Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə3/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   133

Britaniya  (70),  İrlandiya  (70%),  Çexiya,  kapitalizmə  yeni  keçən 

ölkələr, həmçinin ABŞ, Kanada və Avstraliya daxildir. 

Pivənin geniş yayılmasını bir neçə amil şərtləndirir. Buraya ilk 

növbədə  istehsalı  üçün  geniş  çeşiddə  xammal  bazasının 

mövcudluğu (arpa, buğda, çovdar, qarğıdalı və s. dənlilər); ikinci, 

digər  alkoqollu  içkilərlə  müqayisədə  nisbətən  aşağı  dəyəri  və 

nəhayət az miqdarda alkoqola malik olması aid edilə bilər.  

Pivə  çox  vaxt  alkoqol  kimi  deyil,  “soyuducu  içki”  kimi 

istehlak olunur. Pivəyə bir sıra zəif inkişaf etmiş Afrika və Latın 

Amerikası ölkələrində də üstünlük verilir. 

Ənənəvi  “şərab”  ölkələri  –  Fransa  (istehlakda  şərabın  payı 

70%-dir),  İtaliya  (75%),  Argentina  (75%),  Çili  və  Gürcüstandır. 

Dünyada  üzüm  şərablarının  istehlakı  digər  alkoqollu  içkilərlə 

müqayisədə xeyli azdır.  

Tünd içkilər üstünlük təşkil edən ölkələrə - Polşa (

istehlakda

 payı 


60%), Ukrayna (70%), Rusiya (75%) demək olar ki, bütün MDB 

ölkələri  (Gürcüstan  istisna  olunmaqla),  Pribaltika,  mərkəzi 

Amerika  və  Cənub-Şərqi  Asiyanın  bir  çox  ölkələri  həmçinin 

Nigeriya daxildir. Tünd spirtli içkilər nəqliyyata çox davamlı olub, 

saxlanma müddətinin uzunluğu ilə seçilir. Bu, onların xarici ticarət 

şəbəkələrində geniş yayılmasına zəmin yaradır.  

Alkoqollu  içkilər  istehlakı  səviyyəsini  müəyyən  edən  vacib 

amillərə ölkənin mədəni səviyyəsi, ilk növbədə isə din amili aid 

edilir.  

Aşağı  istehlakla  səciyyələnən  ölkələr  zolağının  sərhədi 

alkoqolu qəti qadağan edən İslamın və onun istehlakını pisləyən 

buddizmin yayılma sərhədlərinə uyğun gəlir. Bir sıra ölkələrdə, o 

cümlədən  Pakistan,  Banqladeş  və  Əfqanıstanda  alkoqol  demək 

olar  ki,  istehlak  olunmur.  Bu  cür  “Ayıq  zolaq”  Morokko  və 

Əlcəzairdən - İndoneziyayadək davam edir.  

Mədəni xüsusiyyətlər baxımından diqqəti cəlb edən isə bir sıra 

Avropa  ölkələrində  istehlak  həcminin  inkişaf  edən  vəziyyətdə, 

yaxud  stabil  yüksək  olmasıdır.  Böyük  Britaniya  və  İrlandiyada 

alkoqollu  içkilərin  yüksək  istehlakı  içkilərin  müəssisələrdən 



(Almaniyada  pivə  müəssisələrindən)  açıq  aparılma  ənənəsinin 

olmasıdır.  

Çox  vaxt  müxtəlif  növ  istehlak  bazarlarını  vacib  amil  kimi 

təhlil  edəndə  ölkədəki  həyat  səviyyəsinə  baxılır.  Lakin  alkoqol 

istehlakında  onun  istehlak  səviyyəsi  ilə  bu  və  ya  digər  ölkənin 

inkişaf  səviyyəsi  arasında  birbaşa  asılılıq  aşkar  edilməmişdir. 

Alkoqol  istehlakına  görə  eynilik  təşkil  edən  iki  diametral  əks– 

(daha az və daha çox inkişaf edən) ölkələr qrupu səciyyələndirmək 

olar. Məsələn: bir tərəfdə – zəif inkişaf etmiş Uqanda (15 yaşından 

artıq  hər  adambaşına  18  ℓ  təmiz  spirt  –  2005-ci  il)  Burundi  (9 

ℓ/adam), Haiti (8), İvedelula (9), Dominik (7,5); digər tərəfdə - çox 

inkişaf  etmiş  Böyük  Britaniya  (12)  Fransa  (11),  Almaniya  (12) 

Lüksemburq (16 ℓ/adam) dayanır. Yaxın miqdar səciyyələri arxa-

sında  prinsipial  keyfiyyət  fərqləri  gizlənir.  Daha  geri  qalmış 

ölkələrdə alkoqollu içkilərin yüksək istehlak səviyyəsi aşağı həyat 

səviyyəsinin və çox hallarda stress faktorlarının, ictimaiyyətdəki 

gərgin  münaqişlərin  nəticəsidir  (məsələn,  “öncüllər”dən  olan 

Uqandada  20  ilə  qədər  davam  edən  vətəndaş  müharibəsi).  Daha 

sakit daxili vəziyyətli zəif inkişaf etmiş ölkələr adətən alkoqollu 

içkilərin  yüksək  istehlak  göstəricilərinə  malik  olmurlar.  Əsasən 

aşağı  keyfiyyətli  alkoqol  istehlak  edilən  zəif  inkişaf  etmiş 

ölkələrdə bir litr alkoqol istehsalına çəkilən xərclər inkişaf etmiş 

ölkələrdəki analoji xərclərdən xeyli aşağıdır. 

Avropa  mədəniyyətli  inkişaf  etmiş  ölkələrdə  alkoqollu 

məhsulların istehlak səviyyəsi son vaxtlar bütün qrup ölkələr üçün 

orta  səviyyəyə  -  yəni  10,5-11,0  ℓ/adama  çatır.  Daha  çox  kənara 

çıxmalara  İsveçrə  və  Norveçdə  (“Avropa  səviyyə”sindən  aşağı), 

həmçinin İrlandiya, Böyük Britaniya və Lüksemburqda (yüksək) 

təsadüf olunur.  

Ümumiyyətlə dünyada içkilər istehlakının ölkələr üzrə fərqli 

xarakterdə olması nəzərə çarpır.  

Alkoqollu içkilərin illik istehlak dinamikasına nəzər saldıqda 

(2000 və 2007-2010-cu illər) aydın olur ki, 15 yaşından yuxarı hər 

adama  təmiz  spirt  istehlakı  üzrə  MDB  və  Şərqi  Avropa  ölkələri 



10 

artan dinamikalı ölkələr qrupuna aid edilə bilər. Bu qrupa 2000-ci 

ildə 10 lirtdən çox, 2007-2010-cu illərdə isə 14 litrə yaxın olmaqla 

Belarus  liderlik  etmişdir.  Buraya  həmçinin  Koreya,  Sloveniya, 

Rusiya,  Slovakiya,  İspaniya,  Belçika,  Avstraliya,  Polşa,  Finlan-

diya,  Ukrayna,  Yeni  Zenlandiya,  ABŞ,  Kanada,  İsveçrə,  Qaza-

xıstan, Norveç, Meksika aiddir. 

Azalma yönümlü ölkələr qrupunda Çexiya lider olub, 2000-ci 

ildə  hər  adama  orta  hesabla  16  litrə  yaxın  təmiz  spirt  istehlak 

olunsa  da  sonrakı  illərdə  azalma  müşahidə  edilmişdir.  Bu  qrupa 

həmçinin  Fransa,  Avstriya,  İrlandiya,  Almaniya,  Macarıstan, 

Portuqaliya,  Danimarka,  Böyük  Britaniya,  İsveçrə,  Niderland, 

Yunanıstan, Yaponiya, İtaliya, İsrail, Türkiyə daxildir. 

İstehlak strukturuna nəzər saldıqda aydın olur ki, inkişaf etmiş 

ölkələrdə təlabat zəif alkoqollu içkilər yönündə dəyişmişdir.  

Rusiya içkilər strukturunda həmişə tünd alkoqol dominantlıq 

etsə  də,  son  20  ildə  pivənin  xüsusi  çəkisində  artım  müşahidə 

olunmaqdadır.  

“İdeal”  istehlak  strukturu  (Q.Edvards,  P.Anderson,  T.Babor 

və b. görə) belə hesab olunur: pivə 50%; şərab 35%; tünd içkilər 

15%. Qeyd etmək yerinə düşər ki, belə struktura Belçikada təsadüf 

olunur. 


Ümumiyyətlə əhalisinin yüksək gəlir səviyyəsi olan ölkələrdə 

(AB, ABŞ, Kanada, Avstraliya, Yaponiya) alkoqol istehlakının bir 

qədər azalması müşahidə edilir ki, bu da həmin ölkələrdə sağlam 

həyat tərzinə üstünlük verilməsi ilə əlaqədardır. Iqtisadi baxımdan 

inkişaf etməkdə olan ölkələrdə əksinə, əhalinin gəlirlərinin artması 

ilə  alkoqol  istehlakının  yüksəlməsi  müşahidə  olunur.  Bu  qrupa 

Meksika, Braziliya və Çin aiddir. 

 

 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə