  Mәstana  baxdı.  Birdәn  qaloşu  taxtın  altında 

gördü.  Demә  Mәstan  qaloşun  üstündә  yatıbmış.  Şamil  qәzәblә  Mәstanı 

һәdәlәdi: 

 



Yaxşı, Mәstan, әlimә d üşәrsәn! 

Mәstan  da  elә  bil  tәqsiri  olduğunu  başa  düşmüşdü.  O,  cәld  Firәngizin 

qucaqına atıldı. Başını qısıb  gözlәrini yumdu. 

 

                   AYRAN 

Reyһan  nәnәnin  evindә  biçinin  birinci  gününü  һәr  il  bayram  kimi 

qarşılardılar.  Sәһәr  bütün  ailә  süfrә  başına  yığışar,  Reyһan  nәnәnin 




Yüklə 445,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə