Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə9/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   5   6   7   8   9   10   11   12   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Qələvilərin tətbiqi. Kalium və natrium hidroksidlərinin çox geniş tətbiq sahələri vardır. Onlar neft məhsullarının təmizlənməsində kağız istehsalında, turşuların neytrallaşdırılmasında və müvafiq duzların alınmasında, üzvi maddələrin hidrolizində, sabun istehsalında, akkumulyatorlarda elektrolit kimi, boya alınmasında və bir sıra üzvi və qeyri-üzvi sintezlərdə (fenolun, üzvi duzların, yuyucu maddələrin, nitrillərin, fosfatların, hipoxloritlərin, silikatların və şüşənin alınmasında) tətbiq olunur.
Cl2 +2KOH  KCl + KClO + H2O
javel suyu

Cl2 + 2NaOH  NaCl + NaClO + H2O


laboratoriya suyu
Bu məhlulları ağartma üçün tətbiq edirlər.
NaClO + H2O + CO2  NaHCO3 + HClO
HClO  HCl + [O]
[O] + R  RO

Qələviləri sabun (bərk və maye) alınma proseslərində tətbiq edirlər:


NaOH + C17H35COOH  C17H35COONa + H2O
bərk sabun

KOH + C17H35COOH  C17H35COOK + H2O


maye sabun
1.4. Natrium kaliumun təbii birləşmələrinin tətbiqi


NaClxörək duzu, yeyinti məhsulu kimi, qida məhsullarının konservləşdirilməsində, üzvi maddələrin sintezi üçün aşağı temperatur almaq üçün NaCl-la buz qarışığından istifadə olunur, Belə ki, onun buzla qarışığı (3,5:1) temperaturu –210C-dək aşağı salır, eləcə də tibbdə fizioloji məhlul kimi tətbiq olunur. Kimya sənayesində natrium xloriddən bir sıra əhəmiyyətli maddələrin: natrium qələvisi, sərbəst metallik Na, H2, HCl, soda, NaClO, NaClO3, NaCN alınmasında xammal kimi istifadə olunur.
Na2SO410H2O-dan viskoz ipəyi, şüşə, Na2S, dərman maddələrinin alınmasında, pambıq parçaların boyanmasında, eləcə də tibbdə işlətmə dərmanı kimi tətbiq olunur.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə