Ekoloji siyasət və ekologiya anlayışı siyasi və elmi kateqoriya kimi


Ümumdünya ekoloji problemləri (ozon təbəqəsinin deşilməsi, qlobal istiləşmə)



Yüklə 21,15 Kb.
səhifə4/5
tarix12.08.2023
ölçüsü21,15 Kb.
#120535
1   2   3   4   5
ekoloji problem movzusu

Ümumdünya ekoloji problemləri (ozon təbəqəsinin deşilməsi, qlobal istiləşmə)
XX əsrin əvvəlindən etibarən ətraf nühitin mühafizəsi məsələsi hərbir dövlətin daxili problemi hesab edilir, məsələnin belə qoyuluşu isə siyasi baxımdan texnogen fəlakətlərin tədricən bəşəriyyətin həyatına daxil olmasını şərtləndirdi.Hazırda mövcud olan ən qlobal problemlər ozon təbəqəqisinin deşilməsi, karbon qullantılarının metan qazının atmosfedə artması, qlobal istiləşmə və s. dir.
Nazik qaz sipəri olan ozon təbəqəsi Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur və beləliklə, planetimizdə həyatı mühafizə edir. Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması problemi dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: “Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru”. 1994-cü ildə BMT-nin Baş Assambleyası sentyabr ayının 16-nı “Beynəlxalqozon təbəqəsinin mühafizəsi günü” elan etmişdir. Bu gün ozontəbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş vədövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilmişdir. “Ozon təbəqəsinin qorunması haqqında” Vyana Konvensiyasında əks olunan və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bu gün Vyana Konvensiyasına 173 dövlət qoşulmuşdur.
Təbii qazın istehsalı və nəqli prosesi zamanı ətrafa yayılan metan qazı atmosferdə bir sıra kimyəvi qaz reaksiyalarının reallaşmasına səbəb olur.ki,bu da atmpsfer çirklənməsinə gətirib çıxarır. Bunun üçün dövlətlər metan qazın havadan təmizləyən zavodların inşası ilə məşğuldur.
Hazırda bəşər övladının Kainatda hələlik yeganə «kosmik evi» hesab olunan Yer kürəsində iqlim şəraitinin kontrastlığının kəskin dəyişməsi ciddi problemlərin yaranmasına gətirib çıxarmışdır. Bunun nəticəsində təbii fəlakətlərin (quru səthini su basması, qasırğaların baş verməsi, orta illik hərarətin artması, anormal təbiət hadisələrinin çoxalması, kənd təsərüfatında məhsuldarlığın aşağı düşməsi və s.) sayının artması insanlar arasında ciddi narahatlığın yaranmasına səbəb olmuşdur.
Maraqlıdır ki, klimatologiya (iqlim dəyişkənliyinin tədqiqi) ilə məşğul olan alimlər qlobal istiləşmənin baş verməsini vaxtında etiraf etməsələr də, sonda məsələnin ciddiliyini nəzərə alaraq elan etdilər ki, XX əsrin II yarısından başlayaraq QLOBAL İSTİLƏŞMƏ (geniş miqyaslı) baş vermişdir. İnsanlar tərəfindən atmosferə atılan qazların istixana təsiri yaratması nəticəsində yer səthində yaranan istilik artımına Qlobal İstilik deyilir. Daha ətraflı açıqlamaq lazım olsa dünyanın səthi günəş şüaları tərəfindən isidilir. Dünya bu şüaları təkrar atmosferə əks etdirir amma bəzi şüalar su buxarı, karbondioksid və əmtəən qazının dünyanın üzərində meydana gətirdiyi təbii bir örtü tərəfindən tutulur. (Qlobal istiləşmə - Yer atmosferinin və Dünya okeanının orta illik hərarətinin tədricən artması prosesidir). Onlar bunun təsirinin çox ciddi olacağını bildirdilər. Həmin sahə ilə məşğul olan alimlər haqlı olaraq bir araya gələrək, həyacan təbili çalmağa başladılar. 2004-cü ilin sentyabr-oktyabr aylarında Rusiyanın paytaxtı Moskva şəhərində Ümumdünya konfransında problemin çox ciddi olmasını nəzərə alan tədqiqatçılar, qarşısında həlli vacib olan konkret məsələlər qoyuldu.



Yüklə 21,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə