ƏKBƏr n. NƏCƏF



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix09.03.2018
ölçüsü0,62 Mb.
#31037
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

23 

 

Mahmud  vəfat  etdi.  Yerinə  Sultan  II  Toğrul  keçdi.  Bu  sultan,  Eldənizi  öz  şəxsi 



məmlükləri arasına daxil etdi. Eldəniz, sultanın arvadı Mömünə Xatunun təşəbbüsü 

sayəsində  qısa  zamanda  II  Toğrulun  kiçik  yaşlı  oğlu  Arslanşahın  atabəyliyinə 

gətirildi. Sultan II Toğrulun ölümü və yerinə Sultan Məsudun (1135-1152) keçməsi 

üzərinə Eldəniz Mömünə Xatun ilə evləndirildi və 1136-cı ildə Aranı Arslanşah ilə 

onun  iqtası  təyin  etdi.  Beləcə,  1136-cı  il  Azərbaycan  Atabəyləri  Eldənizlilərin 

quruluş  ili  olaraq  qəbul  edilməkdədir.

70

  Ayrıca  Eldənizin  Mömünə  Xatundan 



Məhəmməd Cahan Pəhləvan və Müzəffərəddin Qızıl Arslan adında iki oğlu və bir 

qızı olmuşdur.

71

 

On il içində (1136-1146) Atabəy Eldəniz Arandakı bütün idarəni əlinə aldı. 



O,  üsyankar  əmirləri  bərtərəf  etdi  və  yerli  idarəçilər  arasında  nizam-intizam 

sağladı.  Xalq  arasında  asayişi  bərqərar  edən  Eldəniz,  dövrün  Alban  müvərrixi 

Mxitar  Qoşun  məlumatına  görə,  "o  gücləndi;  bütün  böyük  hökmdarları  əzdi  və 

çoxlarını özünə tabe etdi; türkmənlərin qiyamçılarını tamamilə darmadağın etdi. O, 

Albaniya (Aran) ölkəsindəki çaxnaşmalara son qoydu".

72

 



1145/46-cı illərdə Farsın türk hakimi Boz Aba ilə Rey valisi Abbas arasında 

ittifaq  təsis  edildi.  Bu  ittifaqa  Sultan  Məsudun  hacibi  Əbdürrəhman  ibn  Toğan 

Yürək də  daxil oldu. Onlar  sultanın qardaşı oğullarından şahzadə  Məhəmməd ilə 

şahzadə  Məlikşahı  öz  yanlarına  alıb,  Məsuda  qarşı  qiyam  qaldırdılar.  Sultan 

Məsudun onlara qarşı gələcək gücü olmadığı üçün Atabəy Eldənizə müraciət etdi. 

Atabəy  təcili  yola  çıxıb  Məsudla  birlikdə  Kaşan  ətrafında  qiyamçıların  qarşısına 

çıxdı.  İlk  çarpışmalardan  sonra  qiyamçılar  sultan  ilə  atabəyin  gücləri  qarşısında 

geri çəkilməyə  başladılar.

73

  Bu  hadisə,  Atabəy  Eldənizin  İraq  Sultanlığı  nəzdində 



nüfuzunu xeyli artırdığını göstərməkdədir. 

1 Rəcəb 547-ci ildə (2 oktyabr 1152) Sultan Məsud Həmədanda vəfat etdi. 

Yerinə qardaşı oğlu Məlikşah ibn Mahmud keçdi. Ancaq vəzir Xass Bəy Bələncəri 

qısa müddət sonra onu həbs edib yerinə onun qardaşı Məhəmmədi oturtdu. Ancaq 

yeni  sultan  hakimiyyətə  keçməsinin  üçüncü  günü  onu  taxta  çıxaran  Bələncərini 

edam edib başını Aran hakimi Şəmsəddin Eldəniz ilə Marağa hakimi Nüsrətəddin 

ibn  Ağsunqura  göndərdi.  Ancaq  sultanın  bu  hərəkəti  onları  qorxutdu.  Bundan 

istifadə  edən  xəlifə  əl-Müqtəfi  əmirləri  sultana  qarşı  qiyama  dəvət  etdi.  Əmirlər 

özlərinə yeni sultan olaraq Süleyman şahı seçdilər. Onlar birlikdə Bağdada gəldilər 

və  burada  xəlifə  tərəfindən  təntənə  ilə  qarşılandılar.  Məhərrəm  551-ci  ildə  (mart 

1156)  Bağdadda  xütbələr  Süleyman  şahın  adına  oxundu.  Beləcə,  Süleyman  şah 

yanında xəlifə orduları xaricində Aran hakimi Şəmsəddin Eldəniz, Marağa hakimi 

                                                           

70

  Bünyadov,  Azərbaycan  Atabəyləri,  s.  44;  Merçil,  İdenizliler,  s.  81'de  Eldənizin  Arana 



göndərilməsində  Mömünə  Xatundan  əlavə  Sultan  Məsudun  öz  arvadının  da  onun  haqqında  müsbət 

fikirlərə sahib olmasının təsiri böyük olmuşdur. 

71

 Nişaburi, Selçuk-name, s. 75'de Eldənizin qızının adını çəkmir.  



72

 Mxidar Qoşdan nəql edən Bünyadov, Azərbaycan Atabəyləri, s. 45. 

73

 Ravendi, Rahat, s. 224; Merçil, İdenizliler, s.81-82; Bünyadov, Azərbaycan Atabəyləri, s. 34. 



 


24 

 

Nüsrətəddin  Arslan  Apa,  Alp  Quş  Gün-qur,  Fəxrəddin  Zəngi  Həmədana  doğru 



irəlilədilər. Sultan Məhəmməd şəhəri tərk etmək məcburiyyətində qaldı və İsfahana 

qaçdı.  Süleyman  şah  heç  bir  maneə  ilə  qarşılaşmadan  paytaxta  gəldi  və  sultanlıq 

taxtına oturdu. Ancaq taxtı ələ keçirdikdən sonra sultan içki məclislərinin aludəsi 

olub  əyyaşlıq  etməyə  başladı.

74

  Bunun  üzərinə  müttəfiqləri  ondan  ayrılıb  öz 



əyalətlərinə  çəkildilər.  Eldəniz  də  Gürcülərin  Arana  hücumunu  eşidib  ölkəsinə 

döndü.


75

 Ayrıca, bu vaxt vəzir Bələncərinin əmisi oğlu Rəvvadi

76

 də Aranda rahat 



durmamış və qiyam etmək üçün fürsət gözləyirdi.

77

 



Süleyman şahın ordusunun dağıldığını görən sabiq sultan Məhəmməd onun 

üzərinə  hücum  çəkib  taxtı  yenidən  əlinə  keçirmiş,  Süleyman  şahı  da  tutub  həbs 

etmişdir. Sultan Məhəmməd, Atabəy Eldənizi bağışlandığını ifadə etmişsə də, onu 

nəzarət  altında  tutmaq  üçün  oğlu  Cahan  Pəhləvanı  girov  olaraq  sarayda 

saxlamışdır. Ancaq xəlifənin təhrikiylə Şəmsəddin Eldəniz sultana qarşı üsyan etdi. 

Sultan  Məhəmməd  Bağdadı  mühasirə  etdiyi  sırada  Eldəniz  şahzadələrdən 

Məlikşahı və oğulluğu Arslanşahı yanına alıb Həmədana yiyələndi. Bunun üzərinə 

Bağdadın mühasirəsini buraxan Sultan Məhəmməd Həmədana hücum etdi və Rey 

yaxınlığında  Eldənizin  qüvvətlərini  ağır  məğlubiyyətə  düçar  etdi.  Naxçıvan 

yaxınlığında cərəyan edən ikinci vuruşmada da yenə Eldəniz məğlub oldu. Bunun 

üzərinə  Eldəniz  bir  məktub  yazıb  sultandan  əfv  edilməsini  istədi.  Sultan  onun 

üzrxahlığını qəbul edib, atabəyin Arandakı hakimiyyətini təsdiq etdi. Azərbaycanı 

da  Marağa  Ağsunqurlularından  Arslan  Apa  ibn  Ağsunqura  verdi.

78

  Ancaq 



Məhəmmədin  hakimiyyəti  çox  davam  etmədi.  Bağdada  hücuma  hazırlaşdığı  bir 

dövrdə qəflətən xəstələndi və Zülqadə 554-cü ildə (dekabr 1159) öldü. Taxta təkrar 

Süleyman şah keçdi. Süleyman şah Eldənizin oğulluğu Arslanşahı özünün vəliəhdi 

elan etdi. Necə ki, Süleyman adına oxunan xütbələrdə Arslanşahın da adı vəliəhd 

olaraq keçilirdi.

79

 



Süleyman  şah  taxta  çıxışından  sonra  yenidən  əyyaşlığa  başladı.  Bunun 

üzərinə əmirlər ona qarşı sui-qəsd planı hazırladılar. Şəvval 555-ci ildə Süleyman 

şah  taxtdan  salındı  və  həbs  edildi.  Şərafəddin  Qurd  Boz  adlı  bir  əmir  onu  12 

Rəbiüləvvəl 556-cı ildə (22 aprel 1161) həbsdə boğaraq öldürdü.

80

 Arxasından da 



                                                           

74

 Əl-Bundari, Zubdat, s. 252; Bünyadov, Azərbaycan Atabəyləri, s. 39. 



75

 Merçil, İldenizliler, s. 82. 

76

  Vəzir  Xass  Bəy  Bələncərinin  əmisi  oğlu  Rəvvadi,  Sultan  Məsud  dövründə  Gəncənin  hakimi  təyin 



edilmişdir.  Eldənizin  yoxluğundan  istifadə  edən  Rəvvadi  Aranda  soyğunçuluğa  başlamışdır.  Gəncə 

xalqı  vəziyyəti  Eldənizə  şikayət  etdiklərində  atabəy  Gəncəyə  hücum  etmiş  və  Rəvvadini  oradan 

qovmuşdur. Mxitar Qoş, Albanskaya xronika, Baku 1960, s. 17. 

77

 Bünyadov, Azərbaycan Atabəyləri, s. 39. 



 

78

 Bünyadov, Azərbaycan Atabəyləri, s. 40-41. 



79

  İbn  əl-Əsir,  əl-Kamil,  IX,  s.  68;  Bundari,  Zubdat,  s.  189-190;  Ravəndi,  Rahat,  s.  264,  272;  Merçil, 



İldenizliler, s. 82; Bünyadov, Azərbaycan Atabəyləri, s. 41-42. 

80

  Süleymanşahın  öldürülməsində  Atabəy  Eldənizin  də  əli  ola  bilər.  Çünki  Eldənizin  Həmədana 



girməsində  (zilqadə  555//noyabr  1160)  beş  ay  sonra  Süleyman  şah  öldürülmüşdür  (11  Rəbiüləvvəl 

556//12  aprel  1161).  Ayrıca  onu  öldürən  Şərafəddin  Qurd  Boz,  Eldənizin  ən  yaxın  dostu  idi. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə