Эириш-Хейирбяй



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə3/143
tarix01.08.2018
ölçüsü2,72 Mb.
#60573
1   2   3   4   5   6   7   8   9   ...   143

 

 



Azərbaycan  mədəniyyətinin  yalnız  XVI-XVII  yüzilliklərdəki 

inkişafı  problemlərinə  həsr  olunmuşdur.  Müəllif  orta  əsr 

Azərbaycan  mədəniyyətinin  (III-XVIII  yüzilliklər)  kompleks 

şəkildə  tədqiq  olunmasına  yeni  cəhd  göstərərək  bu  istiqamətdə 

tarixçi araşdırmalarının davam etdirilməsinin zəruriliyini nəzərə 

çatdırır. 

Monoqrafiya  müəllifi  qarşısına  orta  əsr  qaynaqlarına  və 

tarix elminin uğurlarına əsaslanaraq Azərbaycan mədəniyyətinin 

(ədəbiyyatın,  incəsənətin,  mədəni  həyatın  digər  sahələrinin, 

maarifin,  fəlsəfənin  və  s.)  orta  çağlar  ərzindəki  əsas  təkamül 

mərhələlərini,  başlıca  cəhət  və  xüsusiyyətlərini  tədqiq  etmək 

məqsədini  qoymuşdur.  Bu  araşdırma  gedişində  hər  bir  tarixi 

mərhələnin  ictimai-iqtisadi,  siyasi,  ideoloji  şəraiti,  amilləri 

maksimum  dərəcədə  nəzərə  alınmışdır.  Araşdırma  gedişində 

aşağıdakı vəzifələrin yerinə yetirilməsinə nail olunmuşdur: 

1.

 



Mədəniyyət  nəzəriyyəsinin  və  mədəniyyət  tarixinin 

metodoloji  problemləri  araşdırılmış,  mədəniyyətin 

tərkib  elementləri  müəyyən  olunmuş,  Azərbaycan 

mədəniyyətinin VII əsrə qədərki təkamül tarixinə qısaca 

nəzər yetirilmişdir; 

2.

 



Orta əsr Azərbaycan mədəniyyətinin VII əsrdən sonrakı 

təkamülünün başlıca mərhələləri müəyyənləşdirilmişdir; 

3.

 

Hər  bir  tarixi  mərhələnin  Azərbaycan  mədəniyyətinin 



təkamülünə  təsir  göstərmiş  ictimai-iqtisadi,  siyasi, 

ideoloji amillər nəzərdən keçirilmiş, təhlil olunmuşdur; 

4.

 

Tədqiq olunan dövrün Azərbaycan ədəbiyyatı və dilinin, 



memarlığının,  maarifinin,  fəlsəfi  və  elmi  biliklərinin, 

miniatür  rəssamlığının  və  xəttatlığının,  folklorunun  və 

musiqisinin,  dekorativ-tətbiqi  incəsənətinin  inkişafının 

mühüm xüsusiyyətləri müəyyən edilmişdir. 



Tədqiqat  iĢinin  elmi  yeniliyi  bir  neçə  məqamı  ilə 

müəyyənləşir. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq: 

1.

 

Böyük  bir  tarixi  dövrün  (orta  çağların)  Azərbaycan 



mədəniyyətinin 

dinamikada, 

kompleks 

surətdə, 

xronoloji ardıcıllıqla araşdırılmasına; 



 

 



2.

 

İntibah  (Renessans),  Şərq  Renessansı  və  Azərbaycan 



İntibahı problemlərinin tənqidi təhlilinə, avropasentrizm 

və Şərq sentrizminin tənqidinə; 

3.

 

Ümumtürk  İntibahının  tərkib  hissəsi  kimi  XVI-XVII 



əsrlərdə Azərbaycanın mədəni həyatında İntibahın tarixi 

fakt olduğunun əsaslandırılmasına; 

4.

 

Azərbaycan  xalqının  etnogenetik  təkamülünün  başlıca 



mərhələlərinin 

müəyyənləşdirilməsinə 

cəhd 

göstərilmişdir. 



Tədqiqat gedişində əsasən tarixi-tipoloji metoda, yanaşma 

tərzinə  üstünlük  verilmişdir.  Araşdırma  zamanı  bir  sıra  ictimai 

elmlər üçün məqbul olan, habelə sırf  tarix elmi üçün səciyyəvi 

hesab  olunan  tədqiqat  metodlarından  da  istifadə  edilmişdir. 

Müqayisəli-tarixi,  tarixi-tipoloji,  tarixi-genetik  və  retrospektiv 

metodlar  orta  çağların  Azərbaycan  mədəniyyəti  araşdırılarkən 

tətbiq  olunmuş,  tarix  elminə  xas  başlıca  metodlardır. 

Monoqrafiyanın  yazılması  prosesində  xronoloji,  konkret  təhlil 

(analiz),  məntiqi  təhlil,  problem-xronoloji,  dövrləşdirmə, 

perspektiv,  sinxron,  struktur-sistem  metodlarının  müsbət 

cəhətlərindən  də  istifadə  olunmuşdur.  Mədəniyyət  nəzəriyyəsi 

və  mədəniyyət  tarixi  sahəsində  əsasən  xarici  ölkələrin 

araşdırıcılarının müəyyən uğurları da tədqiqat prosesində nəzərə 

alınmışdır. 

Əsərin  tədqiqat  obyekti  orta  əsrlərin  Azərbaycan 

mədəniyyətidir.  Mədəniyyətimizin  orta  əsrlərdəki  ziddiyyətli 

inkişafı,  onun  xüsusiyyətləri  III  əsrdən  əvvəlki  bütün  tarixi 

təkamüllə  şərtlənmişdi  və  yeni  dövrün  (XVIII  əsrdən  sonrakı) 

mədəni-tarixi inkişaf yollarını müəyyənləşdirmişdir. 

Orta  çağların  Azərbaycan  mədəniyyətinin  inkişafı  ölkə 

ərazisi  ilə  məhdudlaşmırdı.  Orta  əsrlərdə  dövlət  sərhədlərinin 

qeyri-sabit  olması  səciyyəvi  hal  idi.  Azərbaycan  xalqı  bir  çox 

yüzilliklər  ərzində  müxtəlif  xalqlarla  ümumi  dövlət 

hüdudlarında  olmuş,  bu  isə  mədəniyyətin  qarşılıqlı  təsir 

prosesini təmin etmişdir. Azərbaycan bir çox hallarda Yaxın və 

Orta  Şərqin  qüdrətli  dövlətlərinin  mərkəzi  olmuş,  bu  gercəklik 

onun  aparıcı  mədəni  mərkəzə  çevrilməsində  həlledici  rol 



 

 

10 



oynamışdır.  Mədəni  potensialın  bir  dövlətin  ərazisindən  digər 

dövlətin  hüdudlarına  kütləvi  axını  məhz  orta  çağlarda  xüsusilə 

intensiv olmuşdur. 

III-XIV  yüzilliklər  ərzində  özünəməxsus  inkişaf  yolu 

keçmiş  Azərbaycan  xalqının  özgünləşməsi  və  yeniləşməsi 

prosesi  məhz  XV  əsrin  sonlarından  başlanır.  Həmin  prosesin 

mühüm  təzahürləri  mədəniyyətin  bütün  elementlərində 

(ədəbiyyat və incəsənət, elm, maarif və s.) aşkara çıxmışdı. XVI 

əsrin I yarısı Azərbaycan Səfəvilər dövlətinin güclü siyasi vahid 

kimi meydana gəlməsi və yüksəlişi ilə səciyyəvi idi. Azərbaycan 

xalqının  inkişafında  «özünəqayıdış»  (İntibah)  üçün  bu  siyasi 

gerçəkliyin  böyük  əhəmiyyəti  olmuşdur.  Bütün  Azərbaycan 

ərazilərinin  vahid,  mərkəzləşdirilmiş  dövlətdə  birləşməsi 

mədəniyyətin  inkişafına  güclü  təkan  vermişdi.  Türkdilli 

ədəbiyyatın,  türk  dilinin  yüksəlişi,  türk  dövlətlərinin  Şərq 

regionunda  aparıcı  mövqelərdə  olması  XVI-XVII  əsrlərin 

təsadüfi  hadisəsi  deyildi,  Türk  İntibahının  təzahürü  idi.  Şərq 

mədəni  sisteminin,  «islam  mədəniyyəti»nin  əhəmiyyətli 

dəyərlərini  daşıyan,  türk  dünyasına  mənsub  olan  Azərbaycan 

xalqı  XVI  əsrdə  qədim  irsə  «müraciət  etdi».  Yeni  dövlət 

qurumlarının  təşəkkülü  iqtisadi  münasibətlərdə  baş  verən 

canlanma  ilə,  mədəni-ictimai  sahədə  isə  özünəqayıdışla 

müşayiət  olunurdu.  XVI  əsrdə  türk  xalqlarının  ictimai 

təfəkküründə  baş  vermiş  özünəqayıdış  prosesi  universal  bir 

hadisə  idi.  Türk  İntibahı  XVI-XVII  əsrlərin  tələbatından 

doğmuşdu və bu prosesin gedişi çox ziddiyyətli idi. 

XVII 

əsrin 


əvvəllərindən 

etibarən 

Azərbaycan 

mədəniyyətinin  inkişafı  prosesində  Səfəvilər  dövlətinin  rolu 

azaldı.  Mədəniyyətin  inkişafına  dövlət  qayğısının  azalması 

daxili  və  xarici  siyasi  çəkişmələrin  nəticəsi  idi.  XVII  əsrdə 

Azərbaycan  ədəbiyyatı,  incəsənəti,  maarifi  və  elminin  inkişafı 

tələbat, zərurət üzündən daha geniş ictimai zəminə keçdi. XVI-

XVII  əsrlər  Azərbaycan  mədəniyyətinin  inkişafı  prosesində 

mühüm  keyfiyyət  çevrilişi  ilə  səciyyələnən  tarixi  mərhələ  idi. 

XVIII  əsrin  Azərbaycan  mədəniyyəti  müxtəlif  xanlıqların 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə