Ekoloji siyasət və ekologiya anlayışı siyasi və elmi kateqoriya kimi


Ekoloji təhlükəsizliyin beynəlxalq hüquqi əsasları



Yüklə 21,15 Kb.
səhifə5/5
tarix12.08.2023
ölçüsü21,15 Kb.
#120535
1   2   3   4   5
ekoloji problem movzusu

Ekoloji təhlükəsizliyin beynəlxalq hüquqi əsasları
Müasir beynəlxlaq hüquqda ekoloji təhlükəsizlik - bu daha geniş və önəmli məsələdir. Belə ki, bununla bütün dövlətlər maraqlanır və ekoloji tarazlığın saxlanılması onların hər birinin vahid probelmidir, təsadüfi deyil ki, bu sahədə beynəlxalq koordinasiyanı BMT-nın ətraf mühit üzrə proqramı – YUNEP həyata keçirir. Müasir beynəlxalq ekoloji qanunvericilik bazasında isə beynəlxalq ekologiya hüququ fəaliyyət göstərməkdədir.
Ekoloji təhlükəsizliklə bağlı bütün beynəlxalq təşkilatlar üçün vahid bir format mövcuddur: ətraf mühitə “geniş yayılmış”, “uzun müddətli”, və “kəskin zərərli” ziyan vuran hər bir aksiya və ya fəaliyyət qadağandır. Bu məsələ BMT Baş Katibliyinin 6 avqust 1999-cu il Bulletenində də öz əksini tapmışdır.Həmçinin 1977-ci il Cenevrə Konvensiyasında da bu məsələ ayrıca qeyd olunmuşdur.
Beynəlxalq Cinayət Məhkəməsinin 1998-ic il iyulunda qəbul olunmuş Xartiyasında 8ci maddə ətraf mühitlə bağlı anlayışdan və problemlərin nizamlanması məsələlərindən bəhs edir.Maraqlıdır ki, ərazisində heç bir ağır sənaye kompleksinin olmadığı ABŞ bu Xartiyaya zidd çıxan 7 ölkədən biridir. Xartiyaya görə, ətraf mühit hüququ institutu bu formada aşağıdakı açıqlamanı verir:

Müasir beynəlxlaq hüquqda ekoloji təhlükəsizliklə bağlı bir sıra protokol və konvensiyaları qeyd etmək lazımdır ki, bunlarda problemin nizamlanması, aradan qaldırılması, beynəlxalq sahədə dövlətlərarası əməkdaşlıq, ekoloji fəaliyyətlərin və hərəkatların koordinasiyası kimi məsələrlə öz dolğun həllini tapmışdır:

  • 1949-cu il 12 avqust beynəlxalq Konvensiyasına əlavə protokolu və beynəlxalq konfliktlərin qurbanlarının qorunması məsələsinə dair 1977-ci ildə qəbul olunmuş və 1978-ci ildə yanvarından qüvvədə olan 1 saylı protokol;

  • ətraf mühitdə dəyişikliklər texnikasından zərərli istifadənin qadağan edilməsi üzrə (ENMOD) 1976-cl il konvensiyası. Konvensiya 1978-ci ildən qüvvədədir.

  • Baktereoloji və toksiki silahların istehsalı, yayılması və inkişafının qadağan edilməsi üzrə 1972-ci il Konvensiyası.bu 1975-dən qüvvədədir.

  • Kimyəvi silahların istehsalı yayılması və inkişafının qadağa edilməsi üzrə 1993-cü il Konvensiyası.Konvensiya gərgin diplomatik mübarizədən sonra 1997-dən qüvvədədir.

  • Nüvə xətaları və zamanı yardım üzrə 1986-cı il Konvensiyası, 1987-dən qüvvədədir. Çernobil AES-də baş vermiş qəza ilə əlaqədar ümumi rəyə əsasən qəbul olunmuşdur.

  • Göstərilən konvensiyalarla yanaşı bir sıra konvensiyalar da mövcuddur ki, bunlar bilavasitə atmosfer prosesləri ilə bağlı olmuş və Ümumdünya Meterologiya Təşkilatının qaldırdığı həyəcan siqnalından sonra hazırlanmış müxtəlif layihələrə əsasən qəbul edilmişdir ki, bunlara başlıca olaraq aşağıdakıları misal göstərmk olar:

  • Nüvə sğlamlığı üzrə 1994-cü il konvensiyası;

  • Biomüxtəliflik üzrə 1992-ci il Konvensiyası;

  • Dəniz hüququ üzrə BMT 1982-ci il Konvensiyası

  • Dənizin neftdən çirklənməsinən qorunması üzrə 1954-cü il Beynəlxalq Konvensiyası

  • Hava dəyişkənliyi üzrə BMT ümumi sənədinə əlavə Kioto protokolu. Sənəd 1998-ci ildən qəbul olunsa da, indiyədək qüvvəyə minməmişdir, lakin ÜMT tərəfindən həyata keçirilir.

Yüklə 21,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə