Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə7/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   133

22 

Suda asan həll olur. 

Ksilit  (QOST  20710)  –  şəkər  əvəzedici, beş  atomlu  spirtdir. 

Xarici görünüşü ağ-kristal, dadı şirin olub, iysizdir. 

Nəmliyin kütlə payı əla sortlar üçün 1,5%, I sortda 2,0%, quru 

maddəyə  çevrilməklə  reduksiya  olunan  maddələrin  kütlə  payı 

0,08%-ə  qədərdir.  Şirinliyi  təqribən  qlükozanın  şirinliyinə 

bərabərdir. Enerji dəyəri 4 kkal/tondur. 

Son  vaxtlar  aşağı  kalorili  içkilər  böyük  şöhrət  qazanmışdır. 

Onların enerji dəyərini müəyyən edən şəkər kalorisiz birləşmələrlə 

əvəz  edilir.  Bu  içkilərin  şirinliyi  qəbul  edilən  şərti  vahidə  görə 

saxarozanın şirinliyini çox dəfələrlə üstələmiş olur. Bu məqsədlə 

daha çox aşağıdakılardan istifadə olunur: 

 



aspartam  (sinonimləri  Nutra  Sweet,  Sladeks  və  b.)  –  iki 

aminturşusunun – asparagin və fenilalaninin törəmələridir. Şirin-

liyi 200 şərti vahid təşkil edir. Çatışmazlığı məhlulda aşağı stabil-

liyidir ki, bu da pH və temperaturdan asılıdır. pH 4,2 və temperatur 

25

0

C-də yarım parçalanma dövrü 260 gün təşkil edir. Gündəlik yol 



verilən istehsal həddi bədən kütləsinə görə 7,5 mq/kq təşkil edir; 

 



saxarin  (ortosulfimid  benzoy  turşusu)  –  sintetik  şirinləş-

dirici  maddədir.  Şirinliyi  300  vahiddir.  Adətən  natrium  duzu 

şəklində istifadə olunur ki, onun da şirinliyi 500 vahiddir. Kalium 

və  kalsium  duzu  şəklində  də  tətbiq  oluna  bilər.  Gündəlik  yol 

verilən istehlak həddi bədən kütləsinə görə 2,5 mq/kq təşkil edir. 

Saxarin məhlulu fərqli «metal» təm sonrası verir; 

 

natrium  və  kalium  siklamatlar  –  sikloheksilamin  –  N  – 



sulfon turşusunun duzudur. Şirinliyi 30 vahiddir. Yüksək tempe-

raturda  işlənməyə  dayanıqlıdır.  Gündəlik  yol  verilən  istehlak 

həddi bədən kütləsinə görə 11 mq/kq təşkil edir; 

 



kalium afsesulfat – oksatiasindioksidin törəməsidir. Şirin-

liyi 200 vahiddir. Gündəlik yol verilən istehlak həddi bədən küt-

ləsinə görə 15 mq/kq təşkil edir. Həmçinin sanet ticarət markası 

məlumdur; 

 

trixlorqalaktosaxaroza  (TXQS,  sukraloza)  –  saxarozanın 



törəməsi  olub,  ondan  600  dəfə  şirindir.  Gündəlik  yol  verilən 


23 

istehlak həddi bədən kütləsinə görə 15 mq/kq təşkil edir. 

Hazırda  şirinləşdirici-qarışıqlardan  istifadə  edilməsi  tövsiyə 

olunur. Bir neçə şəkər əvəzedicisinin qarışdırılması ilə (saxarin və 

aspartamı,  atsesulfam  və  aspartamı  və  s.)  energetik  səmərə 

müşahidə olunur.  



Meyvə-giləmeyvə yarımfabrikatları. Bu xammal növü içki-

lərin  dad  xüsusiyyətlərini  müəyyən  edir.  Spirtsiz  içkilər  istehsa-

lında meyvə və giləmeyvələrin müxtəlif emal məhsullarından isti-

fadə edilir.  

Təbii meyvə-giləmeyvə  şirələri  (QOST  656).  Şirələrin  rəngi 

hazırlandığı meyvə və giləmeyvənin rənginə uyğun, dad və iyi – 

təbii, yaxşı ifadə olunan, kənar tam və iysiz olmalıdır. 

Spirtləşdirilmiş meyvə-giləmeyvə şirələri (QOST 28539-99). 

Xarici görünüşünə görə şəffaf və çöküntüsüz mayedir. Dad, rəng 

və  ətri  hazırlandığı  meyvə  və  giləmeyvələrdə  olduğu  kimidir. 

Spirtin həcmdə payı 16% təşkil edir. Spirt konservant kimi vurulur 

və texnoloji prosesdə kənar edilir. 

Qıcqırdılıb-spirtləşdirilmiş  şirələr  (QOST  R  51146-98)  təzə 

meyvə-giləmeyvədən alınan şirənin qıcqırdılması ilə, yaxud qıc-

qırdılmış  əzintidən  alınan  materialın  rektifikasiya  olunmuş  spirt 

əlavə olunması ilə hazırlanır. Qıcqırdılıb-spirtləşdirilmiş meyvə-

giləmeyvə şirələri kənar tamsız olmaqla, etil spirtinin həcmdə payı 

– 16,0±0,3% olmalıdır. 

Qatılaşdırılmış meyvə və giləmeyvə şirələri (konsentratları) – 

üzüm, quş üzümü və almadan hazırlanır. Xarici görünüşünə görə 

qatı, demək olar ki, şəffaf məhluldur. Dadı şirəyə yaxın, kənar tam 

və  iysiz  olmalıdır.  Quru  maddələrin  kütlə  payı  alma  və  üzüm 

şirəsində  70%,  quş  üzümündə  54%  olur.  Qatılaşdırılmış  şirələr 

həm də ixrac olunur. Adətən onlar şirənin ətirli maddələrinin kon-

sentratı  ilə  birgə  göndərilir.  İstifadədən  əvvəl  onları  200:1  nis-

bətində qarışdırırlar. 

Meyvə  və  giləmeyvə  ekstraktları  (QOST  18078).  Xarici 

görünüşünə görə – 2 saat sakit saxlandıqdan sonra şəffaf, çökün-




24 

tüsüz  məhluldur.  Üvəz,  qara  üvəz,  nar,  gavalı,  qara  gavalı  eks-

traktları  qeyri-şəffaf  ola  bilər.  Dad  və  iyi  –  ekstrakt  hazırlanan 

şirəyə  məxsus  kənar  tamsız  və  iysiz  olmalıdır.  Rəngi  –  ekstrakt 

hazırlanan  təbii  şirələrə  yaxın  olmalıdır.  Birinci  sort  üçün  daha 

tünd  rəngə  yol  verilir.  Quru  maddələrin  kütlə  payı  üzüm  şirəsi 

üçün – 62%, quş üzümündə – 54%, qara gavalıda – 44%, digər-

lərində 57% olmalıdır. 

Təbii meyvə  və  giləmeyvə şərbətləri (QOST 10-162). Təbii, 

konservləşdirilmiş, qatılaşdırılmış və diffuziya olunmuş meyvə və 

giləmeyvə şirələrinin şəkərlə qaynadılması, sterilizə olunması və 

ya olunmaması ilə hazırlanır. Xarici görünüşünə görə çöküntüsüz 

şərbətəbənzər  məhluldur.  Sitrus  meyvələrindən  şərbətlər  –  qeyri 

şəffaf məhlullardır. Dadı şirin yaxud turşvari-şirindir. Ətri şərbət 

hazırlandığı şirəyə uyğun, kənar tamsız və iysizdir.  

Rəngi – şərbət hazırlanan təbii şirələrin rənginə yaxındır. Quru 

maddələrin kütlə payı – 68-70% olur. 

Üzüm  şərabları  və  şərab  materialları  (QOST  7208).  Spirtsiz 

içkilər hazırlanmasında üzüm şərablarından əlavə emal olunmuş 

şərab  materiallarından  da  istifadə  olunur.  Üzüm  şərab  materialı 

həmin adda şərab materialına xas dad və ətrə malik olmalı, dad və 

buketdə  kənar  tonsuz  olmalıdır.  Konyakdan  da  istifadə  olunur 

(QOST 13741). 

Qida turşuları. Spirtsiz içkilər hazırlamaq üçün limon, şərab 

daşı, dl – şərab, ortafosfat, askorbin və süd turşularından istifadə 

olunur. Askorbin turşusundan içkilərin vitaminləşdirilməsi, digər-

lərindən isə onlara müəyyən turş dad vermək üçün istifadə olunur. 

Limon turşusu (QOST 908). Limon turşusunun kütlə payı azı 

99,5% olur. 

Şərab  daşı  turşusu  (QOST  21205).  Ağ  toz,  yaxud  turş  dadlı 

rəngsiz kristaldır. Şərab turşusunun kütlə payı 99,0% olur. İçkilər 

üçün quru qarışıqlar hazırlamaq məqsədilə istifadə olunur. Limon 

turşusuna nəzərən az hiqroskopikdir. 

dl  –  şərab  turşusu  (TŞ  6-09-3938).  Malin  anhidridi  və  hid-

rogen  peroksiddən  sintez  olunur.  Ağ  kristal  toz  olub,  turşunun 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə