Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə5/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Kimyəvi xassələri. Qələvi metalların hamısı güclü reduksiyaedicilərdir.
1. Qələvi metallar çox aktiv metal olduqlarından onlar demək olar ki, bütün qeyri-metallarla (təsirsiz qazlardan başqa) reaksiyaya daxil olur və ion rabitəli birləşmələr əmələ gətirir:

Me+Hal22MeHal2 (Me=Li,Na,K,Rb,Cs,Hal=F,Cl,Br,J)


2Me+SMe2S
2Me+H2 2MeH

6Li+3N22Li3N (adi şəraitdə)


2Na + Cl2  2NaCl
2Na + S  Na2S

Natriumu kükürdlə birlikdə əritdikdə Na2S2, Na2S3, Na2S5 və Na2SO4 tipli birləşmələr də əmələ gəlir.
Qələvi metalların hidridlərinin su ilə qarşılıqlı təsirindən hidrogen ayrılır:


(adi şəraitdə)

Qələvi metalların hidridləri qüvvətli reduksiyaedici xassə daşıyır:


O
K – O – S
O + H2
K – O – S
O



Litium, natrium və kaliumun hidridləri aliminium hidridlə Me[AlH4] tərkibli kompleks birləşmə əmələ gətirir

2. Qələvi metallar adi şəraitdə dərhal oksigenlə reaksiyaya girərək səthləri Me2O tərkibli oksid təbəqəsi ilə örtülür (ona görə də onlar ağ neftdə ya karbohidrogenlərdə saxlanılır).
Havada yandıqda litium-litium oksid Li2O, natrium-natrium peroksid Na2O2, K, Rb, Cs isə MeO2 tərkibli superoksidlər əmələ gətirir.
(oksid)
(peroksid)
(superoksid)

3. Qələvi metallar qatı H2SO4, qatı və duru HNO3-dən başqa digər turşularla, spirtlərlə və su ilə qarşılıqlı təsirdə olduqda hidrogen ayrılır:





Natriumun qatı sulfat və nitrat turşuları ilə qarşılıqlı təsiri:


8Na + 5H2SO4  4Na2SO4 + H2S + 4H2O


qatı


8Na + 10HNO3  8NaNO3 + N2O + 5H2O


qatı
8Na + 9HNO3  8NaNO3 + NH3 + 3H2O
duru

Qələvi metalların su ilə reaksiyası Li-Cs sırasında daha şiddətli gedir, kaliumla reaksiya zamanı ayrılan H2 dərhal alışıb yanır Cs-la reaksiyası partlayışla gedir.


4. Qələvi metallar maye ammonyakla qarşılıqlı təsirdə olub
a­midlər əmə­lə gətirir:

Qələvi metallardan litium öz xassələrinə görə digər qələvi metallardan fərqlənir. Qələvi metalların bütün duzları suda yaxşı həll olduğu halda litiumun bir neçə duzu (Li3PO4, Li2SO3, LiF) xeyli cətin həll olur. Digər tərəfdən litium-azot karbon və hidrogenlə daha asan reaksiyaya girgiyi halda, su ilə reaksiyası nisbətən yavaş gedir və eləcə də , digər qələvi metallardan fərqli olaraq litium kompleks birləşmə əmələ gətirmir.
5. Qələvi metallar özlərindən sonra yerləşən metalları onların sulu məhlullarından sıxışdırıb çıxara bilmir, çünki, ilk növbədə qələvi metallar məhluldakı su ilə reaksiyaya daxil olur.

2Na + 2H2O + CuSO4  Na2SO4 + Cu(OH)2 + H2


2Na + 2H2O  [2NaOH] + H2
[2NaOH] + CuSO4  Cu(OH)2 + Na2SO4



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə