Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə5/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   133

16 

maddələrin kütlə payı, xarici görünüşü, işlənmə üsulu və istifadə 

olunan xammala görə. 

Karbon  qazı  ilə  doydurulmasından  asılı  olaraq  içkilər 

qazlaşdırılmış və qazlaşdırılmamış olmaqla iki tipdə buraxılır. 

Quru  maddələrin  kütlə  payından  asılı  olaraq  içkilər  qatılaş-

dırılmamış  (konsentratlaşdırılmamış)  və  qatılaşdırılmış  (konsen-

tratlaşdırılmış) olmaqla fərqləndirilir. Quru maddələrin kütlə payı 

15% və daha çox olan içkilər qatılaşdırılmış içkilərə aid edilir. 

Xarici görünüşünə görə içkilər şəffaf və bulanıq olur. 

İşlənmə  üsulundan  asılı  olaraq  içkilər  pasterizə  olunmamış, 

pasterizə  olunmuş,  konservant  tətbiq  olunmuş  və  konservantsız 

kimi qruplaşdırılır. 

İstifadə olunan xammaldan və hazırlanma texnologiyasından 

asılı olaraq içkilər aşağıdakı qruplara bölünür: 

Şirəyə  malik  içkilər  –  təbii,  spirtləşdirilmiş,  qatılaşdırılmış 

şirələr yaxud şirəyə və ya şirəli əsasa və süni şəkər əvəzediciləri 

(şirinləşdiricilər),  süni  aromatizatorlar  və  süni  boyayıcılardan 

başqa  digər  komponentlər  əlavə  olunmaqla  hazırlanan  içkilər. 

Hazır  içkidə  şirənin  miqdarı  ümumi  həcmin  (təbii  şirəyə  çevir-

məklə) azı 5%-ni təşkil etməlidir. Bu içkilərin çeşidi kifayət qədər 

geniş olub, buraya “Albalı”, “Armud”, “Nar”, “Zoğal”, “Moruq” 

və s. aiddir. 

Morslar – şirə və digər komponentlər əlavə (şəkər əvəzedici-

ləri, süni əvəzedicilər, süni ətirləşdiricilər və süni boyayıcılardan 

başqa)  olunmaqla  hazırlanan  içkilərdir.  Hazır  içkidə  şirənin 

miqdarı ümumi həcmin azı 10%-ni təşkil etməli, o cümlədən də 

içkinin adlanması ilə eyni olan şirənin miqdarı azı 5% (təbii şirəyə 

çevrilməklə) olmalıdır. 

Bitki  xammalından  içkilər  –  bitki  xammalından  alınan 

ekstraktlar,  yaxud  cövhərlər  (meyvə,  bitki,  toxum  və  s.)  və  ya 

qatılaşdırılmış şirələr (tərkibinə bitki xammalından alınan ekstrakt 

və  cövhərlər  daxil  olur)  əsasında  hazırlanan  içkilərdir.  Şəkər 

əvəzediciləri  (şirinləşdiricilər),  boyayıcılar  və  ətirləşdiricilərin 

istifadəsi  yol  verilməzdir.  Çeşidinə  “Tərxun”,  “Ədviyyəli  alma” 



17 

və s. daxildir. 

Şəkər  əvəzedicilərində  (şirinləşdiricilərdə)  içkilər  -  şəkər 

əvəzedicilərinin  tətbiqi  ilə  hazırlanan  içkilərdir.  Çeşidinə 

“Buratino”, “Limon-laym” və b. daxildir. 

Ətirləşdiricilərdə  içkilər  –  təbii  və  fərdi  ətirləşdiricilər  efir 

yağlarının – essensləri və s. əsasında müxtəlif komponentlər əlavə 

edilməklə hazırlanır. Çeşidinə “Krem-soda”, “Lesnaya yaqoda” və 

s. daxildir.  

Mineral  sularda  içkilər  –  mineral  sular  əsasında  müxtəlif 

komponentlər əlavə olunmaqla hazırlanır. 

Xüsusi təyinatlı içkilər – diabet və digər xəstələr üçün ölkənin 

səhiyyə qurumlarının tövsiyəsi əsasında istehsal olunur. Çeşidinə 

“Pepsi-layt”, “Portağal”, “Albalı”, “Limon”, “Sitrus” və s. aiddir. 

Energetik içkilər – quru maddələrin kütlə payı 12%  və daha 

çox olmaqla tonuslaşdırıcı təsirli mikronutrientlər, həmçinin vita-

minlər, mineral elemetlər (mikroelementlər) və s. əlavə olunmaqla 

hazırlanır.  Çeşidinə  “Sayan”,  “Baykal”,  “Utro”,  “Kosmos”, 

“Kola” seriyalı içkilər – Koko-kola, Pepsi-kola, Spartak-kola, kola 

və s. aiddir. 

Vitaminləşdirilmiş  içkilər  –  tərkibində  vitaminlər  gündəlik 

təlabatın azı 5%-ni ödəyən səviyyədə olmaqla hazırlanır. Çeşidinə 

“Krasnaya  şapoçka”,  “Yabloko”,  “Kolokolçik”,  “Lesnoy  buket” 

və s. aiddir. 

Qıcqırmalı kvaslar 

 – dənlilər, tərəvəz, meyvə-giləmeyvə və digər bitki xamma-

lının qıcqırdılması yolu ilə hazırlanır. Şəkər əvəzediciləri (şirinləş-

diricilər), boyayıcılar və ətirləşdiricilərdən istifadəyə yol verilmir.  

Çeşidinə  “Kvas  krestyanskiy”,  “Kvas  stoloviy”,  “Kvas 

Ostankniskiy” və b. aiddir.  

Kvas içkiləri – kvas şirəsi konsentratı, dən xammalı əsasında 

müxtəlif  komponentlər  əlavə  olunmaqla  hazırlanan  içkilərdir. 

Kvas  şirəsi  konsentratının  yaxud  dən  xammalı  ekstraktının 

miqdarı ümumi həcmin azı 2%-ni təşkil etməlidir.  

Süni  şəkər  əvəzediciləri  (şirinlşdiricilər),  ətirləşdiricilər  və 



18 

rəngləyicilərin  tətbiqi  yol  verilməzdir.  Çeşidinə  “Maroçniy”, 

“Rjanoy” və b. aiddir. 

Mənşəyindən asılı olaraq mineral sular təbii və süni olmaqla 

qruplaşdırılır.  Təbii  mineral  sular  mineral  mənbələrdən  alınır. 

Onları şərti olaraq süfrə və müalicə suları kimi qruplaşdırırlar. 

Süfrə  mineral  suları  xoşagələn  təzələyici  dada  malik  olub, 

susuzluğu  yaxşı  yatırır,  lakin  onların  çoxu  müalicə  suları  kimi 

istifadə  olunur.  Narzan,  Moskva,  Borjom,  Yessentuki,  Badamlı 

məşhur olan süfrə mineral sularındandır.  

Müalicəvi mineral sular həkimin məsləhəti, başqa sözlə təyi-

natı əsasında, xüsusilə də mədə-bağırsaq xəstəliklərinə qarşı isti-

fadə olunur. Həll olan mineral duzların tərkibinə görə sular qələvi, 

duzlu, dəmirli, kükürdlü və s. ola bilir. Müalicəvi mineral sulara 

İstisu, Yessentuki №4, Yessentuki №17, Naftusya və b. aiddir. 

Süni mineral sular suda kalium, natrium, kalsium, maqnezium 

duzlarının  həll  olunması  və  karbon  qazı  ilə  doydurulmasından 

alınır. 


Mineral  sular  olduqca  şəffaf,  bulanıqsız,  çöküntüsüz,  kənar 

hissəciklərsiz olmalıdır. Dadı və iyi suyun adına uyğun olmalıdır. 

Onların  bəzilərində  mineral  duzların  çöküntüləri  olmasına  yol 

verilir.  Bu,  etiketdə  göstərilməlidir.  Mineral  sularda  ağır  metal-

ların duzlarının olması yol verilməzdir. 

 

 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə