Ekoloji siyasət və ekologiya anlayışı siyasi və elmi kateqoriya kimi


Dövlətin enerji və ekoloji siyasətinin qarşılıqlı asılılığı



Yüklə 21,15 Kb.
səhifə2/5
tarix12.08.2023
ölçüsü21,15 Kb.
#120535
1   2   3   4   5
ekoloji problem movzusu

Dövlətin enerji və ekoloji siyasətinin qarşılıqlı asılılığı
Hər hansı bir ölkənin ekoloji siyasəti onun iqtisadi inkişafının və xalqın ümumi mədəniyyətinin səviyyəsini əks etdirdiyinə görə, bu sahəyə qayğının artırılması ildən-ilə genişlənir və təsadüfi deyildir ki, dünyanın inkişaf etmiş ölkələrində ekoloji siyasətin həyata keçirilməsinə ayrılan illik xərclər hazırd ümumdaxili məhsulun 5%-dən azını təşkil edir. Lakin bu göstərici dünyanın bütün ölkəklərinə şamil edilə bilməz, çünki hələ elə regionlar var ki, bunlar dünyanın “ekoloji fəlakət zonası” elan olunmalıdır.
Ekologiya və ətraf mühitlə bağlı olan siyasət hər bir dövlətin öz qanunvericiliyi ilə həyata keçirirlir. Bu da əsasən ekoloji problemlərin həllinə yönəldilir. Beynəlxalq ekologiya hüququnda ekoloji problemlərin aşağıdakı həlli yolları göstərilir:

  • yeni hüquqi-ekoloji dünyagörüşünün formalaşdırılması, bu məqsədlə dövlətlərin müvafiq konsepsiyalarının yaradılması

  • müasir ekoloji qanunvericiliyin formalaşdırılması üçün milli və beynəlxalq qanunvericiliyin təşkili

  • problemlə bağlı milli və beynəlxalq səviyyədə strukturların- dövlət orqanlarının yaradılması

  • bu sahədə olan fəaliyətlərin optimal müəyyənləşdirilməsi və koordinasiyası yolu ilə vahid strateji xəttin yeridilməsi

  • Ümumdünya Meterologiya Təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi və genişləndirilməsi.

Azərbaycan Respublikasının ekoloji siyasətinin konseptual əsaslarının - BMT (Rio-de Janeyro 1992-ci il) və Avropa İttifaqının (Lüterna, 1993-cü il) bu məsələlərə həsr olunmuş konfranslarında işlənmiş və iqtisadi təhlükaəsizlik və bəşəriyyətin sabit inkişafının əsasları olan beynəlxalq hüquq normaları təşkil edir. Bu sənədlərə əsasən Azərbaycan üçün ətraf mühitin mühafizəsi üzrə beynəlxalq prinsiplərə müvafiz olan konseptual fəaliyyət modeli qəbul edilmişdir.


Müasir ekoloji hərəkatlar.Ətraf mühitin qorunması üzrə beynəlxalq təşkilatlar.

Ətraf mühitin qorunması problemi ilk növbədə XX-XXI əsrin reallıqları ilə bağlı olmuş, hər il insan fəaliyyətinin neqativ təsiri nəticəsində, elmi-texniki inqilabın nəticələrinin istehsalata tətbiqi nəticəsində yaranmışdır. Mövcud tədqiqatlarda göstərilir ki, insan dünyanın ayrılmaz hissəsinə çevrildiyi vaxtlardan Yer planetində bütün meşələrin 3/2 si hissəsi qırılmış, 200-dən çox bitki və heyvan növləri məhv edilmiş, 200 milyon hektardan yuxarı əkin sahəsi yararsız hala salınmış büyün unların nəticəsində isə 10milyard tondan yuxarı oksigen ehtiyatı azalmışdır.


İnsan fəaliyyətinin ekologiyaya mənfi təsiri bir neçə istiqamətdə baş verir ki, bunların vaxtında müəyyənləşdirilməsi müvafiq tədbirlərin hazırlanmasına şərait yaradır. Belə sahələrə aşağıdakı aid etmək olar:

  • ətraf mühitin çirkləndirilməsi

  • təbii ehtiyatların azalması

  • təbii mühitin dağılması

  • flora və faunanın məhv edilməsi prosesində planetin ali şüuru olan insan cəmiyyətinin mövcudluğuna təhlükənin yaranması.

Ətraf mühit üzrə BMT prorqamı YUNEP adlanır. 1972-ci ildə BMT qətnaməsi əsasında yardımçı orqan kimi yaradılmışdır. Muxtar təşkilat hesab olunur. Məqsədi: ətraf mühitin müdafiəsi və yaxşılaşdırılması işində əməkdaşlığı inkişaf etdirməkdir. Maliyyələşdirilməsi üçün könüllü fond yaradılıb.
Ətraf mühitin qorunmasına dair qəbul edilən sir sıra konfransların qəbul etdiyi bəyannamələr və qərarlar da müasir beynəlxalq münasibətlər üçün vacib sənədlərdəndir. 1992-ci il BMT-nin ətraf mühit üzrə konfransında Rio bəyannaməsi qəbul edildi. Bəyannamədə xüsusi olaraq öz əksini tapan 27 prinsip dünya dövlətlərinin qanunvericiliyi üçün bazis rolunu oynayır. Bu prinsiplər aşağıdakı başlıca məqsədlərə nail olmasını nəzərdə tutur:

  • ekologiya sahəsində dünya miqyasında əməkdaşlıq

  • beynəlxalq ətraf mühit hüququnun inkişaf perspektivlərinin təyini

  • milli qanunvericilikdə bu məsələnin inkişafı.

İnkişaf və Ətraf mühit ilə bağlı beynəlxalq konfransda (1993) aşağıdakı bir sıra vacib sənədlər qəbul edildi ki, dövlətlərin beynəlxalq əməkdaşlığı şəraitində reallaşdırıla bilər:

  • ətraf mühit və təhlükəsizlik meylləri

  • konfliktlərin mənbələri və resurslarla bağlılığı

  • ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin və hərəkatların maliyyələşdirilməsi ilə əlaqədar sənədlər

  • sülh üçün ekoloji imkanlar

  • ekoloji maarifləndirmə

  • hərbi konfliktlərin ətraf mühitə təsirinin aradan qaldırılması tədbirləri;

Bütün bu sənədlərin hər biri ayrılıqda çox əhəmiyyətli məsələləri əhatə edir.. Müasir beynəlxalq hüquqda ətraf mühitin mühhafizəsi və dünya sərvətlərinin səmərəli istifadənin təmin edilməsinə yönəlmiş dörd BMT sənədi mühüm əhəmiyətə malikdir: “İqtisadi inkişaf və təbiətin qorunması” ( 18 dekabr 1962-ci il); 3 dekbr 1968-ci il “əlverişli yaşayış mühitinin yaradılmasının təmin edilməsi”; “indiki və gələcək nəsillər üçün dünya təbiətinin saxlanmasından ötrü dövlətlərin tarixi məsuliyəti haqqında” qətnamə (1980); “Ümumdünya təbiəti mühafizə Xartiyası. Bununla bağlı konkret addımların atılması həmin problemlərin həllinə yararlı ola bilər.Hazırda Azərbaycan Respublikası ətraf mühitin qorunması sahəsində mövcud olan 24 beynəlxalq Konvensiyadan 12-nə qoşulmuş,təkcə 2000-ci ildə 4 Konvensiyaya daxil olmuşdur . Kioto protokolu iqlim dəyişikliyinin qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq yaratmaq üçün dövlətlər 1992-ci il BMT-nin Rio de Janeyrodakı ətraf mühitin qorunması və inkişafı üzrə konfransında iqlim dəyişikliyi ilə bağlı çərçivə sənədi qəbul olunmuşdur. Çərçivə sənədi ilə birgə Kioto protokolu 1997-ci il 10 dekabrda iştirakçı dövlətlərin konfransının 3cu sessiyasinda qəbul olunmuşdur. Bu protokuloun əsas məqsədi antropoloji tullantıların, çirkli qazların azaldılması yolu ilə qlobal iqlim dəyişikliyinin qarşısınını alınması idi. Hələ bu günə kimi Kioto protokolu ratifikasiya olunmayıb və Çin də buna qoşulmayıb. Kioto protokolunun məqsədləri həyata keçməsə enerji tullantıları sayəsində 2010-cu ildə İEÖ-də 25%, İEOÖ-də 45% ətraf mühit çirklənməsi artmış olacaq.



Yüklə 21,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə